thumb|200px|Tokio körfəzisinin kosmosdan çəkilmiş şəkli Tokio körfəzi () — Sakit okeanın Yaponiya sahillərində erləşir. Körfəzin sahilində dünyanın ən böyük aqlomerasiyalarından biri yerləşir. Burada 33 milyon insan yaşayır. Şimaldan cənuba uzunluğa 60 km, şərqdən qərbə olan məsafə isə 40 km təşkil edir. Burada həmçinin Asiyanın ən böyük limanlarlnda biri yerləşir. Körfəzi okeandan Boso yarımadası ayırır.

Coğrafiyası thumb|200px Körfəzin sahəsi 1 320 km² təşkil edir. Körfəzə Tama, Ara, Edo və Surumi çayları axır. Körfəzi okeanla birləşdirən boğazın darlığı və bura çixlu sayda çayların tökülməsi suyunu nisbətən şirin edir. Köfəzin şimali yosunlar və su bitkiləri ilə zəngindir. Cənubda isə suyu şordur. Üstəlik bu hissə isti Kurosio cərəyanının təsirinə məruz qalır. Bölgədə çoxlu sayda balıq növlərinə rast gəlmək olar.

XIX-XX əsrlərdə körfəzdə çoxlu sayda süni adalar inşa edilmişdir. Körfəzdə yegnə təbii ada Kanaqava prefekturası ərazisinə daxil olan Saru adalarıdır.

İnfrastruktura thumb|200px Körfəzdə Tiba, Kavasaki, Yokosuka, Tokio, Yokoqamı və Kisaracu limanları yerləşir. Yokosuka limanında ABŞ hərbi dəniz bazası və Yaponiya dəniz qüvvələrinin hərbi hissəsi yerləşir.

Körfəzin sahilləri Kanaqava, Tokio və Tiba prefekturaları ərazisinə daxildir. XIX əsrdən körfəzin sahilində iqtisadi mərkəzlər fəaliyyət göstərir.

Tarixi 5–4 min il öncə Tokio körfəzi indiki ərazisindən böyük olmuşdur. Hətta Kanto düzəniliyi razisinidə əhatə edirdi. thumb|right|200px|Amerikan təyyarələri Tokio körfəzi səmasından Missuri linkoru üzərindən ucarkən, 2 sentyabr 1945 14–16 əsrlərdə körfəzdə aktiv şəkildə dəniz piratları fəaliyyət göstərməmişdir. 16–19 əsrlər ərzində isə Tokio körfəzi Edo dənizi adlanırdı.

2 sentyabr 1945 ildə ABŞ ilə Yaponiya arasında Missuri linkorunda Yaponiyanın danışıqsız təslim olma aktı imzalanmışdır.

Mənbə 100 növ, Tokio korfəzi. Tokio körfəzinin interaktiv xəritəsi. Endo Suyusi. Tokio körfəzi // Coğrafi jurnal. 2004 Tokio körfəzinin sahilində ekoloji vəziyyət

İstinadlar

Kateqoriya:Yaponiya körfəzləri Kateqoriya:Çiba prefekturası relyefi Kateqoriya:Tokio prefekturası relyefi Kateqoriya:Tokionun görməli yerləri Kateqoriya:Yokohama coğrafiyası Kateqoriya:Çiba prefekturasının görməli yerləri Kateqoriya:Kanaqava prefekturası relyefi Kateqoriya:Kanaqava prefekturasının görməli yerləri Kateqoriya:Sakit okeanın körfəzləri