Qamışlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin Sürməli nahiyəsində Qamışlı kəndi qeyd olunurIravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.. 1918-ci ildə kənddən əhali qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Tsartonk adlandırılmışdır. 1728-ci ilə aid mə'lumatda Kamişli kimidirBasbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.. Həmin mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Kamişlu kəndinin də adı çəkilir Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. Hüseynzadə Ə. Sabunçu toponiminin mənşəyi. S.M.Kirov adına ADU-nun “Elmi əsərləri” 1975, № 7..

Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.112 qeyd edilmişdir.

Toponim Azərbaycan dilində işlənən qamış bitki adına -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nın 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zartonk qoyulmuşdur.

Toponim Toponimin mənşəyi haqqında üç fikir ola bilər. Toponim orta əsrərdə Şərqi Türkiyənin Kamis mahalından gəlmiş ailələrin özləri ilə gətirdikləri addır. . Симеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958. Мамедова Фарида. О некоторых вопросах исторической географии Албании I в. до н. э. - VIII в. “Историческая география Азербайджана”. Баку, 1987. Toponim Cənubi Azərbaycanın Komus əyalətindən gəlmiş ailələrin özləri ilə gətirdikləri addır. Qızılbaşların Qaradaqlı tayfasının Komuşlu (Komuşçu) tirəsinin adını əks etdirir.

İstinadlar

Kateqoriya:Sərdarabad kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri