– Production I.G studiyası tərəfindən istehsal olunmuş kiberpank və cinayət trilleri anime serialı. Rejissorları Naoyoşi Şiotani və Katsuyuki Motohiro, ssenaristi Qen Urobuçi, personaj dizayneri Akira Amano, bəstəkarı Yuqo Kannodur. Personajları səsləndirən orijinal heyətə Kana Hanazava (Akane Tsunemori), Tomokazu Seki (Şinya Koqami) və Takahiro Sakuray (Şoqo Makişima) daxildirlər. Anime serialı 12 oktyabr 2012-ci ildən 22 mart 2013-cü ilə kimi Fuji TV telekanalının NoitaminA veriliş blokunda yayımlanmışdır. 2014-cü ildə ikinci mövsümü, 2015-ci ildə anime filmi buraxılmışdır. 2019-cu ildə yığma film trilogiyası buraxılmağa başlamışdır. Üçüncü mövsümü anons edilmişdir.
Anime serialında hadisələr avtoritar antiutopik gələcəkdə baş verir. Bu dünyada hər yerdə mövcud olan ictimai sensorlar fasiləsiz olaraq hər keçən vətəndaşın zehni vəziyyətini analiz edir. Hazırkı zehni vəziyyətinə və ümumi şəxsiyyətinə əsaslanaraq cinayət törətmə potensialına malik vətəndaşlar müəyyənləşdirilir. Bu göstəricilərə vətəndaşın psixopasportu deyilir. Göstəricilərin qiyməti həddən çox yüksək qeydə alınanda məsul şəxslər bundan xəbərdar olurlar və İctimai Təhlükəsizlik Bürosunun rəsmiləri dərhal hadisə yerinə göndərilirlər. Rəsmilər "Hökmdarlar" adlandırılan və qarşısındakı şəxsin psixopasportuna əsaslanaraq gücünü tənzimləyən enerji tapançaları daşıyırlar. Hekayə Şinya Koqami, Akane Tsunemori və İctimai Təhlükəsizlik Bürosunun Cinayət Tədqiqat Diviziyasının bir nömrəli birliyinin digər üzvlərinin başına gələn hadisələrdən bəhs edir.
"Psycho-Pass" animesi Production I.G studiyasının Mamoru Oşiinin uğurlarının davamını gətirmək marağından doğmuşdur. Anime serialı bir neçə filmdən ilhamlanmışdır. Baş rejissor Katsuyuki Motohiro antiutopik hekayədən istifadə edərək cəmiyyətin gəncliyindəki psixoloji mövzulara toxunmaq istəmişdir. "Psycho-Pass" bir çox kitab və filmdən təsirlənmişdir. Bunlardan ən önəmlisi 1982-ci ildə istehsalı "Ülgücün üzəri ilə qaçan" elmi fantastika filmidir.
Anime serialı Madman Entertainment, Funimation və Manga Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. 2014-cü ilin oktyabrından dekabrına kimi anime serialının ikinci mövsümü yayımlanmışdır. 2015-ci ilin yanvarında anime filmi adaptasiyası buraxılmışdır. 2018-ci ilin martında "Psycho-Pass: Sinners of the System" adlı film trilogiyası anons edilmişdir. Trilogiyanın 2019-cu ilin yanvarında buraxılması planlaşdırılır. İki manqa adaptasiyası və bir neçə ranobe (orijinal adaptasiya və prikvel) nəşr olunmuşdur. Nitroplus Staffers tərəfindən Production I.G ilə birlikdə "Chimi Chara Psycho-Pass" adlı epizodik videooyun adaptasiyası istehsal olunmuşdur.
Birinci anime serialı "Psycho-Pass" həm Yaponiyada, həm Qərbdə müsbət tənqidlər almışdır. Tənqidçilər personajların antiutopik dünyadakı rollarını və qarşılıqlı ünsiyyətlərini bəyənmişdirlər. Bəzi qüsurlara görə son seriyaların DVD cildlərində düzəldilməsinə baxmayaraq, animasiya da çox bəyənilmişdir, Digər tərəfdən ikinci mövsümü "Psycho-Pass 2" qanlı səhnələrin çox istifadəsinə və yeni cinayətkarına görə müxtəlif rəylər almışdır.
