Hiroşima və Naqasakinin atom bombardmanı – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. İkinci dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilmişdir.

1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan "Enola Gay" amerikan B-29 bombardman təyyarəsi "Balaca oğlan (bomba)" adlı atom bombasını Yaponiyanın Hiroşima şəhərinə atmışdır. "Balaca oğlan" bombası 13–18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan "Gonbul (bomba) adlanan atom bombası "Bockscar" amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılmışdır. Təyyarənin komandiri pilot Çarlz Suini idi. Hiroşimada həlak olanların sayı 90–166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olmuşdur.

Yaponiyaya ABŞ-nin atom bombaları şoku Yaponiyanın baş naziri Kantaro Sudzuki və xarici işlər naziri Toqo Sigenorinin hökumətini müharibəni dərhal bitirməyə məcbur etmişdir.Sadao Asada. "The Shock of the Atomic Bomb and Japan’s Decision to Surrender: A Reconsideration". The Pacific Historical Review, Vol. 67, No. 4 (Nov., 1998), pp. 477–512..

15 avqust 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan etdi. 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktı İkinci dünya müharibəsini formal olaraq bitirmişdir.

Bombardmana hazırlıq işləri 200px|thumbnail|left|Hiroşimaya atılan "Balaca oğlan" ("Little boy") atom bombasının maketi 1944-cü ilin sentyabrında ABŞ prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın baş naziri Vinston Çörçill arasında Hayd-parkda bağlanmış razılaşmada Yaponiyaya qarşı atom bombasının tətbiqi məsələsinə də baxılmışdır..

1945-ci ilin yayında ABŞ Böyük Britaniya və Kanadanın dəstəyilə Manhetten layihəsi çərçivəsində nüvə silahının ilk nümunələrinin hazırlıq işlərini bitirmişdir.

ABŞ-nin 3 ildən artıq bir müddətdə İkinci dünya müharibəsində iştirakı zamanı 200 000-ə yaxın amerikalı həlak olmuşdur. Həlak olanların təxminən yarısı Yaponiyaya qarşı müharibədə həlak olanlar idi. 1945-ci ilin aprel-iyun ayında Okinava adasınının işğalı əməliyyatı gedişində 12 000-dən çox amerikalı həlak olmuş, 39 000 nəfər yaralanmışdır. Yaponların isə itkisi 93 000-dən 110 000-ə qədər idi. Bunlardan 100 000-dən çoxu dinc sakin idi. Yaponiyaya hücumun isə Okinavadakı əməliyyatdan daha çox itkiyə səbəb olacağı gözlənilirdi.

1945-ci ilin mayı: Hədəflərin seçilməsi 260px|thumbnail|right|Hiroşima və Naqasaki Yaponiyanın xəritəsində Los-Alamosda keçirilən ikinci iclas zamanı (10–11 may 1945) Hədəflərin seçimi üzrə Komitə hədəf kimi Kioto, Hiroşima (hərbi baza), İokoqama (hərbi sənaye mərkəzi), Kokura (iri hərbi arsenal mərkəzi) və Niiqatada (maşınqayırma mərkəzi və hərbi liman) atom silahının tətbiqini irəli sürmüşdür. Komitə bu silahın hərbi məqsədlə tətbiqi ideyasını təkzib etmişdir. Belə ki, geniş şəhər zonası ilə əhatələnməmiş ərazidə bombalanmanın tətbiqinin yanılmaq şansı da var idi..

Hədəflərin seçimi zamanı psixoloji faktorlara böyük əhəmiyyət verilmişdir:

Yaponiyaya qarşı maksimal dərəcədə psixoloji effektə nail olunması; Nüvə silahının birinci dəfə tətbiqi bunun beynəlxalq səviyyədə vacibliyini bildirmək üçün əhəmiyyətli olmalı idi. Komitə Kiotonun xeyrinə bildirmişdir ki, onun əhalisinin əksər hissəsi yüksək dərəcədə təhsilə malik idi. Hiroşimanın isə yerləşməyə mövqeyi təpələrə yaxın olduğundan partlayışın gücünü artıra bilərdi..

ABŞ-nin hərbi naziri Henri Stimson mədəni irsə malik olan Kioto şəhərini siyahıdan çıxarmışdır. Professor Edvin Rayşauerin sözlərinə görə, Stimson bununla 10 il əvvəl Kiotoda keçirdiyi bal ayını dəyərləndirmişdir..

