Nəbibə Baladayı qızı Həsənova () — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR məişət xidməti naziri (1964–1968), Azərbaycan SSR məişət xidməti və yerli istehsal naziri (1963–1964).

Həyatı Nəbibə Baladayı qızı Həsənova 1932-ci il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Moskva Yüngül Sənaye Texnologiyası İnstitutuna daxil olub. 1955-ci ildə təhsili başa vuraraq təyinatla Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin tələbinə əsasən Ə. Bayramov adına fabrikdə mühəndis-mexanik kimi ilk əmək fəaliyyətinə başlayır. Üç aydan sonra isə baş mühəndis vəzifəsinə irəli çəkilir.

Nəbibə Həsənova 1961-ci ildə respublika yerli sənaye nazirinin müavini, 1963-cü ildə isə məişət xidməti və yerli istehsal naziri vəzifələrinə yüksəlib. 1968-ci ildə isə o, Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin müdiri vəzifəsinə təyin olunur.

1967–1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1989-cu ildən fərdi dövlət təqaüdündədir.

Mükafatları Nəbibə Həsənovanın vətən və xalq qarşısındakı xidmətləri dövlət təltiflərinə, orden və medallara layiq görülüb.

Ailəsi Üç övladı, 5 nəvəsi və iki nəticəsi var. Aydın, Yeganə və Təranə adlı övladları var.

İstinadlar

Xarici keçidlər Gülnaz Qənbərli. "12 erməni direktoru vəzifədən azad etmişdim…" (müsahibə). "Hüriyyət" qəzeti, 21–23 sentyabr 2012-ci il. Elmin Nuri. SSRİ-nin 29 yaşlı azərbaycanlı naziri — O bir gündə 12 erməni direktoru işdən qovub. modern.az saytı. Yayımlanıb: 04.12.2015.

Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Hacılar Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycanın qadın nazirləri