Fəzlabad (; ) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. Ərak şəhərindən 100 km şimal–qərbdə, Komican şəhərindən isə 5 km şərqdə, dəniz səviyyəsindən təqribən 1828–1833 metr hündürlükdə yerləşir.

İran ordusu Qərargahının Coğrafiya İdarəsi () tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (; ) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (; Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Birinci ostanda, Ərak şəhristanının Vəfs bəxşinin Bozçəllu dehestanına daxil olan Fəzlabad kəndinin türkcə – farsca danışan və şiə olan əhalisi 408 nəfərdən ibarət idi.فرهنگ جغرافیایی ملی ترکان ایران زمین. جلد ۱. نویسنده: ژنرال دکتر محمود پناهیان تبریزی. عراق, شهر و ناشر نامشخص است, مرداد ۱۳۵۱ (۱۹۷۲ میلادی), صفحه ۲۹۱. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 181 ailədə 295 nəfəri kişilər və 295 nəfəri qadınlar olmaqla cəmi 590 nəfərdir. Türkcə danışırlar və şiə müsəlmandılar.

Şərhlər

İstinadlar

Xarici keçidlər Fəzlabad kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində. Miqyas 1 sm–də 2 km (1: 200 000)

Kateqoriya:Komican şəhristanının yaşayış məntəqələri