On min Budda monastırı (, ) — Honkonqun Sathin rayonunda yerləşən buddist məbədi. Məbəd 220 Pai Tau Village, Sha Tin ünvanında yerləşir. Bura faktiki fəaliyyət göstərən monastır deyil, rahiblər burada daimi yaşamırlar. Məbəd dünyəvi şəxslər tərəfindən idarə edilir.

Tarixi Monastırın əsası 1951-ci ildə Yuet Kay (月溪法师, Yue Si) tərəfindən qoyulmuşdur. O yerli monastırda buddizmi təbliğ edirdi və buddist kolleci yaratmağı düşünürdü. Monastırın tikintisi 1949-cu ildə başlandı və yaşına baxmayaraq, Yuet Kay öz tələbələri ilə dağın ətəyindən tikinti materiallarını yuxarı daşıyırdı. Tikinti 8 ildən sonra, 1957-ci ildə tamamlandı və daha 10 il 12800 budda heykəlinin hazırlanmasına sərf edildi.

Hazırda Yuet Kayın mumiyası monastırın əsas zalında sərgilənir və məbədin əsas diqqətəlayiq obyektidir. Monastırın əsas məbədi və paqodası öz tarixi dəyərinə görə Honkonqun III dərəcəli tarixi binaları siyahısına daxil edilmişdir. thumb|800px|center|Məbədin çölündəki bəzi heykəllərin mənzərəsi.

İstinadlar

Xarici keçidlər

Monastery's website Photo gallery, by Thomas Willig Image gallery Journey to Ten Thousand Buddhas Monastery video "Ten Thousand Buddhas Monastery", at nextstophongkong.com

Kateqoriya:Buddist monastırları Kateqoriya:Honkonq