Seyidağa Onullahi () — Tarix üzrə elmlər doktoru, şərqşünas, professor, Bakı Dövlət Universitetinin "Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)" kafedrasının müdiri (2001–2004-cü illər) olmuş, "21 Azər" medalı ilə təltif olunmuş 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatının iştirakçısı.
Həyatı Seyidağa Onullahi 26 avqust 1925-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuş, orada fars dilində orta məktəbi bitirmişdi. 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatında iştirak etmiş və buna görə "21 Azər" medalı ilə təltif olunmuşdur. Milli hökumətin süqutundan sonra mühacirət etməyə məcbur olaraq Sovet Azərbaycanına (hazırda Azərbaycan Respublikası) pənah gətirmişdir. Astarada şəhər siyasi idarəsinin rəisi işləmişdi. Güney Azərbaycanda Pişəvəri hərəkatının faciəli süqutu zamanı Sovet Azərbaycanına gəlmiş, 1952-ci ildə Gəncə şəhərində Zərdabi adına Pedaqoji İnstitutun Tarix fakültəsini bitirmiş, 6 il Ağstafada dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdı.1958-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspiranturasına daxil olmuşdur. 1963-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1985-ci ildə professor elmi adı almışdır. 1962-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının (hazırda Azərbaycan Milli Elmlər Akademiyası) Tarix İnstitutunun "Orta əsrlər tarixi şöbəsi"ndə kiçik, baş və aparıcı elmi işçi vəzifələrində işləmişdir. Ömrünün son illərində, 2001-ci ildən 2004-cü ilədək Bakı Dövlət Universitetinin (BDU) "Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)" kafedrasının müdiri vəzifəsində çalışmışdır. Elmi fəaliyyəti əsasən Azərbaycan tarixinin orta əsrlər dövrünün başlıca problemlərinin araşdırılması ilə bağlı olmuşdur. Bir neçə sanballı monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifi olmuşdur.Bakı Dövlət Universitetinin Professorları. Bakı:Bakı Universiteti nəşriyyatı, 2014, s.311,312
Yaradıcılığı "Təbriz şəhərinin tarixi" (1982)Onullahi S. M. XIII–XVII əsrlərdə Təbriz şəhəri (Sosial-iqtisadi tarixi). Bakı: Elm, 1982, 280 s., "İran fəhlələrinin tətil hərəkatı: 1951–1953-cü illər" (1968)Onullahi S. M. 1951–1953-cü illərdə İran fəhlələrinin tətil hərəkatı. Bakı: Azərbaycan SSR EA, 1968, 145 s., "Övliya Çələbi"Evliya Çələbi. Səyahətnamə (Azərbaycan tarixinə aid seçmələr). Tərcümə edəni S. Onullahi, Bakı: Azərnəşr, 1997, 92 s., "Gəncənin tarixi", "Azərbaycan tarixi"İ. Məmmədov. Azərbaycan tarixi: ali məktəblər üçün dərslik. Elmi redaktoru S. Məmmədov; red. S. M. Onullahi. Bakı: Adiloğlu, 2005, 486 s, eləcə də AMEA-nın çoxcildli "Azərbaycan tarixi"Azərbaycan tarixi: yeddi cilddə. Bakı: Elm, 1998–2003 kitablarının müəlliflərindən biri idi. Onun "Erməni millətçiləri və İran"S. M. Onullahi. Erməni millətçiləri və İran. Bakı: Maarif, 2002, 88 s. kitabı Londonda və Bakıda çap olunmuşdu. Fars, ərəb, fransız, rus, türk dillərini bilirdi. Orta yüzil qaynaqlarını araşdıraraq nəşr etdirmişdi. S. M. Onullahi Azərbaycan tarixinə dair dəyərli mənbə olan Məhəmməd Müfid Yəzdinin "Müxtəsəri-Müfid" əsərini ilk dəfə təhlil etmiş və Təbrizin XVII əsrin sonundakı