Belqrad Müasir İncəsənət Muzeyi () — XX əsrin əvvəllərindən Yuqoslaviya və Serbiya təsviri incəsənətinə, heykəltaraşlığına və qrafikaya aid sənət əsərlərinin toplandığı və nümayiş etdirildiyi muzey. Sava çayının Dunay çayına töküldüyü yerdə yerləşir. Muzeyin binası kristal formasındadır.
Tarixi Muzey 1958-ci ildə təşkil olunmuşdur. Muzeyin layihəsi arxitektorlar İvan Antiç və ivanka Raspopoviç tərəfindən işlənilmiş və 1960-cı ildə həyata keçirilmişdir. Muzeyin daxili quruluşu ilə bağlı təşkilatı məsələlərin müzakirəsi və yekun qərarın qəbul edilməsi 1965-ci ilədək davam etmişdir. Elə həmin il müvəqqəti qalereya şurası muzeyin Müasir İncəsənət Muzeyi adlandırılması barədə qərar qəbul edildi http://beogradskonasledje.rs/kd/zavod/novi_beograd/muzej_savremene_umetnosti.html| titre = Museum of Contemporary Art| site = http://beogradskonasledje.rs| éditeur = Site de l'Institut pour la protection du patrimoine de la ville de Belgrade| consulté le = 6 novembre 2012. Muzeydə Qərb incəsənətini təmsil edən sənət nümunələri (Məsələn, Endi Uorxolun, Joan Mironun rəsm əsərləri) də nümayiş etdirilir. Hazırda muzeydə 35 minə yaxın eksponat saxlanılır.
Müasir İncəsənət Muzeyinin eksponatlarının nümayiş edildiyi salon tamaşaçılar üçün 1961-ci ildə açılmışdır.
Kolleksiyası 1900-cü ildən 1945-ci ilədək olan rəsm əsərlərindən ibarət kolleksiya 1945-ci ildən sonrakı dövrə aid rəsm əsərlərindən ibarət kolleksiya Heykəltaraşlıq əsərlərindən ibarət kolleksiya Qravür və şəkillərdən ibarət kolleksiya Multimedia incəsənəti (Fotoqrafiya, filmlər, videolar) nümunələrindən ibarət kolleksiya
Xarici keçid Музей современного искусства - Туристическая организация Белграда Салон Музея современного искусства - Туристическая организация Белграда Museum of Contemporary Art İstinadlar Kateqoriya:Belqrad muzeyləri Kateqoriya:Müasir incəsənət muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər