Arzu Qeybulla (tam adıyla: Arzu Qeybulla qızı Qeybullayeva; d. ) — Azərbaycan jurnalisti. Regional məsələlər üzrə təhlilçi, bloqçu və sosial media üzrə təlimçidir; Münaqişələrin Transformasiyası üzrə "Imagine" mərkəzinin həmsədrlərindən biri, münaqişələrin həllində xalq diplomatiyası məsələləri ilə məşğuldur.
Həyatı Arzu Qeybullayeva 1 avqust 1983-cü ildə Bakıda doğulub.
1999–2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşdur.
Ankara Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb.
İstanbulda nəşr edilən "Aqos" qəzetində yazar olaraq çalışmışdır.
Müxtəlif vaxtlarda Milli Demokratiya İnstitutunda, Berlində yerləşən Avrasiya Stabillik Təşəbbüsü Mərkəzində çalışıb.
Fəaliyyəti Arzu Qeybullayeva 2009-cu ildən Azərbaycan-Ermənistan arasında keçirilən kiçik miqyaslı proyektlərdə daha çox təlimçi kimi iştirak etmişdir. 2011-ci ildə isə "İmagine Center for Conflict Transformation" adında kiçik təşkilata qoşulmuşdur. Bu mərkəz 2007-ci ildə qurulub və münaqişələrin həlli üzərində çalışır. Eyni zamanda Türkiyə-Ermənistan, Gürcüstan-Abxaziya konfliktləri üzərində də işləyir. Çalışdığı mərkəzin məqsədi insanları bir araya gətirib, onlara fikir mübadiləsi şansı yaratmaqdır.
Şəxsi həyatı Arzu Qeybullayeva professor Qeybulla Qeybullayevin qızıdır. 2010-cu ildə ailə qurduqdan sonra İstanbulda yaşamışdır və indi Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yaşayır. Qardaşı Bakıda yaşayır.
İngilis, türk və rus dillərini bilir.
İstinadlar
Xarici keçidlər
arzugeybulla.com IS AZERBAIJAN BECOMING A HUB OF RADICAL ISLAM? by Arzu Geybullayeva, European Stability Initiative
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan bloqqerləri Kateqoriya:Aqos qəzetinin jurnalistləri Kateqoriya:Azərbaycan aktivistləri