— Tomoko Ninomiya tərəfindən yaradılmış manqa və onun əsasında çəkilmiş anime seriallar, doramalar və tammetrajlı filmlər. Manqa 2004-cü ildə Kodanshanın "Ən yaxşı şoco manqası" mükafatını qazanmışdı.
Məzmun Şiniçi Çiyaki oxuduğu universitetin ən yaxşı pianoçusu və möhtəşəm bir skripkaçıdır. Həmçinin o, dirijor olmaq arzusundadır, lakin səyahət etmək qorxusu (aerofobiya və akvafobiya) Avropaya ona müəllimlik etməyə razı olan dünyaca məşhur dirijor Sebastyan Vieyranın yanına getməyə imkan vermir.
Bir axşam Çiyaki çox içkili olur və gələn gün qonşusu Mequmi Nodanın evində oyanır. Onun fortepianoda ifası ilə heyran olub o, ona vurulan qızın qayğısını öz boynuna götürür.
Lakin xoş bir təsadüf ona kömək olur: konservatoriyaya bir illik dərs demək üçün maestro Ştrezemann gəlir və istedadlı tələbələrdən prkestr təşkil edir.
Nodame Cantabile: Paris-Hen "Nodame Cantabile"nin ilk mövsümünün davamı, "Nodame Cantabile: Paris Chapter" kimi də tanınır. 2008-ci ilin sonunda yayımlanmışdı.
Məzmun Nodame və Çiyaki Parisə yollanırlar. Çiyaki maestro Vieyranan görüşməyə cəsarət etməyərək dirijorlar yarışmasındaistirak edir.Nodame Paris konservatoriyasında böyük çətinliklərlə təhsil alır. Onun Yaponiyadaki çıxışı ilə heyran olan yeni fortepiano müəllimi ona solo çıxışlar təşkil edir.
Nodame Cantabile Finale 2010-cu ilin əvvəlində nümayiş olunan üçüncü mövsüm.
"Honey and Clover" ilə oxşarlıq Nodame Cantabileni tez-tez Honey and Clover ilə müqayisə edirlər. Hər ikisində hekayə incəsənət ali məktəblərində baş tutur: Honey and Cloverdə bu bədii ali məktəbdir. Hər iki əsər eyni yaşlı auditoriyalara istiqamətlənir. Anime versiyaların oxşarlığı xüsusən gözə çarpır, çünki hər ikisini eyni rəssam çəkib.
Xarici keçidlər Live-action Nodame Cantabilenin rəsmi saytı Nodame Cantabile animesinin rəsmi saytı Nodame Cantabile oyunun rəsmi saytı Tomoko Ninomiya’s Web: manqakanın rəsmi saytı
Kateqoriya:Ən yaxşı şoco manqasına görə Kodansha mükafatı qalibləri Kateqoriya:2001-ci ilin manqaları Kateqoriya:2007-ci ilin anime serialları Kateqoriya:2008-ci ilin anime serialları Kateqoriya:2009-cu ilin manqaları Kateqoriya:Yaponiya filmləri Kateqoriya:2010-cu ilin anime serialları Kateqoriya:Del Rey Manga Kateqoriya:J.C.Staff Kateqoriya:Cosey manqaları Kateqoriya:Kodansha manqaları Kateqoriya:Filmlərə adaptasiya olunmuş manqalar Kateqoriya:Romantik anime və manqalar Kateqoriya:NoitaminA Kateqoriya:Piano və pianoçular haqqında əsərlər Kateqoriya:Musiqi anime və manqaları Kateqoriya:2007-ci ilin videooyunları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Paris haqqında filmlər