Alma piroqu və ya almalı piroq – əsas inqredienti alma olan piroq növü.

Tarix Ən qədim alma piroqu reseptinə XIV əsrdə İngiltərədə yazılmış "Bişirmə metodu" ("Forme of Cury") kolleksiyasında rast gəlinmişdir.The Forme of Cury, section Servicium de Pissibus (i.e. fasting recipes), item XXIII Holland stilində olan ən qədim alma piroqu resepti isə 1514-cü ilə aiddir.

Hazırlanması Alma piroqunun bişirilməsində un, kərə yağı, marqarin, qatıq, yumurta, qabartma tozu, vanil, alma, darçın, qoz ləpəsi, şəkər tozu və şəkər kirşanı kimi inqredientlərdən istifadə olunur.http://1001dad.com/alma-piroqu/ 10001dad saytında alma piroqu

Alma piroqunun hazırlanması zamanı əvvəlcə kərə yağı, qatıq, yumurta qarışdırılır və alınan qarışığa un əlavə olunaraq xəmir hazırlanır. Piroqun içliyi üçün almadan istifadə olunur. Alma soyularaq rəndələnir və bişirilir. Alma içliyi əvvəlcədən hazırlanan xəmir kütləsinin üzərinə əlavə olunur və sobaya yerləşdirilir.

Piroq bişdikdən sonra üzərinə şəkər kirşanı əlavə edilə və dilimlərə bölünə bilər.

Populyar mədəniyyətdə Alma piroqu ABŞ-nin qeyri-rəsmi simvollarından biridir. İngilis dilində "as American as apple pie" () ifadəsi "tipik amerikalı" mənasında işlədilir.

ABŞ-nin Nyu-Meksiko ştatında yerləşən Pay-Taun () yaşayış məntəqəsi alma piroqunun şərəfinə adlandırılmışdır.

Qalereya

İstinadlar

Kateqoriya:Piroqlar Kateqoriya:Alma məhsulları Kateqoriya:ABŞ mədəniyyəti Kateqoriya:Milli xörəklər Kateqoriya:ABŞ mətbəxi Kateqoriya:ABŞ desertləri Kateqoriya:Almaniya mətbəxi Kateqoriya:İngiltərə mətbəxi Kateqoriya:Qaraçı mətbəxi