Birinci bombardmana qədər olan hadisələrin xronologiyası 16 iyul tarixində Nyu-Meksiko ştatında yerləşən poliqonda dünyada ilk dəfə atom silahının uğurlu sınağı baş tutmuşdur. Partlayışın gücü təqribən 21 kilotona bərabər idi. 24 iyul tarixində Potsdam konfransı zamanı ABŞ prezidenti Harri Trumen Stalinə ABŞ-nin görünməyən dağıdıcı gücə malik yeni silaha sahib olmasını bildirsə də, bunun atom bombası olmasını qeyd etməmişdir. Trumenin memuarlarında Stalinin buna xüsusi maraq göstərmədiyini, sadəcə onun ABŞ-nin bunu yaponlara qarşı effektiv tətbiq edə biləcəyinə ümid etdiyini bildirmişdir. Bu zaman Stalinin reaksiyasına diqqət yetirən Çörçill Stalinin Trumenin sözlərinin həqiqi mənasını anlamadığını başa düşmüşdür.Çörçill: "I was perhaps five yards away, and I watched with the closest attention the momentous talk. I knew what the President was going to do. What was vital to measure was its effect on Stalin. I can see it all as if it were yesterday. He seemed to be delighted. A new bomb! Of extraordinary power! Probably decisive on the whole Japanese war! What a bit of luck! This was my impression at the moment, and I was sure that he had no idea of the significance of what he was being told. Evidently in his immense toils and stresses the atomic bomb had played no part. If he had the slightest idea of the revolution in world affairs which was in progress his reactions would have been obvious. Nothing would have been easier than for him to say, "Thank you so much for telling me about your new bomb. I of course have no technical knowledge. May I send my expert in these nuclear sciences to see your expert tomorrow morning?" But his face remained gay and genial and the talk between these two potentates soon came to an end. As we were waiting for our cars I found myself near Truman. "How did it go?" I asked. "He never asked a question", he replied. I was certain therefore that at that date Stalin had no special knowledge of the vast process of research upon which the United States and Britain had been engaged for so long…".. General Georgi Jukov isə öz memuarlarında əslində Stalinin bunu çox gözəl başa düşdüyünü, sadəcə elə görünmək istəmədiyi üçün belə etdiyini bildirmişdir. Görüşdən sonra Molotovla söhbət zamanı Stalinin bu sözləri dediyini qeyd etmişdir: "Bizim işimizi sürətləndirmək haqda Kurçatovla danışmalı olacayıq".. ABŞ xüsusi xidmət orqanlarının 1943–1980-ci illərdə həyata keçirdiyi Venona layihəsinin məxfilikdən çıxarılmasından sonra məlum oldu ki, sovet agentləri ABŞ-də nüvə silahının hazırlanması barədə xəbəri çoxdan SSRİ-yə ötürüblər. Bəzi mənbələrdə agent Teodor Hollun Potsdam konfransına bir neçə gün qalmış nüvə silahının ilk sınağının planlaşdırılan tarixini də bildirdiyi qeyd olunur. Bu, Stalinin Trumenin sözlərini niyə belə sakit şəkildə qəbul etməsini izah edə bilər.Подвиг советских физиков. Как создавался ядерный щит СССР "Советская Россия" N 39 (12663), четверг, 24 марта 2005 г.. Teodor Holl 1944-cü ildən sovet kəşfiyyatına çalışırdı.Theodore Hall, Prodigy and Atomic Spy, Dies at 74 , NY Times, November 10, 1999.

25 iyul tarixində Trumen 3 avqustdan başlayaraq aşağıdakı hədəflərdən birini bombalamağa başlamaq əmrini verir: Hiroşima, Kokura, Niiqata və ya Naqasakiyə hava şəraiti imkan verərsə, elə ilk cəhddəcə bomba atılmalı idi. Gələcəkdə isə növbəti şəhərlər bombalanacaqdı..

26 iyul tarixində ABŞ, Böyük Britaniya və Çin hökumətləri Potsdam bəyannaməsini imzaladılar. Bu sənəddə Yaponiyanın qeyd-şərtsiz kapitulyasiyası tələbi qeyd olunmuşdur. Atom bombası isə bəyannamədə yer almamışdır.

Növbəti gün yapon qəzetləri bildirdilər ki, radio vasitəsilə oxunan və təyyarələrlə havadan atılan vərəqələrdəki bəyannamə mətni qəbul edilməyib. Yaponiya hökuməti ultimatumu qəbul etmək niyyətində deyildi. 28 iyulda baş nazir Kantaro Sudzuki mətbuat konfransında Potsdam bəyannaməsini köhnə Qahirə bəyannaməsinin yeni təqdimatı adlandırmış və hökuməti bu sənədə əhəmiyyət verməməyə çağırmışdı.

Yaponların diplomatik gedişinə sovetlərin cavabını gözləyən imperator Hirohito hökumətin qərarını dəyişmir.

Bombardmana hazırlıq 1945-ci ilin may-iyun ayları ərzində Tinian adasına ABŞ-nin 509-cu qarışıq hava qürupu gəlmişdir.Начало ядерной эры: бомбардировка Хиросимы // РИА Новости, 6 августа 2010. Qrupun bazası adada digər bölmələrdən bir neçə mil aralıda yerləşdirilmişdir..

26 iyul tarixində "İndianapolis" kreyseri "Balaca oğlan" adlı atom bombasını Tinian adasına gətirmişdir. 28 iyul tarixində Qərargahların birləşmiş komitəsinin rəhbəri Corc Marşall nüvə silahının döyüş halına gətirilməsi barədə əmr vermişdir. Bu əmr Manhetten layihəsinin rəhbəri general mayor Lesli Qrovs tərəfindən işlənib hazırlanmışdır. Bu əmrdə atom bombasının 3 avqustdan sonra hava şəraitinin yaxşı olacağı hər hansı bir gündə atılması nəzərdə tutulmuşdur..