vəziyyəti haqqında bu əsərə istinadən maraqlı məlumatlar vermişdi. Qeyd edək ki, bu əsər Məhəmməd Müfid Yəzdi tərəfindən 1680-ci ildə Lahurda yazılmış və nəşr olunmamışdırS. M. Onullahi. Azərbaycan tarixinə aid yeni mənbə "Azərbaycan SSR EA Məruzələri", 1975, № 4, səh. 69–72.. Bu qaynaqla yanaşı S. M. Onullahi Xondəmirin "Nameyi Nami" əsərinin Bakı nüsxəsiS. M. Onullahi. "Nameyi Nami" əsərinin Bakı nüsxəsi. "Əlyazmalar xəzinəsi"ndə, Azərbaycan SSR EA RƏF nəşri, IV cild, Bakı, 1976, səh. 61–69., Əbülqasim Kaşaninin "Tarix-i Ulcaytu" adlı elxanilər dövünə aid əsəriS. M. Onullahi. Elxanilər dövrünə aid istifadə edilməmiş mənbə. "Azərbaycan SSR EA Məruzələri", XXXII cild, № 5, 1976, səh. 58–61., Mahmud Nətənzi və onun "Nəqavət əl-asar fizikr-ül əxyar" əsəriS. M. Onullahi. Mahmud Nətənzi və onun əsəri haqqında. "Azərbaycan SSR EA. Məruzələri", 1978, № 7, səh. 72–76., Fəzli İsfəhaninin "Əfzəl-ət-təvarix" adlı əsəriS. M. Onullahi. "Əfzəl-ət-təvarix" əsəri Azərbaycan tarixinin mənbəyi kimi. "Azərbaycan SSR EA Xəbərləri", TFH seriyası, 1978, № 2, səh. 39–45., Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin "Tarix-i Abbasi"S. M. Onullahi. Cəlaləddin Məhəmməd Münəccim Yəzdi və onun "Tarix-i Abbasi" əsəri haqqında. "Azərbaycan SSR EA Xəbərləri", TFH seriyası, 1972, № 2, səh. 29–38 adlı mənbələrə, Səfəvilər dövləti ilə bağlı bəzi məktublaraS. M. Onullahi. A. Q. Həsənov. Səfəvi hökmdarlarının daha iki naməlum məktubu haqqında. S. M. Kirov adına ADU-nun "Elmi Əsərlər"i (tarix və falsəfə elmləri seriyası), 1974, № 4, səh. 84–94 dair məqalələr nəşr etmişdir.
Qarabağ Onullahinin tədqiqatlarında Qarabağ da müstəsna yer tutmuş bu barədə "Dövrün farsdilli qaynaqlarına istinadən" "Azərbaycan Qarabağı", "Arran Qarabağı"Onullahi S. M. Dövrün farsdilli qaynaqlarında "Azərbaycan Qarabağ", "Arran Qarabağı" / Qarabağ Azadlıq Təşkilatı. "Qarabağ dünən, bu gün və sabah": 2-ci Ümumrespublika elmi-əməli konfransının materialları, s.217–220, "Qarabağ XV–XVII"Onullahi S. M.. "Azərbaycan" qəz., Bakı, 1989, 9 dekabr, s. 5 əsrlərdə adlı məqalələrində maraqlı məlumatlar vermişdir. O yazır ki, "Qərbdən Kiçik Asiya, şimaldan Muğan və Gürcüstan, cənubdan Ermənistanla həmsərhəd olan Arran Şirvan ilə Azərbaycanın cənub hissəsi arasında olan ərazi idi". Dövrün mənbələrinə istinadən isə göstərir ki, "Naxçıvanın şimalında Qarabağlar, Urmiyanın şimalında Qarabağ, Əfqanıstanda Qəzneynin qərbində Qarabağ fars əyalətində Qarabağ rayonu, Cənubi Azərbaycanda Araz çayı sahilində Qarabağ və s. yerlərdə bu adın olması türkdilli tayfa adı olmasını sübut edir. Erməni tarixçisi Riçard Hovanesyan da "Ermənistan Respublikası" əsərinin I cildində Qarabağ mahalını Cənubi Qafqazın ərazisində müsəlmanlar yurdu kimi qeyd etmişdir. Atabəylər dövründən tutmuş Qacarlara qədər türk hökmdarları həmişə Qarabağda – Aranda qışlaq etmişlər. Teymurun özü, oğlu Şahrux Qarabağda qurultay çağırmışlar"Onullahi S. M. Dövrün farsdilli qaynaqlarında "Azərbaycan Qarabağ", "Arran Qarabağı" / Qarabağ Azadlıq Təşkilatı. "Qarabağ dünən, bu gün və sabah": 2-ci Ümumrespublika elmi-əməli konfransının materialları, s.217–220.
