Tampliyerlər ( — "məbədçilər"; sözündən), Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri () — orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş cəngavər ordenlərindən biri.Malcolm Barber, The New Knighthood: A History of the Order of the Temple. Cambridge University Press, 1994. ISBN 0-521-42041-5. Səlib yürüşlərində fəal iştirak etmişlər. I Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə Huqo de Peynin başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılmışdır. Təriqət Avropada bank və sələm sistemini genişləndirmişdir.Martin, p. 47.Nicholsun, p. 4. Fransa kralı IV Filipin 1307-ci il sentyabrın 22-də verdiyi göstərişə əsasən oktyabrın 13-ü, cümə günü ordenin Fransa ərazisindəki bütün üzvləri həbs olunaraq istintaqa cəlb edilmişdir. Tampliyerlərə vurulan son zərbə, 23-cü və sonuncu magistr olan Jak de Molenun tonqalda yandırılması olmuşdur.Malcolm Barber, The Trial of the Templars. Cambridge University Press, 1978. ISBN 0-521-45727-0.
Orden XII–XIII əsrlərdə çox varlı olmuşdur. Onlar həm səlibçilərin Suriya və Fələstində yaratdıqları dövlətlərdə, həm də Avropada geniş torpaqlara malik olmuşdur. Orden həmçinin geniş kilsə və hüquqi imtiyazlara da malik olmuşdur. Bu imtiyazları ordenin birbaşa tabe olduğu Roma papası, həmçinin ərazilərində əmlaka malik olduqları monarxlar tərəfindən verilmişdir. Ordenin ilikn vəzifəsi Müqəddəs Torpağa gedən zəvvarları qorumaq olsa da, onlar həmçinin Yaxın Şərqdəki səlibçi dövlətlərinin müdafiəsi ilə də məşğul olmuşdur.
Lakin 1291-ci ildə səlibçilərin Misir sultanı Əşrəf tərindən qovulmasından sonra, tampliyerlər əsas diqqəti sələmçilik və ticarətə yönəltmiş, külli miqdarda sərvətə yiyələnmiş və nəticədə də Roma Papası və Avropa monarxları ilə aralarında müxtəlif münaqişələr yaranmışdır.
1307–1314-cü ildə orden Fransa kralı IV Filipp tərəfindən təqibə uğramış və 1314-cü ildə papa V Kliment tərəfindən ləğv edilmişdir.
Tarixşünaslıqda Orden üzvlərinin sayının şişirdilməsi tendensiyası mövcuddur. Vilke hesab edirdi ki ordenin 15000 cəngavəri olub, Sekler bu rəqəmi iyirmi minə, Malyar de Şambür otuz minə qaldırır. Bütün bu rəqəmlər Kral Filipp tərəfindən həbs edilən cəngavər sayları ilə uyğunsuzluq təşkil edir. Belə ki, Fransada 538, Kiprdə 75, Malyorkada isə iyirmi cəngavər həbs edilmişdi. Belə hesab etməm mümkündür ki, tarixçilər cəngavərlərin nökər və silahdaşıyanlarını da orden üzvü siyahısına daxil edirlər.
Tarix Tampliyerlər ordenin tarixini ilk dəfə qələmə alan tarixçi Tirli Vilhelmin əsərində bu ordenin 1118-ci ildə, Şampan qrafının vassalı olan cəngavər Huqo de Peyn və onun səkkiz silahdaşı tərəfindən, Müqəddəs Torpağa gələn zəvvarları mühafizə məqsədilə yaradıldığı bildirilmişdir. Bu ordeni onlar "Səfil Cəngavərlər" adlandırmışlar. Həmin tarixçinin yazdığına görə, qardaşlığın qərargahı olmadığından, Qüds kralı II Bolduin öz sarayının bir hissəsini, daha dəqiq Əl-Əqsa məscidini onların ixtiyarına vermişdir.Read, The Templars. p. 91. Bu saray qədim Qüds məbədinin yerində ucaldığından, orden özünün məşhur adı olan "tampliyer" (fransızca "məbəd" mənasını verən "temple" sözündəndir, "tampliyer" məbədçi deməkdir) adını almışdır.
1127-ci ildə kral II Bolduin Huqo de Peyni Avropaya səfərə yollamışdır. Bu səfərin əsas məqsədi Anju qrafı Fulku Qüdsə gələrək, kralın qızı Melisenda ilə evlənmək və Qüds krallığının vəliəhdi olmağa razı salmaq idi. Həmçinin, Huqo de Peyn Papanın razılığı ilə öz ordeninə yeni namizədlər toplamaq istəyirdi. Həmin dövrdə ordenin üzvlərinin sayı şübhəlidir. Ən məşhur versiyaya əsasən tampliyerlər cəmisi doqquz nəfərdən ibarət idi. Lakin belə mühüm vəzifənin orden komandoruna tapşırılması, onların sayının göstəriləndən xeyli çox olduğu düşüncəsini təsdiqləyir.
Huqo de Peyn bu səfəri zamanı Fransada, Flandriyada, İngiltərədə və Şotlandiyada olur və bir çox zadəganı öz ordeninə qoşulmağa razı sala bilir. Həmçinin o, xeyli ianə toplamağı da bacarır. O, dəstək qazanmaq üçün dini çevrələrdə son dərəcə məşhur olan abbat Klevroslu Bernardla görüşə nail olur. Bu məqsədlə Trua şəhərində böyük kilsə qurultayı keçirilir və həmin iclasda Huqo de Peyn tampliyerlər ordeninin məramı və məqsədi haqqında iştirakçılara geniş məlumat vermir. Qurultayda ordenin nizamnaməsi qəbul edilir. Girişdə yazılır ki, dünyəvi cəngavərlər əsas vəzifələri olan ədaləti bərpa etməyə nifrət edir və xristian kimi keşişlərə, dullara, yetimlərə kömək etməli olduğu halda bunu yerinə yetirmir, əvəzində isə soyğunçuluqla, qarət və qətllərlə məşğul olur. Lakin onlardan tampliyerlərə qoşulanlar əsl cəngavər ruhunu bərpa etməklə bərabər ruhlarını da xilas edə bilərlər. Bu qaydaya əsasən, cəngavərlər döyüş əməliyyatları olmadığı vaxtlar tam tərkidünya zahid həyatı sürməli idilər. Həmin nizamnamədə göstərilir ki, orden üzvləri cəngavər, serjant və silahdaşıyan olmaqla üç qrupa bölünür. Yalnız cəngavərlər daimi surətdə ağ geyimdə olmalı idilər. "Ağ geyim yalnız tamamilə tabe olmuş cəngavərlərə məxsusdur, çünki zülmətlə dolu həyatını geridə qoymuş şəxslər təmiz yaşayışla öz Yaradanına qayıtmalıdırlar. Ağ təmizliyin, ruhi sükunətin və bəkarətin rəmzidir"
Bəkarət orden üzvləri üçün əsas şərtlərdən biri idi. Buna görə də ordenə subayları götürürdülər. Evlilər də cəngavər ola bilərdilər, lakin onlar ağ paltar geyinə bilməzdilər.
Cəngavərlərə yalnız tam geyimdə yatmağa icazə verilirdi. Onlar həftədə üç dəfədən artıq ət yeyə bilməzdilər. Onlara əlavə olaraq hər cür ov qadağan edilmişdi. Yalnız şir ovlamaq istisna edilmişdi. Hesab edilirdi ki, şirlər şeytan kimi, öz ovlarını axtarır. Həmçinin, cəngavərlərə gözəl, rahat, qızıl və gümüş istifadə olunmuş paltar və ayaqqabılar da qadağan edilmişdi. Onlar söhbət zamanı ehtiyatla davranmalı, çox danışmamalı və heç vaxt qışqırmamalı idilər. Qadınlar heç bir halda yada salına bilməzdi. Paxıllıq, qibtə kimi cəhətlər pislənirdi. Heç kim özünə nəsə istəyə bilməzdi. Yalnız magistr istədiyi adama hansısa əşyanı və ya atı verməkdə tam sərbəst idi.
