Kamel Daoud () — Əlcəzair yazıçısı.
Həyatı Kamel Daoud 17 iyun 1970-ci ildə Əlcəzairin Mostaqanem şəhərində anadan olub.
Onun "Merso, istintaq" romanı fransız yazıçısı Albert Camus-nun "Yad" romanının təsiri ilə yazılıb. "Yad"da baş qəhrəman Merso bir ərəbi öldürür. Əlcəzairli yazıçının romanı həmin ərəbin qardaşının dilindən nəql edilir.
Ötən il Daoud başqa bir nüfuzlu mükafatı — Franois Mauriac ödülünü də qazanmışdı.
Daoud Əlcəzairin Oran şəhərində yaşayır. 44 yaşı var. Jurnalistdir.
Əlcəzair prezidenti Abdelaziz Bouteflikanı sərt tənqid edən yazarlardandır.
Ötən ilin dekabrında ölkədəki sələfi imamı onu İslamın və ərəb dilinin düşməni olmaqda ittiham edib.
Daoudun romanı Goncourt-un ən nüfuzlu nominasiyada — "Ən yaxşı roman" nominasiyasında qısa siyahıya düşmüşdü,
amma mükafatı "Ağlama" romanı ilə fransız yazıçısı Lydie Salvayre qazanmışdı.
İstinadlar
Kateqoriya:Fransa yazıçıları Kateqoriya:Əlcəzairli yazıçılar Kateqoriya:Fransız yazıçılar Kateqoriya:Əlcəzair yazıçıları Kateqoriya:Fətvalar Kateqoriya:Qonkur mükafatı laureatları Kateqoriya:XXI əsr Fransa yazıçıları Kateqoriya:Siyasi Araşdırmalar İnstitutunun müəllimləri (Paris)