Təpədibi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 9 km məsafədə, Araz çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Təpədib formasında qeyd edilmişdirПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.237.

Toponimi Toponim Azərbaycan dilində "dağ" mənasında işlənən təpə sözü ilə "dağın ətəyi" mənasında işlənən dib sözündən əmələ gəlmişdir və "təpə dibində olan kənd" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Haykavan qoyulmuşdur.

Əhalisi Burada ermənilərlə yanaşı 1897-ci ildə 17 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.62–63. XX əsrin əvəllərində, 1906-cı ildə azərbaycanlılar kənddən sıxışdırıb çıxarılmışdır. İndi ermənilər yaşayır.

Təpədibi dağı Təpədibi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda dağ. Rayondakı Təpədibi kəndinin ərazisində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Mürəkkəb quruluşlu oronimdir.

İstinadlar

Xarici keçidlər

(as Aykavan)

World Gazeteer: Armenia – World-Gazetteer.com

Kateqoriya:Sərdarabad kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri