Çarlz Bebbic (, ) — ingilis riyaziyyatçısı, filosofu və maşınqayırma mühəndisi. İlk hesablayıcı maşının ixtiraçısı. İngiltərə Kral Cəmiyyətinin üzvü olmuşdur.

Həyatı Çarlz Bebbic 26 dekabr 1791-ci il İngiltərənin cənub-qərbində yerləşən Totnes şəhərində, varlı bank işçisinin ailəsində dünyaya göz açmışdır. O hələ 1820–1860-cı illərdə ilk dəfə olaraq proqram idarəetməsinə malik olan hesablama maşının yaradılması ilə məşğul olmuşdur. Bebbicin "Mexaniki Kompüter"i üçün proqramları dahi ingilis şairi Corc Bayronun yeganə qızı, dərin riyazi biliklərə malik olan Ada Avqusta Lavleys hazırlayırdı.

İlk analitik maşının kəşfi thumb|On the economy of machinery and manufactures, 1835

Çarlz Bebbic müasir kompüterin prototipi olan universal rəqəm hesablama maşınının layihəsini hazırlamışdır. Hesablama maşınları sahəsinin mütəxəssisi olan Bebbic hərtərəfli insan idi. Dahi alimin ixtiralarının siyahısına spidometr, oftalmoskop, seysmoqraf da daxildir. O, XIX əsr tarixində özündən sonra böyük iz qoymuş və tək riyaziyyat və hesablama texnikası deyil, elmin bütün sahələrində çevrilişlər etmişdir.

1830-cu ildə Çarlz Bebbic proqramla işləyən, yəni insanın iştirakı olmadan hesablama aparan hesablama maşınını yaratmağa cəhd göstərdi. Maşına proqramın perfokartlar vasitəsilə daxil edilməsi verilənlərin və nəticələrin isə yaddaşda saxlanması nəzərdə tutulurdu. Çarlz Bebbicin kəşfi sonradan kompyuterin yaranmasının əsasını qoydu.Kərimov S. Q., Həbibullayev S. B. İbrahimzadə T. İ. "İNFORMATİKA", 2002, Bakı

Bebbicin işlərinin bir hissəsi London Elmi Muzeyində saxlanılır.

İstinadlar

Ədəbiyyat Вокруг Света. Jurnal. dekabr 2004 Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

Kateqoriya:İngiltərə filosofları Kateqoriya:İngiltərə riyaziyyatçıları Kateqoriya:İngiltərə mühəndisləri Kateqoriya:İnformatiklər Kateqoriya:İngiltərədə doğulanlar Kateqoriya:İngiltərədə vəfat edənlər Kateqoriya:Süni intellekt tədqiqatçıları Kateqoriya:Kensal-Qrin qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:Maşınqayırma mühəndisləri Kateqoriya:XIX əsr riyaziyyatçıları Kateqoriya:İngiltərə ixtiraçıları Kateqoriya:İxtiraçılar Kateqoriya:Britaniya kriptoqrafları Kateqoriya:İngiltərə informatikləri Kateqoriya:İngiltərə xristianları Kateqoriya:İctimai sahədəki yazıçılar