Orden üzvləri magistrın icazəsi olmadan heç bir yaşayış məntəqəsinə daxil ola bilməzdilər. Magistr ordendə qeyri-məhdud hakimiyyətə malik idi. O, istədiyi vaxt, təcrübəli insanlarla məsləhətləşə, yaxud şura toplaya bilərdi. thumb|200px|Abbat Klevroslu Bernard Abbat Klevroslu Bernard yeni yaranmış ordenə tam dəstək vermişdir. Məhz onun təkidi ilə şura ordeni tanımışdır. Daha sonra papa II Honori də ordenə xeyir-dua verdi. Bernard tampliyerlərə müraciətində ordenin əsas məqsədinin müharibədə deyil, dini sahədə olduğunu bildirmişdir. "Daxili düşmənləri yenmədiyimiz surətdə xaricilərin üzərinə hücuma keçmək mənasızdır". O, həmçinin cəngavərlərin mənəvi qüvvələrini artırmaq üçün onları cəlb edən bəyanatlar da səsləndirmişdir. "Ölü və diri olaraq hamımız Tanrıya məxsusuq. Döyüş meydanından qayıdanlara eşq olsun! Lakin şəhid olanlar da Tanrının inayətini qazanmışlar. İgid insanlar, əgər Tanrı üçün yaşamaq və ölməyə hazırsınızsa, onda bu cərgəyə qoşulun. Həyat həqiqətən gözəl və qələbə ucadır. Lakin ölüm bunlardan üstündür. Çünki, döyüşdə həlak olanlara Tanrı özü xeyir-dua verir".
Bu şuranın bitməsindən sonra Huqo de Peyn Fələstinə geri döndü. O, özü ilə xeyli sayda könüllü və külli miqdarda ianə gətirmişdi. Bu dövrdə orden özünün sərhədini aşaraq, İspaniyaya da çatmış, burada müsəlman dövlətləri ilə müharibə aparan Araqon kralı I Alfonsonun vəsiyyətnaməsinə əsasən, İspaniyada xeyli qəsrə və gəlirlərin onda birinə sahib olmuşdu.
Ordenin nüfuzu artdıqca onun daxili iyerarxiyası da inkişaf etmişdir. Magistrlər tez bir zamanda təkcə Fələstin ərazisində deyil, Qərbi Avropada da əhəmiyyətli fiqurlara çevrilmişlər. Onların əlində nəhəng maliyyə imkanları cəmlənmişdir və qısa vaxt ərzində cəmiyyətin hörmətli üzvləri olmuşlar. İsanın cəngavərləri sayıldıqlarından, bütün qapılar onların üzünə rahat açılmışdır.
Huqo de Peyn Qüdsə qayıdan kimi kral II Bolduin dərhal Dəməşqin üzərinə səfər hazırlığına başladı. Yeni ordenə qoşulmuş tampliyerlər bu ordunun əsas hərəkətverici qüvvəsi sayılırdı. Dəməşqin üzərinə yürüyən qoşun yolda ikən nizam-intizamı itirmiş və başıpozuq soyğunçu dəstəsinə çevrilmişdi. Şəhərin yaxınlığında onlar süvari məmlük qoşununun həmləsinə məruz qalaraq darmadağın olmuşlar. Salnaməçilər cəmi qırx beş cəngavərin sağ qaldığı haqda məlumatları qeyd etmişlər. 250px|left|thumb|Əl-Əqsa məscidi tampliyerlərin ilk mərkəzi olmuşdur Bundan sonra tampliyerlər Fələstinin şimal ərazisində bəzi qalalar inşa etmişlər. Bu vaxtlar Antioxiya knyazı II Boemund Suriya əmiri Qazi ilə döyüşdə həlak olmuşdu. Onun taxt-tacı uğrunda mübarizədə kral II Boduinlə qızı — II Boemundun arvadı Alisa arasında mübarizə yaşanmış, bunun nəticəsində də kral duyduğu üzüntüdən həmin il vəfat etmişdi.