Təbriz S. M. Onullahi Təbriz şəhərinin tarixi ətraflı şəkildə işləmişdir. Bu barədə həm 1982-ci ildə tarix elmləri doktorluğu almaq üçün müdafiə etmiş olduğu fundamental əsəriОнуллахи, Сеидага Мирон оглы. Тебриз в XIII–XVII веках. (Социально-экономическая история города) : диссертация … доктора исторических наук : 07.00.02. Баку, 1982 370 c., həm də Təbriz şəhəri ilə bağlı silsilə məqalələri məlumdur. Bu məqalələrdə Təbriz mədəniyyətS. M. Onullahi. Təbrizin mədəniyyət tarixindən (X–XVII əsrlərdə "Qobustan" incəsənət toplusu, 1974, № 3, səh. 54–56., maarif və məktəb tarixindənTəbrizin maarif və məktəb tarixindən (XIII–XV əsrlər). "Azərbaycan EA Xəbərləri", TFH seriyası, 1976, № 4, Təbriz kitabxanalarındanS. M. Onullahi. Təbriz kitabxanaları (X–XVII əsrlərdə). S. M. Kirov adına ADU-nun elmi əsərləri; Şərqşünaslıq seyiası). 1971, № 1, s. 57–62, Təbrizdə baş verən zəlzələlərS. M. Onullahi. Təbrizdə baş verən zəlzələlər haqqında. "Azərbaycan SSR EA Məruzələri", 1976, № 1, səh. 98–101C. М. Онуллахи. Уточнение каталога сильных землетрясений в зоне Азербайджана. Материалы конференции по изучению сейсмичности и глубинного строения Азербайджана (Баку, март, 1973). Баку, 1974, Ин. геологии им. акад. И. М. Губкина, стр. 160–164., Səfəvilər dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsiS. M. Onullahi. Paytaxtın Təbrizdən köçürülməsinə dair. "Azərbaycan SSR EA Məruzələri", 1975, № 11, səh. 42–46., Xaqani Şirvaninin Təbrizlə bağlılığıS. M. Onullahi, A. Q. Həsənov. Xaqani və Təbriz. S. M. Kirov ad. ADU-nun "Elmi əsərlər"i (Dil və ədəbiyyat seriyası), 1971, № 6, səh. 11–17, Elxanilər dövründə Təbrizdə tikilmiş Rəb-i Rəşidi məhəlləsinin tarixi və əhəmiyyətiS. M. Onullahi, A. Q. Həsənov. "Rəb-i Rəşidi" və onun tarixi əhəmiyyəti. S. M. Kirov ad. ADU-nun "Elmi Əsərlər"i (Şərqşünaslıq seriyası), 1971, № 1, səh. 55–63., Təbriz abidələriS. M. Onullahi. Təbriz yadigarları. "Qobustan" incəsənət toplusu, 1971, № 1, səh. 12–15., o cümlədən də Təbrizin Cahsanşah yadigarı hesab edilən 1465-ci ildə tikilmiş Göy məscidinin tarixçəsiS. M. Onullahi. Göy məscidin memarı kimdir? "Qobustan" incəsənət toplusu, 1974, № 3, səh. 57. və başqa tarixi məsələləri barədə məlumatlar vermişdir.
Səfəvilər S. M. Onullahinin yaradıcılığında Səfəvilər dövləti ilə bağlı tədqiqatlar da mühüm yer tutmuşdur. Səfəvilərin soykökünün türk olması haqqında Onun tədqiqatlarında tarixçilik üçün həm maraqlı və həm də yeni məlumatlar vardır. Müəllif XIV yüzillikdə yaşamış Təvəkkül ibn İsmayıl ibn hacı əl-Ərdəbilinin "Səffat əs-Səfa" adlı əsərinə istinad edərək yazır: "Şeyx Səfiəddin bu ləfz ilə buyurdu – Ey xüləfa camaatı, Xacə Səfiəddinə dua edin ki, rəhmətlik Şeyx Zahidin və mən türkzadənin (türk oğlunun) taxtını aparmışdır"Seyidağa Onullahi, Yaqub Mahmudov. Paniranistin "kəşfi" və ya Xətai şair "deyilmiş"! "Azərbaycan" jurnalı, 1988, № 2, s. 79–92. Seyidağa Onullahi olduqca elmi əhəmiyyətli olan bu fikirə istinad edərək Səfəvilərin soykökünü kürdləşdirməyə, yaxud da farslaşdırmağa çalışan tarixçilərə tutarlı cavab verərək göstərir ki, Şeyx Səfiəddin türk olduğunu hər halda onlardan daha yaxşı bilərdi
Azərbaycan dili tarixinin saxtalaşdırılmasına qarşı fəaliyyəti