() — fəsiləsinin cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır.
Steller inəyi ancaq Komandor adalarıLucien McShan Turner (2008) An Aleutian Ethnography, University of Alaska Press sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir İnsan vəhşiliyinin qurbanı olan canlılar//az.urban.az.
Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan(ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı. 7–8 metr uzunluğa və beş tondan artıq çəkiyə malik olmuşlar. Az hərəkətli həyat tərzi keçirən canlı olması ehtimal edilir. Bədən quruluşuna və böyük ölçülərinə görə onların sürətli üzməsi imkansız olmuşdur. Əsasən sahil boyu ərazilərdə yayılmışlar. Dəniz inəkləri yosunlar və əsasən dəniz kələmi ilə qidalanırdılar. Astagəl, qorxaq və insana tez öyrəncəli olmaları ilə seçilirdilər. Bu xüsusiyyətlər onların insanlar tərəfindən asanlıqla ovlanmasına gətirib çıxarırdı. Steller inəkləri ilk dəfə aşkarlanarkən sayları cəmi 2 min ədəd təşkil edirdi.
Bəziləri bu canlıları Kamçatka diyarı sahilləri boyunca gördüklərini iddia edirdilər. Ancaq bu fərziyələr öz təstiqini tapmamışdır. Dünyanın bir çox muzeylərində onların sümüklərinə rast gəlmək olar. Bəzi muzeylərdə isə bütöv skeletləri saxlanılır.
Tədqiqi thumb|250px|Stellerin çəkdiyi dəniz inəyi thumb|250px|Dəniz inəyi. thumb|250px İlk dəfə insanlar tərəfindən aşkarlanması 1741-ci ilə təsadüf edir. Bununla belə Asiya və Şimali Amerikanın yerli əhaliləri tərəfindən görülməsi mümkündür. Vitus Berinqin; ekspedisiyası Kapitan-komandor gəmisində Beriq adasına yan almaq istəyərkən bu canlıları aşkarlayır.
Ekspedisiyada iştirak edənlər arasında yalnız Steller canlılar sahəsində təhsili olan mütəxəssis olmuşdur. O, dəniz kənarına nəzər yetirərkən bir neçə qayıq gövdəsini xatırladan qaraltıları müşahidə etmişdir. Bir müddətdən sonra bu qayığa bənzər qaraltının bir dəniz canlısı olduğunu müəyyənləşdirir. İlk ovlanma ekspedisiyanın onuncu ayında və geri dönmənin səkkizinci həftəsində baş verir. Ekspedisiya üzvləri gəminin təmiri bitənə qədər əsasən bu canlıların əti ilə qidalanırdılar.
Sonrakı məlumatlar əsasən Stellerin 1751-ci ildə dərc olunmuş "Dəniz yırtıcıları haqqında" () əsərində verilmişdir. Steller gördüyü canlının Amerika lamantini () olduğunu düşünürdü. O, öz yazılarında ispanların Amerika müstəmləkələri sahillərində yaşayan və onlar tərəfindən "manat" () adlandırılan canlının özü olması fikrini bildirirdi. Yeni növ olaraq dəniz inəyini alman zooloqu E.SimmermanZimmermann (1780), 2, Geogr. Gesch. Mensch. Vierf. Thiere, 426. orrialdeak 1870-ci ildə qeydə almışdır. Növün latın dilində adı Hydrodamalis gigas adlandırılmışdır. Bu ismi canlıya 1794-cü ildə isveç bioloqu Anders Yahan Retzius vermişdir. Bu söz isə latıncadan tərcümədə "su inəyi" mənasını verir.
Bu canlıların araşdırılmasında norveç əsilli ABŞ zooloqu Leonard Şteyneqerin böyük rolu olmuşdur. O, 1882–1883-cü illərdə Komador adalarında tədqiqatlar aparmışdır. O, çoxlu sayda dəniz inəyinin sümüklərini toplaya bilmişdir.
Görünüşü və quruluşu
Görünüşü thumb|250px|left|Steller inəyinin kəlləsi Xarici görünüşü baxımından bütün sirenlər eyni formaya malik olsa da, dəniz inəkləri çəki baxımından hazırda yaşayan canlılardan üstün olmuşlar. Canlının bədəni kök və ovalvari şəkilə malik idi. Bədəninə nisbətən başı olduqca kiçikdir. Başlarını aşağı və yanlara əyə bilirmiş. Skeletinin quruluşu ev atlarını xatırladır.
Dərisi tüksüz olmuşdur. İlk baxışdan dəri köhnə palıd ağacının qabığını xatırladır. Rəngi bozdan tünd-qəhvəyi çalarlarına qədər olurdu, bəzən ağ ləkələr və zolaqlar müşahidə edilmişdi. Bu canlıları araşdıran alman alimlərindən biri onların dərisinin elastiklik və möhkəmlik baxımından avtomobil təkərinin rezinlərini xatırlatdığını bildirmişdir. Dərinin bu quruluşa malik olması ola bilsin ki, onun yaşadığı daşlıq ərazilərlə bağlı idi.
Qulaq seyvanı olduqca kiçik olduğundan demək olar ki, dərinin altında görünməz olmuşdur. Gözləri iri olmasa da, bu canlıları görənlər gözlərinin qoyun gözləri böyüklükdə olmasını qeyd edirdilər. Dodaqları yumşaq olub aşağı sallanmış formada olurdu. Bu nahiyədə çıxıntılar müşahidə edilirdi. Dişləri ümumiyyətlə olmamışdır. Qidanı iki ağ rəngdə olan damaqları ilə çeynəyirdilər. Boyun fəqərələrinin sayının 6 və ya 7Bütün məməlilərdə 7 fəqərə olur olduğu bildirilir. thumb|250px|Steller inəyinin damaqları (şəkil 1835-ci il.) Erkəklər dişilərə nisbətən iri olmuşlar. Demək olar ki, səs siqnalları verməmişlər. Yaxşı eşitmə orqanlarına malik idilər. Bununla belə yanlarından keçən qayıqlara demək olar ki, reaksiya verməmişlər. Yaralandıqları zaman ola bilsin ki, güclü səs çıxara bilirdilər.
Ölçüləri thumb|left|Steller inəyi Dəniz inəyi ölçülərinə görə iri canlı olmuşdur. Steller özü ilk dəfə aşkarladığı dişi dəniz inəyinin ölçüsünün 295 dyüm (təxmini 7,5 m)Walker, Sally M. (1999). Manatees. Lerner Publications. olduğunu bildirmişdir. Sənədlərdə aşkarlanmış ən böyük canlının uzunluğu 7,88 m olaraq göstərilir. Dişilərin uzunluğu 7,42 m, boyunlarının diametri 204 sm olmuşdur. Çiyinlər arasında məsafə 3,67 m, bədənin ən kök hissəsinin diametri 6,22 m, quyruğunun üzgəc ilə birlikdə uzunluğu 143 sm, quyruq üzgəclərinin qutaracaqları arasında məsafə 199 sm təşkil edirdi. Ehtimallara görə dəniz inəklərinin daha böyük ölçülərə malik olmuşlar. Alimlər isə elmi araşdırmalarla sübut etməyə çalışırlar ki, onların uzunluğu 7,9 metrdən böyük ola bilməzdir. Guman ki, bəzi fərdlərin uzunluğu 9–10 m ola bilərdi.
Çəkisinə gəldikdə, bununla bağlı müxtəlif fikirlər vardır. Bəzi təxminlərə görə 4 t, 4,5–5,9 t, hətta 10 t və ya 5,4–11,2 t arasında dəyişirmiş. Onların çəkisi hətta Afrika filindən belə böyük idi. Steller tərəfindən ölçülən dəniz inəyinin çəkisi 3,5 t olmuşdur. İstənilən halda su həyatı sürən məməlilər arasında dəniz inəyi balinakimilər istina olmaqla dünyanın ən böyük canlısı hesab edilə bilər (onlar hətta orta göstəricilərə görə su nəhəngi olan cənub dəniz filini belə üstələyir).
Özünəməxsus xüsusiyyətləri thumb|250px|left|Səyahət edən dəniz inəkləri (rəssamın təxəyyülü) Vaxtın böyük qismini ləng şəkildə qidalanmaya sərf edirdi. Dayazlıqlarda üzərək dəniz yosunları ilə qidalanırdılar, bu vaxt ön ətraflarını dirək məqsədilə istifadə edirdilər. Bu zaman onların bel nahiyəsinə dəniz quşları qonurdu. Quşlar dəniz inəyinin bədəninə yapışmış xərçəngkimilərlə (balina bitləri) qidalanırdılar. Dəniz inəkləri sahilə o qədər yaxın üzürdülər ki, hətta onlara əl ilə toxunmaq mümkün olmuşdur. Adətən dişi və erkəklər öz balaları ilə birlikdə olurdular. Bütünlükdə götürdükdə dəniz inəkləri böyük sürü halında yaşayırdılar. Balalar əsasən sürünün mərkəzində yerləşirdilər. Bu canlıların bir-birinə bağlılığı olduqca yüksək olmuşdur. Belə bir məlumat vardır ki, sahildə ölmüş dişini erkək və balası üç gün ərzində tərk etməmişdir. Eyni hərəkətləri insanlar tərəfindən öldürülmüş digər dişinin balası da etmişdir. Bu canlıların çoxalması barədə məlumat olduqca azdır. Stellerin məlumatına görə, bu canlılar monohamdırlar. Cütləşmə yazda baş verirdi.
Steller inəkləri əsasən yosunlar ilə qidalanırdılar. Sahil xəttinə yaxın ərazilərdə isə onlar dəniz kələmi ilə qidalanırdılar ("Kələmyeyən" adı buradan götürülmüşdür). Qidalanarkən yosunları qoparırdılar. Hər 4–5 dəqiqədən bir başını suyun üzərinə qaldıraraq nəfəs alırdılar. Bu sanki atın nəfəs almasını xatırladırdı. Dəniz inəklərinin qidalandığı ərazilərdə dalğa yosun kök və budaqlarını, üstəlik at peyininə bənzər nəcisi sahilə çıxarırdı. Dincələrkən bu canlılar beli üzərində uzanır və sakit körfəzlərdə dreyf edirdilər. Ümumən dəniz inəkləri ləngliyi və sakit olmaları ilə seçilirdilər. Qış ayları dəniz inəkləri arıqlayırdılar. Hətta onların qabırğalarını saymaq mümkün olurdu.
Yaxın qohumları olan dyoqonlar kimi dəniz inəkləri təbii halda 90 il yaşaya bilirdilər. Bu canlıların təbii düşmənləri araşdırılmasa da, Stellerin məlumatına görə su səthinin buz bağlaması onların ölümünə səbəb ola bilərdi. O, həmçinin bildirirdi ki, bu canlılar fırtınalar zamanı sahildən uzaqlaşa bilməyəndə ya güclü zərbədən, ya da həyəcandan həlak olurdular.
Sayı 1880-ci il araşdırmalarına əsasən Steyner bütün arealda dəniz inəklərinin sayının yarım min baş olması qənayətinə gəlir. 2006-cı ildə dəniz inəklərinin mümkün tükənmə ehtimalları araşdırılmışdır. Bu araşdırmalar onu göstərir ki, 500 baş dəniz inəyinin yalnız qida məqsədilə ovlanması, nəslinin kəsilməsinə 20–30 il yetərlidir.