Həmin mübarizədə tampliyerlər aktiv şəkildə iştirak etmişlər. 1136-cı ildə ordenin Baş magistri Huqo de Peyn vəfat etdi. Qüdsdə toplaşmış orden kapitulu onun yerinə Rober de Kraonu Baş magistr vəzifəsinə seçdi. O, yaxşı inzibatçılıq qabiliyyətinə malik idi və ordenin təşkilati işlərilə ciddi surətdə məşğul olmağa başlamışdır. Məhz Rober de Kraonun fövqəladə səyləri nəticəsində 1139-cu ildə Papa II İnnokenti "Omni Datum Optimum" adlı bulla ilə çıxış etdi. Həmin bullada göstərilmişdir ki, tampliyerlər ordeninin üzvləri bundan sonra birbaşa yalnız Papaya tabe olurlar. Həmçinin, onlar döyüş meydanındakı qəniməti heç kimlə bölüşdürməmək, sərhədləri maneəsiz keçmək, heç bir vergi ödəməmək kimi imtiyazlara da sahib olurlar. Bu ordenin onsuz da yüksək olan nüfuzunu daha da qaldırmış, onların hakimiyyətlərini möhkəmləndirmişdir.
1144-cü ildə səlibçilərin Fələstindəki əsas məntəqələrindən biri olan Edessa (Urfa) şəhəri məmlük sultanı Zəngi tərəfindən geri alınmışdı. Bu haqda xəbər Avropaya çatan kimi Papa III Yevgeni dərhal Fransa kralı VII Lüdovikə, onun şəxsində də bütün Avropa monarxlarına Müqəddəs Torpağa yeni Səlib yürüşü təşkil etmək çağırışını səsləndirmişdir. Bu ideyanı tampliyerlər ordeninin hamisi abbat Bernard da dəstəkləmişdir. O, əhaliyə çağırışında yazmışdır: "Əbədi xilaskar otuz il insanlar arasında yaşadığı torpaqları itirməkdədir. Hamıya məlumdur ki, sizin ölkənizdə xeyli güclü və gənc kişilər vardır. Bütün dünya onların rəşadətini tərifləyir, onların gücünün şöhrəti hamının dilindədir. İndi sizin uğrunda vuruşacağınız işiniz vardır. Bu yolda qazanılmış qələbə şöhrətinizi hər yana yayacaqdır, həlak olmaq isə gerçək xoşbəxtlikdir. Bu imkanı əldən verməyin. Xaç işarəsinin altına toplaşın və dərhal səmimi-qəlbdən etiraf edəcəyiniz günahlarınız bağışlanacaqdır. Bu işi tam itaətkarlıqla görəcəyiniz halda İlahi Səltənətə qovuşacaqsınız".
Bernard həm də Müqəddəs Roma İmperatoru III Konradı səfərə çıxmağa razı sala bilmişdi. 1147-ci ildə imperator və Fransa kralı ayrı-ayrı yollarla çoxsaylı məiyyət və ordunun müşayiətilə Fələstinə yola düşdü. Lakin İmperator Konradın qoşunu Anadoluda türklər tərəfindən darmadağın edildi və o, qalan əsgərləri ilə birlikdə, kralın ordusuna qoşuldu. Yolda çətinliklərlə üzləşən kral ordunun başına tampliyerləri gətirdi və onların köməyi ilə sağ-salamat Antioxiyaya çata bildi. Daha sonra Akra yollanan səlibçilər buradakı şurada Dəməşqin üzərinə hücuma keçmək qərarına gəldilər. Lakin səfər tam uğursuzluqla başa çatdı.
Daxili strukturu