Fredrik Bayer () — Danimarka yazıçısı, müəllim və pasifist siyasətçidir. 1908-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüşdür.
Özü bir keşişin oğludur. Bayer Danimarka ordusunda zabit olaraq xidmət etmişdir . 1864-cü ildə Prusiya Krallığı və Avstriya qarşısında döyüşən Bayer baş leytenant rütbəsinə qədər qalxmışdır. 1865-ci ildə tərxis edilmişdir. Kopenhagenə köçmüş və orada müəllim, yazıçı və siyasətçi kimi fəaliyyət göstərmişdir.
1872-ci ildə Danimarka Parlamentinə daxil oldu və orada 23 il çalışdı. Parlamentin bir üzvü olaraq, o beynəlxalq qarşıdurmaları həll etmək üçün beynəlxalq arbitraj istifadəsi üçün çalışırdı. Təmin etdiyi töhfələr nəticəsində seçmə bir mövqe əldə etmişdir.
O, bir çox sülh təşkilatlarını dəstəkləmişdir. Həm Danimarka içində, həm də Avropa səviyyəsində. İsveç və Norveç arasında təhkim razılaşmalarına nail olmaq üçün bir qanun layihəsinin keçişinə kömək etdi.
Sitat "Hər zaman hüququn gücünü ağılda tutmaq lazımdır, hüququn maraqlarına etina ilə xidmət etmək lazımdır."
İstinadlar
Xarici keçidlər Nobel Committee information on 1908 laureates Fredrik Bajer Quotations
Kateqoriya:Nobel Sülh mükafatı laureatları Kateqoriya:Pasifistlər