Məzmun
Qurma "Psycho-Pass" animesində hadisələr 2113-cü ildə – futuristik Yaponiyada cərəyan edir. adlı güclü psixometrik skanerlər şəbəkəsi beynin kimatik skanından istifadə edərək aktiv şəkildə vətəndaşların zehni vəziyyətlərini kontrol edir. Yekun göstəricilər vətəndaşın adlandırılır. Əgər hər hansı şəxsin zehni vəziyyət göstəriciləri indeksini keçərsə, potensial cinayətkar hesab olunur. Şəxs polislər tərəfindən izlənilir, yaxalanır, lazım olarsa öldürülür. "İcraçılar" adlı elit rəsmilər ancaq cinayət əmsalının qiyməti yüksək olan şəxsə yönəldikdə aktivləşən "Hökmdarlar" adlı xüsusi silahlar daşıyırlar. İcraçıların özləri isə cinayət əmsalı yüksək olan şəxslərdən – potensial cinayətkarlardan seçilir; onlar polis inspektorlar tərəfindən nəzarət olunurlar. İcraçılar cəmiyyət üçün təhlükəli olduqda polis inspektorlar onları öz Hökmdarları ilə vurmaq səlahiyyətinə malikdirlər.
Hekayə
Hekayə Akanenin ilk missiyasında nəzarət altında saxladığı Şinya Koqami ilə başlayır. Akane Tsunemori İctimai Təhlükəsizlik Bürosunun Cinayət Tədqiqat Diviziyasının bir nömrəli birliyinin yeni polis inspektorudur. Birinci missiyada Akane cinayətkarın həyatını təhdid etdiyini düşündüyü üçün Koqamini vurur, lakin daha sonra bundan xəcalət çəkir, amma Koqami araya qarışdığı və cinayətkar olmasının qarşısını aldığı üçün Akaneyə təşəkkür edir və Akane postunu tərk etmir. Koqamidən başqa Akaneni ciddi şəxsiyyətə malik və icraçılara yuxarından aşağı baxan veteran inspektor Nobuçika Qinoza, orta yaşlı keçmiş detektiv Tomomi Masaoka, hələ uşaq ikən potensial cinayətkar hesab olunan qayğısız Şusey Kaqari və terrorçu ilə münasibətdə olduğu üçün potensial cinayətkar hesab olunan keçmiş musiqiçi Yayoy Kunizuka müşayiət edirlər. Akanenin ilk tədqiqatları boyunca birlik ağıllı cinayətkar Şoqo Makişimanın fəaliyyətini üzə çıxarır. Makişima . Nə qədər cinayət əməli törətsə, cinayət planı qursa belə, Sivilla sistemi cinayət əmsalını aşağı qeydə alır. Bu isə onun Hökmdarlar ilə vurulmasını mümkünsüz qılır.
İcraçılar və inspektorlar Sivilla sistemi tərəfindən qurulan cəmiyyəti məhv etməyi qarşısına məqsəd qoyan Makişimanın arxasınca düşürlər. Bu məqsədinə nail olmaqdan ötrü polisləri Sivilla sisteminin yerləşdiyi Sağlamlıq və Rifah Nazirliyinin Nona qülləsindən uzaqlaşdırmaq üçün şəhərdə iğtişaşlar törədir. Kaqami və Akane Makişimanın qüvvələrini dayandırırlar, Kaqami isə onun müttəfiqlərindən birini qülləyə qədər izləyir. Büro şefi Coşu Kasey Sivilla sisteminin real görünüşü haqqındakı sirri gizli saxlamaq üçün Makişimanın müttəfiqi və Kaqarini öldürür. Kasey Makişimaya deyir ki, Sivilla sistemi onun kimi asimptomatik şəxslərin ümumi beyin qrupundan ibarətdir və onun da bu qrupa qatılmasını arzulayır, lakin Makişima qaçır. Makişimanın qaçışı arxasındakı həqiqəti öyrənən Koqami onu öldürmək üçün birlikdən ayrılır. Daha sonra Akane Sivilla sistemi ilə birbaşa kontaktda olur və Makişimanı sağ ələ keçirmək əmrini alır. Akane Koqaminin edam qərarının ləğv edilməsi şərti ilə bunu qəbul edir. Makişimanın Yaponiyanın iqtisadiyyatını zəiflətmək üçün bioterrorizmə baş vurmaq istəyindən xəbərdar olan Cinayət Tədqiqat Diviziyası həm Makişima, həm də Koqamini axtarır. Makişima Qinozanı öldürməyə çalışır, lakin Masaoka həyatını qurban verərək onu xilas edir. Akanenin bütün cəhdlərinə baxmayaraq Koqami Makişimanı öldürür və keçmiş dostlar bir daha görüşmürlər.
İkinci mövsümdə Akane bərpa olunmuş bir nömrəli birliyin lideridir. Birliyə bu dəfə yeni inspektor Mika Şimotsuki, indi icraçı olan Qinoza, Yayoy və iki yeni icraçı – Sakuya Toqane və Şo Hinakava daxildirlər. Birlik bu dəfə Şoqo kimi Sivilla sistemini məhv etmək istəyən, lakin bunu iğtişaş çıxarmaqla deyil, sistemin qüsurlarından istifadə etməklə həyata keçirmək niyyətində olan yeni cinayətkar Kirito Kamui ilə qarşılaşır. Detektorların hər formasından yayına və dəstəkçilərinə cinayət əmsallarını aşağıda saxlamağa kömək edə bilən Kiritonun mövcudluğuna Akane daxil olmaqla, çox az adam inanır.
İstehsal 250px|left|thumb|Anime serialı Production I. G studiyası tərəfindən istehsal olunmuşdur. Anime serialının rejissoru Naoyoşi Şiotani, ssenaristi Qen Urobuçi və personaj dizayneri "Reborn!" manqakası Akira Amanodur. Əsas seyyuları Tomokazu Seki (Şinya Koqami), Kana Hanazava (Akane Tsunemori) və Takahiro Sakuraydır (Şoqo Makişima). "Psycho-Pass" animesi Production I.G studiyasının Mamoru Oşiinin "Ghost in the Shell" və "Patlabor" əsərlərinin uğurunun davamını gətirmək ideyasından doğmuşdur; şirkət serialın baş rejissoru olmuş Katsuyuki Motohironu və veteran I. G animasiyaçı Naoyoşi Şiotanini layihəyə rejissor kimi cəlb etmişdir.
Motohiro uzun fasilədən sonra anime istehsalına qayıtmaq istəmişdir, lakin xarizmatik ssenaristə ehtiyac duymuşdur. Motohiro və onun heyəti Qen Urobuçinin xeyli bəyənilmiş "Puella Magi Madoka Magica" anime serialındakı işini çox bəyənmişdir. Motohiro bu anime serialından təsirlənmiş, Urobuçinin digər əsərlərini oxumuş və onla danışmaq qərarına gəlmişdir. 2011-ci ilin əvvəlində Motohiro Urobuçiyə birlikdə işləmək təklifi etmişdir. Anime serialının istehsalının ilk vaxtlarında Motohiro Naoyoşi Şiotanidən filmə adaptasiya oluna bilməyəcək şeylər etməsindən qaçınmasını istəmişdir.
"Psycho-Pass" üzərində işlər başlmamışdan öncə Şiotani "Blood-C: The Last Dark" anime filmi üzərində işləyirdi. Film üzərindəki işi bitər-bitməz Şiotani bütün diqqətini anime serialının keyfiyyətinə yönəltmişdir. 16-cı seriyadan – artıq populyar animeyə çevrilməsindən sonra istehsalçı komanda "gücdən düşmüşdür". Növbəti iki seriya başqa bir komanda tərəfindən istehsal olunmuş, nəticədə animasiyada bir sıra qüsurlar peyda olmuşdur. Seriyanın prodüseri buna cavab olaraq problemlər yaşanacağını gözlədiyini, lakin əlindən gələnini etdiyini bildirmişdir. Şiotani də seriyanın keyfiyyətinə görə üzr istəmişdir. Orijinal komanda 19-cu seriyadan final seriyasına qədər anime üzərində işləməyə davam etmiş, 17 və 18-ci seriyaların ev buraxılışında remeyk edilməsinə qərar vermişdir.
Anime serialı ilk öncə 2012-ci ilin martında Fuji TV kanalının NoitaminA mətbuat konfransında anons edilmişdir. 2013-cü ilin martında Şiotani animeyə kifayət qədər dəstək olarsa, ikinci mövsümün çəkilə biləcəyini bildirmişdir. İkinci mövsümün istehsalı başladıqdan sonra Şiotani demişdir ki, yeni mövsümün seriyalarını hazırlamaq ilk mövsümün seriyalarını hazırlamaqdan daha çətindir: "Bu, verilişin qeyri-çevikliyi ilə bağlıdır, çünki heyət uyğunluğu qorumalıdır". İkinci mövsümdə To Ubukata Qen Urobuçini ssenarist kimi əvəz etmişdir. Ubukata qeyd etmişdir ki, ona sikveldə genişləndirilmiş qurma ideyası verilmişdi. Anime serialının və filminin ssenarisinin verilməsi nəticəsində, Ubukata personajların şəxsiyyətlərini yazmalı idi. İstehsal müddətinin qısa olmasına baxmayaraq, o, ilk serialın heyəti ilə müzakirə aparmağa vaxt tapmışdır. Şiotani serialın sonuncu seriyası üçün komandaya kömək etmişdir.
Dizayn thumb|Akane Tsunemorinin Akira Amano tərəfindən çəkilmiş eskizləri.|300px "The Pet Girl of Sakurasou" animesinin rejissoru Atsuko İşizukanın "birinci personajlar dizayn edilməlidir" fikrini eşidən Şiotani bu fikrin onun komandasının iş prinsipi ilə uyğun gəlmədiyini dərk etmişdir. Onun komandası birinci dünyanı, daha sonra personajları yaratmalı idi, çünki "personajlar demək olar ki, dünya tərəfindən idarə olunacaqdılar". Nəticədə, personajlar manqaka Akira Amano tərəfindən dizayn olunmuşdur. Akira personajları animenin qaranlıq atmosferi ilə balanslaşdırmaq üçün onları "xoşagələn və uyğun" dizayn etmişdir. İstehsalçı heyət uyğun olmayan parlaq rənglərdən istifadə etməkdən qaçınmışdır. Akane Tsunemori ən uyğun personaj kimi yaradılmışdır: izləyicinin baxış bucağından qurmanı sorğumalı və baş qəhrəmanlardan biri Şinya Koqami ilə onun düşməni və rəqibi Şoqo Makişimanın aralarına girəcək qəhrəman funksiyası daşımalı idi. Akanenin yeni gələn məsum inspektordan yetkin bir şəxsə çevrilməsinə gətirib çıxaran inkişaf mərhələsini göstərmək istehsalçı heyətin əsas məqsədlərindən biri idi.
Qadın izləyicilərin sayının azalda biləcəyi ehtimalına baxmayaraq Motohiro komandaya qrafik elementlərdən istifadə etməyə icazə vermişdi. Motohiro anlayırdı ki, anime serialı gənc izləyicilər üçün çox zorakı görünə bilər və demişdir ki, serialın psixoloji qəddarlığına görə oğlunun da onu izləməsini istəməz. O əlavə etmişdir ki, komanda özü də belə zorakı anime serialı hazırlamaq istəmir, lakin "gözəl serialların içində şiddət səhnələri də olmalıdır". Şiddət səhnələrinin çoxluğu haqqında Şiotani Urobuçiyə "burax, biz həll edərik" demişdir. Şiddət səhnələrinin bəziləri kamera önündə baş vermirdi, lakin əgər insidentə protaqonist qarışırdısa, anı unudulmaz etmək üçün səhnə təsvir olunurdu. İstehsalçı heyət iki dəfə səhnələri remeyk etməli olmuşdu, çünki televiziya kanalı həmin səhnələrin "həddi aşdığını" bildirmişdir.