Azərbaycan–Tacikistan münasibətləri — Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Tarixi Azərbaycan ilə Tacikistan münasibətlərinin tarixi qədim tarixə malikdir.Azərbayca - Tacikistan münasibətləri . aliyevheritage.org
Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanmışdır.
Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir ki, onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Azərbaycanlı Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi olub.
Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
Diplomatik əlaqələr İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulmuşdur.Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az
Azərbaycan ilə Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur.Azərbaycan - Tacikistan münasibətləri . mfa.gov.az, 18.09.2014
Fövqəladə və səlahiyyətli səfirlər İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır.
Azərbaycan Respublikasının 2 oktyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Tacikistan Respublikasında (Düşənbə şəhərində) Səfirliyi təsis edilmişdirAzərbaycan Respublikasının Tacikistan Respublikasında (Düşənbə şəhərində) səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının 2 oktyabr 2006-cı il tarixli, 130- IIIQ nömrəli Qanunu. e-qanun.az
Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2007-ci il tarixli Sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Tacikistan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.M.A.Əliyevin Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2007-ci il tarixli, 2342 nömrəli Sərəncamı. e-qanun.az O, 26 may 2011-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.M.A.Əliyevin Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 26 may 2011-ci il tarixli, 1530 nömrəli Sərəncamı. e-qanun.az
Azərbaycan prezidenti İlham Əliyevin 10 fevral 2012-ci il tarixli sərəncamı ilə Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 7 mart 1997-ci il tarixində "Azərbaycan-Qırğızıstan, Türkmənistan, Tacikistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Fəzail Ağamalıyev olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu indiki adla 5 dekabr 2000-ci il tarixindən adlandırılmışdır"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən Aydın Mirzəzadə işçi qrupunun rəhbəridir.
İqtisadi əlaqələr Tacikistanda havaların şaxtalı keçməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyanı aradan qaldırmaq üçün Tacikistan hökumətinin müraciətini nəzərə alaraq Azərbaycan tərəfindən 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Tacikistana bir milyon ABŞ dolları məbləğində humanitar yardım edilmişdir.
Əmtəə dövriyyəsi (min doll.) İlİxracIdxalÜmumi dövriyyəsi20205 171,3166,365 237,6720217 331,41185,247 516,6520225 811,751385 949,75
Rəsmi sənədlər Azərbaycan Respublikası hökuməti ilə Tacikistan hökuməti arasında 35 sənəd imzalanmışdır.
Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon 11 iyul 2012-ci il tarixində "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir.Emoməli Rəhmonun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az
Mədəni əlaqələr Qardaşlaşmış şəhərlər Gəncə, Azərbaycan – Düşənbə, Tacikistan
İdman sahəsində əməkdaşlıq Futbol qarşılaşmaları
Həmçinin bax Azərbaycanın Tacikistandaki səfirliyi
İstinadlar
Xarici keçidlər Azərbaycandaki Tacikistanda səfirliyi Rəsmi sayti Tacikistanin Azərbaycandaki səfirliyi Rəsmi sayti