İbrahim ibn Mərzban () — Deyləm hökmdarı. II Mərzbanın oğlu idi.
Hakimiyyəti II Mərzban Rəvvadilər tərəfindən həbs olunduqdan sonra Salarilərin sərkərdələrindən biri tərəfindən Tarıma qaçırılmış, orada hakimiyyətə başlamışdır. Hələ uşaq yaşda olan İbrahimin hakimiyyətdə sözü yox idi. 996-cı ildə Əbhər və Şahzur kimi kiçik bölgələri ələ keçirən İbrahim 1029-cu ildə Mahmud Qəznəvinin hücumuna məruz qalmışdı. İlk döyüşlərdə onu məğlub edə bilsə də, Məsud tərəfindən 13 sentyabr 1029-cu ildə məğlub edildi və torpaqlarının böyük bir hissəsi əlindən alındı.Vladimir Minorski - Studies in Caucasian History - Appendix: The last Musafirids and the Rawwadids, səh.166
İstinadlar
Kateqoriya:Salarilər