Əbdülbaqi Yəzdi () — Səfəvi din və dövlət xadimi, Səfəvilər dövlətinin vəkili və Nemətullahiyyə təriqətinin başçısı.
Həyatı İlkin həyatına dair məlumatlar azdır. Yəzd şəhərində doğulmuşdur, Neyməddin Neymətullanın oğlu, Nemətulla Vəlinin nəslindən idi. 1511-ci ildə Şah İsmayılın düşərgəsində olduğu məlumdur. 1512-ci ildə Nəcmi Saninin müavinlərindən (sədr) idi. Həmin ilin noyabrında, Nəcminin öldürülməsindən sonra vəkilliyə təyin olunmuşdur.Soucek, P. P. (1982). "ʿABD-AL-BĀQĪ YAZDĪ". Encyclopaedia Iranica, Vol. I, Fasc. 1. səh. 105–106
Vəkillik 1514-cü ildə Çaldıran döyüşündə öldürülənədək vəkil olmuşdur.
Yaradıcılığı Baqi təxəllüsü ilə şeirlər yazmışdır.
Ailəsi Mir Əbdülbaqi Yəzdi adlı oğlu olmuşdur. O, daha sonra Yəzd valisi olmuş, I Təhmasibin bacısı Xanış bəyim ilə evlənmişdir. Bu evlilikdən doğulan qızı da daha sonra II İsmayılla evlənmişdi.Newman, Andrew J. (2008). Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. pp. 1–281. ISBN 9780857716613
İstinadlar
Kateqoriya:Yəzddə doğulanlar Kateqoriya:Səfəvi sərkərdələri