Evoğlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd.

Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Qaradağlı bələdiyyəsinin ərazisinə aid edilib.

Toponomik izahı Evoğlu - Ağdam rayonunda kənd adı. Əsl adı İvəoğlu. Səlcuq oğuzlarının İvə tayfasının adından və “oğlu“, “övladı“ sözündəndir. İvəoğlu Qarabağda Kəngərlərin Qaraxanbəyli tayfasının qollarından biri idi. Bu kənd İbrahim xanın bacısı Gövhər ağaya mənsub 14 ailənin məskunlaşmasından yaranmışdır.B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri

İqtisadiyyatı Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.Ağdam rayonunun 10 cəbhəyanı kəndinə təbii qaz verilib Əhalisinin əksəriyyəti əkinçilik və maldarlıqla məşğul olur.

Evoğlu kəndində infrastruktur obyektləri

Şəhid Əsgər Əliyev adına tam orta məktəb Uşaq bağçası kənd ambulator xəstəxanası mədəniyyət evi polis məntəqəsi vardır.

Evoğlu kəndində aid videomateriallar https://www.youtube.com/watch?v=2UUJJi0m2dM https://www.youtube.com/watch?v=q_XACpfGUZU https://www.facebook.com/watch/?v=709943766172939 https://www.youtube.com/shorts/bLypb1RZp7I

İstinadlar

Xarici keçidlər https://aghdamnewsnet.word

Kateqoriya:Ağdam rayonunun kəndləri