thumb|right|Yaquarlar (Panthera onca) cütlüyü
() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Yaquar Qərb yarımkürəsinin panter cinsindən olan ən böyük və ən güclü nümayəndəsidir. Yaquarlar, bütün böyük yırtıcı pişiklər arasında ən güclü dişləməyə malikdirlər və onlar özlərindən 4 dəfə böyük heyvanları belə asanlıqla məhv edə bilirlər. Hətta Yaquar, Köpək Balığından belə daha güclü dişləməyə sahibdir. Güclü çənələri və iti dişləri, yaquarlara qalın timsah dəriləri və hətta tısbağa qabıqlarını belə asanlıqla deşməyə imkan verir. Yaquarın dişləmə qüvvəsi 1500 PSI-dan çoxdur. Hansı ki, meşənin şahı sayılan Şirdə isə bu, Yaquardan 3 dəfə az, 650 PSI-dır. Yaquar hazırda Meksikadan (bəzən ABŞ-nin cənub-qərbində də görülə bilər) Mərkəzi Amerikaa və Paraqvayın cənubu ilə Argentinanın şimalına qədər böyük bir ərazidə yayılmışdır.
Xallı pişik fiziki olaraq daha çox leoparda bənzəsə də daha güclü və əzələli quruluşu, davranışı və habitat xüsusiyyətləri ilə pələngə daha yaxındır. Seçdiyi habitat cəngəllik olsa da, meşəlik ərazidən açıq əraziyə qədər müxtəlif sahələrdə yaşayır. Ümumiyyətlə, su kənarlarında olurlar və pələng kimi üzməyi sevən pişiklərdəndirlər.
Yaquar, ümumiyyətlə, tək gəzən, ovunu izləyib pusquya salan bir ovçudur. Eyni zamanda ekosistemi tarazlıqda saxlamaq və öz şikarlarının sayını idarə altında tutmaq mövzusunda əhəmiyyətli rol oynayan ovçudur.
Qüvvətli çənəsi sayəsində zirehli sürünənlərin qabıqlarını deşə və məməlilər arasında çox yayılmamış olan öldürmə üsulllarından birini istifadə edə bilir. Kəlləni iki qulağın arasından dişləyərək beyinə ölümcül zərbə endirir.
Etimologiya "Yaquar" sözünün etimologiyası tam olaraq müəyyən deyil. Bəzi mənbələr Cənubi Amerika Tupi dilindən Portuqal dilinə keçdiyini ifadə edir.
Digər mənbələr bu sözün Quarani dilinə aid olduğunu müdafiə edir. Tupi dilindəki xüsusi və tam ad yaquaradır və eyni zamanda bütün ətyeyən heyvanları təyin etmək üçün də istifadə edilir.
Birləşmiş halda olan jaguareté sözcüyündəki -eté "gerçək" mənasına gəlir. Guarani dilindəki yaguareté sözü də "gerçək yırtıcı heyvan", "it gövdəli", ya da "cırıcı it" deyə fərqli tərcümələrə malikdir.
İlk etimoloji hesabatlara görə yaquara sözcüyü "ovunu bir dəfəyə öldürən heyvan" mənasına gəlir və bu məlumat bir çox qaynaqda vardır. Çox qaynaqlar böyük ehtimalla səhv olan bu məlumatlardan istifadə edir. Ancaq bu məlumatın doğru olmadığı düşünülür. Bir çox Orta və Cənub Amerika ölkələrində bu pişiyə əl tigre ("pələng") deyilir.
Panthera onca elmi adının ilk qisiminin Yunan dilində pan- ("bütün") və ther ("heyvan") sözlərindən törədildiyi deyilsə də, bu xalq arasında yayılmış, doğru olmayan bir etimoloji şərhdir. Panthera böyük ehtimalla Şərq Asiya qaynaqlıdır və "sarımtıl rəngli heyvan" ya da "ağımtıl sarı" mənalarına gəlir.
Onca sözünün, heyvanın güclü pəncələri səbəbiylə "çəngəl" ya da "qan tərəfindən" olduğu deyilsə də ən doğru etimoloji şərh sadəcə, heyvanın Portuqaliya dilində adı olan onçadan (on-sa) gəldiyidir.
Populyasiya və mühafizə IUCN Qırmızı Siyahısına görə yaquar "Near Threatened" (Təhlükəyə yaxın) statusunda qeydə alınıb. Dünya üzrə təxmini populyasiyası 173,000 fərddir və yaquarlar 19 ölkədə yaşayır. Ən böyük yarımpopulyasiya Amazoniyada yerləşir və 57,000-64,000 fərd təşkil edir ki, bu da ümumi populyasiyanın 89%-ni əhatə edir. Maraqlıdır ki, 34 müəyyən edilmiş yarımpopulyasiyadan yalnız Amazoniyadakı "Least Concern" (Az narahatlıq doğuran) kateqoriyasına aiddir, qalanların hamısı Təhlükəli və ya Ciddi Təhlükəli hesab olunur.
Ovçuluqla bağlı təhlükələr Yaşayış mühitinin itirilməsi və parçalanmasından əlavə, yaquar populyasiyaları trofey ovu və bədən hissələrinin qanunsuz ticarəti ilə də təhdid altındadır. 1960-cı illərdə Mərkəzi və Cənubi Amerikada insan istismarı səbəbindən sürətli azalma baş verib — həmin dövrdə təkcə Braziliya Amazoniyasından hər il 15,000-dən çox dəri çıxarılırdı, 1968-ci ildə isə ABŞ-a təxminən 13,500 dəri gətirilmişdi. Hazırda yaquar CITES-in I Əlavəsinə daxildir (1973-cü ildən), yəni yaquar və onun hissələri ilə bütün beynəlxalq ticarət qadağandır. Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Nəsli kəsilmək təhlükəsi altında olan heyvanlar Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Cənubi Amerika məməliləri Kateqoriya:Şimali Amerika məməliləri Kateqoriya:Cənubi Amerika faunası Kateqoriya:Şimali Amerika faunası Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları