Stenford həbsxana eksperimenti () — insanın azadlığı məhdudlaşdırılanda düşdüyü şəraitə uyğunlaşma məsələsini tədqiq edən təcrübə. Təcrübə 1971-ci ildə amerikalı psixoloq Filipp Zimbardo tərəfindən Stenford Universiteti ərazisində qoyulub. Təcrübəyə öz xoşuna qoşulan tələbələr psixologiya fakültəsinin zirzəmisində hazırlanmış həbsxanada kimisi əsir, kimisi isə həbsxana gözətçisi rolunda bir müddət yaşamalı idi. Həbsdə olanlar və mühafizə öz rollarına tez uyğunlaşdılar. Az keçmiş həqiqətən də təhlükəli situasiyalar yarandı. Hər 3 keşikçidən birində sadist meyil peyda oldu. Həbsə salınmışlarsa mənəvi travma aldığından, onlardan bir neçəsi təcrübədən vaxtından əvvəl çıxarılmış və təcrübə dayandırılmışdı. Yarımçıq saxlanmasına baxmayaraq, nəticələrinə görə bu təcrübə ən qəddar təcrübələr sırasına daxil olub.

Həmçinin bax Təcrübə (film, 2010) Təcrübə (film, 2001)

İstinadlar

Xarici keçidlər Zimbardo, P. (2007). From Heavens to Hells to Heroes . In-Mind Magazine.

Kateqoriya:Stenford Universiteti Kateqoriya:Psixoloji təcrübələr Kateqoriya:Həbs və azadlıqdan məhrumetmə Kateqoriya:Sosial psixologiya Kateqoriya:Konformizm