Tunku Abdul Rahman Putra əl-Xəcc (); ) — müstəqil Malay Federasiyasının ilk Baş Naziri, 1963-cü ildən Malayziya şahzadəsi (putra)

Tərcümeyi-halı Kedah sultanının (şərqi Malay) qardaşı Tunku Abdul Rahman 8 fevral 1903-cü ildə anadan olmuşdur. O. 1920–1931-ci illərdə Kembric Universitetində oxumuşdur. Malayziyanın Yaponiya tərəfindən işğalı dövründə (dekabr 1941–1945) Kedah sultanlığının inzibati orqanlarında işləmişdir.

Tunku Abdul Rahman 1951-ci ildə ölkənin Malay icmasını təmsil edən siyasi qüvvəyə — Birləşmiş Malay Milli Təşkilatına (BMMT — UMNO) rəhbərlik edirdi. 1955-ci ildə 3 müxalifət partiyasının (Birləşmiş Malay Milli Təşkilatı, Malayziyanın Çin Assosiasiyası və Malayziyanın Hindistan Konqresi) İttifaq Partiyası halında birləşdikdən sonra bu təşkilatın sədri oldu. 1955-ci ildə parlament seçkilərində qələbədən sonra Tunku Abdul Rahman Malay Federasiyasının Baş Naziri və daxili işlər naziri olmuşdur.

1956-cı ildə o, Londonda Malaya təxirəsalınmadan daxil özünüidarə hüququnun, daha sonralar isə müstəqillik verilməsi ilə bağlı danışıqlara başçılıq etmişdir. 1957-ci il 31 avqustda müstəqillik elan edildikdən sonra Malay Federasiyasının (1963-cü ildən Malayziyanın) Baş Naziri və daxili işlər naziri vəzifələrini tutaraq hökumətin rəhbəri vəzifəsində qalmışdır.

1961-ci ildə Malay Federasiyasının və Böyük Britaniya müstəmləkələri olan Sinqapur, Sabaxa, Saravaka, Bruneyin Malayziya Federasiyası halında birləşdirilməsi planını irəli sürdü. 16 sentyabr 1963-cü ildə birləşmə baş tutdu. (Bruney federasiyaya daxil olmadı, Sinqapur isə 9 avqust 1965-ci ildə federasiyanın tərkibindən çıxdı). 1967-ci ildə Malayziya Cənub-Şərqi Asiya ölkələrinin Assosiasiyasının təsisçilərindən biri oldu.

1960-cı illərin ortalarında ölkədə icmalararası ziddiyyətlər (xüsusilə, 1967-ci ildə malay dilinin rəsmi dil elan edilməsi barədə qanun qəbul edildikdən sonra) kəskinləşdi. Bu ziddiyyərlər 1969-cu ildə etnik toqquşmalara və ölkədə fövqəladə vəziyyət elan edilməsinə səbəb oldu. Hakimiyyət faktiki olaraq hökumətdən Baş Nazirin müavini Abdul Razak Husseinın başçılıq etdiyi operativ milli şuranın əlinə keçdi. 1970-ci ildə Abdul Razak Hussein Malayziyanın Baş Naziri vəzifəsini tutdu.

1969–1973-cü illərdə Tunku Abdul Rahman İslam Konfransı Təşkilatının Baş katibi vəzifəsini tutmuşdur.

Xarici keçid История Малайзии 2-й половины XX века в энциклопедии "Кругосвет" tunkuabdulrahman.com The Tunku Abdul Rahman centennial PhD scholarship fund at Cambridge University

İstinadlar Kateqoriya:Malayziya baş nazirləri