28 iyul və 2 avqust tarixlərində isə Tinian adasına "Gonbul"un komponentləri gətirilmişdir..

1945-ci il 6 avqust tarixində Hiroşimanın bombalanması

Hiroşima İkinci dünya müharibəsi illərində Hiroşima 81 körpü vasitəsilə 6 adanın birləşdiyi dəniz səviyyəsindən bir az hündürdə yerləşən hamar ərazidə yerləşirdi. Müharibədən əvvəl şəhərin əhalisinin sayı 340 000-dən çox idi. Bu da Hiroşimanı böyüklüyünə görə, Yaponiyanın yeddinci ən böyük şəhəri olmasını etmişdir. Şəhərdə Beşinci Diviziya və feldmarşal Syunruku Xatanın İkinci Əsas ordusunun qərargahları yerləşirdi.

Hiroşima yapon ordusunun vacib bazası idi. Hiroşimada (Naqasakidə də həmçinin) evlərin əksəriyyəti üstü kərpicli bir və ikimərtəbəli taxta tikililərdən ibarət idi. Fabriklər şəhər ətrafında yerləşirdi. Köhnəlmiş yanğınsöndürmə avadanlığı və şəxsi heyətin kifayət qədər hazırsızlığı adi dinc vaxtda belə yanğının şəhər əhalisi üçün çox təhlükəli olmasına gətirib çıxartmışdır.

Müharibənin gedişində Hiroşima şəhərinin əhalisi maksimum həddə 380 000 nəfərə çatmışdır. Bombardmandan əvvəl yapon hökumətinin əmrilə əhali sistemli şəkildə evakuasiya olunmuşdur. Lakin hücum zamanı təqribən şəhər əhalisinin sayı 245 000 nəfər idi..

Bombalanması İlk amerikan nüvə bombardmanının əsas hədəfi Hiroşima olmuşdur. (ehtiyat üçün Kokura və Naqasaki şəhərləri idi) Trumen tərəfindən verilən əmrdə atom bombasının 3 avqustdan sonrakı hər hansı bir tarixdə atılmasına hava şəraiti mane olurdu. 6 avqust 1:45 radələrində B 29 amerikan bombarmançı təyyarəsi polkovnik Pol Tibbetsin başçılığı altında "Balaca oğlan" atom bombası ilə birlikdə Tinian adasından qalxmışdır. Buradan Hiroşimaya qədər 6 saatlıq yol idi. 220px|thumbnail|right|Pol Tibbets uçuşdan əvvəl, 1945-ci il 6 avqust Tibebtsin təyyarəsi ("Enola Gay") digər 6 təyyarənin də daxil olduğu birləşmənin tərkibində uçurdu. Bu birləşmə ehtiyat təyyarə "Top Secret", iki nəzarət və 3 kəşfiyyat ("Jabit III", "Full House" və "Street Flash") təyyarələrindən ibarət idi. Naqasaki və Kokuraya göndərilən kəşfiyyat təyyarələrinin komandirləri bu şəhərlərin üzərinin buludlu olması xəbərini vermişdir. Üçüncü kəşfiyyat təyyarəsinin pilotu mayor İzerli Hiroşima üzərində səmanın aydın olması xəbərini və "İlkin hədəfi bombalayın" siqnalını vermişdir..

Səhər təxminən saat 7-ə yaxın yapon hava radarları bir neçə amerikan təyyarəsinin yaxınlaşdığını və Yaponiyanın cənub hissəsinə doğru uçma xəbərdarlığını vermişdir. Hava həyəcanı elan olunmuş və Hiroşima da daxil olmaqla çoxlu şəhərlərdə radio xəbər dayandırılmışdır. Təxminən 08:00-da Hiroşima şəhərinin radarını izləyən operator yaxınlaşan amerikan təyyarələrinin sayının çox az olmasını bildirmiş və nəticədə hava həyəcanı ləğv edilmişdir. Amerikan bombardmançılarının kiçik qrupu üçün yanacaq və təyyarələrə qənaət məqsədilə yaponlar bu təyyarələri qovmamışdılar. Radioda standart xəbər kimi bombadan qorunmaq üçün sığınacaqlara getmək məsləhət görülmüşdür. B 29 təyyarələrinin isə kəşfiyyat məqsədilə gəlməsi bildirilmişdir.

Yerli vaxtla səhər saat 8-də 9 km yüksəklikdə olan B 29 təyyarəsi Hiroşimanın üzərinə ilk atom bombasını atmışdır. Atom bombası 576 m yüksəklikdə partlamışdır. Partlayış anının saat 08:15-də baş verməsi göstərilir.

Hadisə haqqında ilk ictimai xəbər Hiroşimaya atom hücumunun baş verməsindən 16 saat keçmiş Vaşinqtondan gəlmişdir.

Partlayışın effekti