Bernat Desklot (; ) — katalan tarixçi, xronikaçı. Onun Araqonlu III Pedronun hakimiyyəti (1276–1285) haqqında yazdığı əsər 4 "Möhtəşəm katalan xronikası"ndan biridir. Bu xronikalarla XIII-XIV əsrdə Araqon koronasındakı və Kataloniyadakı hərbi və siyasi vəziyyəti öyrənmək mümkündür.Digər üç əsər Araqonlu I Xaymenin avtobioqrafiyası, Ramon Muntanerin xronikaları və Araqonlu IV Pedronun kral xronikalarıdır. Əsər həmçinin Araqon səlib yürüşü haqqında da məlumat verir. Desklotun "Xronikalar"ında hadisələr XI əsrdə başlayır, amma ən maraqlı hissəsi onun yaşadığı dövrü təsvir etdiyi hissədir. Onun ədəbi modeli romans idi. Əsərində mərkəzi personajların drammatik monoloqlarına və təsirli epizodlara yer vermişdi. Məsələn, Pedronun qardaşı Malyorkalı II Xamesin kanalizasiya borusu vasitəsilə Perpinyan şəhərindəki qaladan qaçması kimi.

Əsərini F. L. Kritçlov ingilis dilinə tərcümə etmişdir.

Əsərindən səhifələr

Qeydlər

Xarici keçidlər

Bernat Desklot AELC-də (Associació d'Escriptors en Llengua Catalana), ingilis, katalan və ispan dillərində.

Kateqoriya:1288-ci ildə doğulanlar Kateqoriya:Katalanlar Kateqoriya:Tarixçilər Kateqoriya:XIII əsr tarixçiləri