Qolqat - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 8 km şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.64 qeyd edilmişdir. Kəndin digər adı «Qovluqat»dırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство «Мелконян фонд», 1932, с. 24.
Toponim türk dilində «susuz dərə», «çay yeri», «axar», «çay»Abdullayev Ə.Z. Azərbaycan dili məsələləri, Bakı, «Bakı Universiteti», 1992. s.297, «dərə, vadi»Древнетюркский словарь, Л., «Наука», 1969. s.453 mənalarında işlənən qol sözü ilə «bataqlıq» mə’nasında işlənən qat sözününМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.141 birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Keğanist qoyulmuşdur.
Əhalisi Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə Türkiyədən ermənilər köçürülüb burada yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1831-ci ildə 17 nəfər, 1873 -cü ildə 13 nəfər, 1897-ci ildə 18 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 24-25, 110.
XX əsrin əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur.
İstinadlar
Xarici keçidlər
US embassy to Armenia's website — Kiesling, Rediscoving Armenia, p. 24.
Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri