Əhməd Paşa () — Türk Divan şairi, qazıəsgər, vəzir.

Həyatı Əhməd Paşa (?-1497) türk intibahı dövrünün tanınmış şairidir. O, Ədirnədə doğulub. Bursa mədrəsəsində təhsil alıb, Ədirnədə qazi (hakim) olub. «Bağışlanma haqqında qəsidə»sini sultana göndərib, edam cəzası sürgünlə əvəz olunub, Bursaya göndərilib. O, məhəbbət mövzusunda çoxlu qəzəllər yazıb. Nəvai onunla şeirləşib. Bu şeirləşmə nəticəsində Nəvai ona 33 şeirini göndərib. Əhməd Paşanın Hafiz ruhunda qəzəlləri də var. Şair «Saray haqqında qəsidə»sini İstanbul sarayına həsr edib.

İstinadlar

Kateqoriya:Türkiyə şairləri Kateqoriya:Osmanlı divan şairləri Kateqoriya:Osmanlı şairləri Kateqoriya:Osmanlı paşaları Kateqoriya:XV əsr şairləri