2002–2004-cü illərdə aparılan qiymətləndirmələrə görə dəniz inəklərinin 500 baş olması fonunda il ərzində 16 baş inəyin ovlanmasına yetərlidir. 1743–1763-cü illərin rəsmi məlumata görə il ərzində 23 baş dəniz inəyi ovlanmışdır. Ən böyük ovlanma 1756-cı ilə təsadüf edir. Bu ildə rəsmi məlumata görə 500 baş ovlanmışdır. Bu minvalla artıq 1756-cı ildə onların tükənməsi düşünülərdi. Ancaq onların tamamən tükənməsi 1768-ci ilə təsadüf edir. Belə düşünülür ki, Mednı adası sahillərində digər populyasiya olmuşdur. Onların ümumi sayının 2 000 baş olduğu ehtimal edilir.
Arealı Bir çox araşdırmalara görə dəniz inəklərinin arealı sonuncu buzlaşma dönəmində (20 min. il əvvəl) genişlənmişdir. Sakit okean ilə Şimal Buzlu okean arasında bir başa əlaqənin kəsilməsilir. Sakit okeanın şimalında temperatur indiki dövrə nisbətən mülayimləşir. Bundan sonra dəniz inəkləri hətta Asiya sahillərinə qədər belə yayılırlar. thumb|280px|Komandor adaları və Kamçatka yarımadası sahilləri Bu canlıların alt Pleystosen epoxasına aid qalıqları aşkarlanmışdır. Onların məhdud şəkildə Komandor adaları ətrafı ərazilərdə yayılması artıq Qolosen epoxasınaMarsh, Helene; O'Shea, Thomas J.; Reynolds, John E., III (2012). Ecology and Conservation of the Sirenia: Dugongs and Manatees. Conservation Biology 18. Cambridge: Cambridge University Press. p. 19. ISBN 9780521888288. təsadüf edir. Böyük ehtimal ki, bu canlılar dünyanın digər ərazilərində belə yayılmışdır. Ancaq bu canlılar hələ qədim zamanlarda ovçular və qəbilələr tərəfindən ovlanmışdır. Bəzi amerikalı alimlərin fikrinə görə dəniz inəklərinin dünyanın digər ərazilərində tükənməsi təkcə ibtidai ovçuların təsiri ilə deyil, digər səbəblərdən tükənmişdir. Steller inəyi isə açılışa qədər də artıq tükənmə həddində idi.
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi mütəxəsislərinin fikrinə görə Steller inəyi XVIII əsrin əvvəllərinə qədər Aleut adalarının qərbində yayılmışlar. Bununla belə SSRİ alimləri əsas arealdan kənarda tapılan qalıqların vaxtı ilə ölmüş və axınlarla digər ərazilərə aparılması ilə əlaqədar olduğunu iddia edirlər. 1960–70-ci illərdə dəniz inəklərinin sümükləri Yaponiya və Kaliforniya sahillərində aşkarlanmışdır.
1969-cu ildə Aleut adalarına daxil olan Amçitka adasında bütöv bir skelet aşkarlanmışdır. Bu tapıntının yaşının 125–130 min il öncəyə aid olması ehtimal edilir. 1971-ci ildə XVII əsrə aid olan eskimosların keçmiş düşərgəsində, Alyaska ərazisindən axan Noatak çayı sahilindən dəniz inəyinin sümükləri aşkarlanmışdır. Bu isə dəniz inəklərinin müəyyən dövr ərzində Alyaska və Aleut adalarında yaşadığını isbatlayırD. G. Corbett, D. Causey, M. Clemente, P. L. Koch, A. Doroff, C. Lefavre, D. West (2008) "Aleut Hunters, Sea Otters, and Sea Cows", Human Impacts on Ancient Marine Ecosystems, University of California Press. Amçitka adasında tapılan skelet cavan fərdə mənsub olmasına baxmayaraq, Komandor adalarında tapılan yaşlı fərdlərin sümüklərindən iri olması ilə fərqlənir.
Ekoloji əlaqə