Kələkarx — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən təxminən 15 km məsafədə, Araz çayından axan arxın yanında yerləşir.
Toponimi Toponim Azərbaycan dilinin cənub dialektində "yan tərəfləri daşla hörülmüş ağıl, heyvan salınan yer" mənasında işlənən kələk sözü iləAzərbaycan dilinin dialektoloji lüğəti, bircildlik, Bakı, "Azərb. SSR Elmlər Akademiyası", 1964. s.256 arx sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin I. IV. 1946-cı il fərmanı ilə dəyişdirilib Şenevan (Şenli qəsəbə) qoyulmuşdur. Əsli Kulak-Arx. Türk dillərində kulak "dərə", "çökəklik yer", "çuxur" sözündəndir. Kəndin adı "Kulakdan çəkilmiş arx" mə’nasındadır. XIX əsrdə Azərbaycanda Yelizavetpol qəzasında Kələk (digər adı Şıxlar) kəndinin adı ilə mə’naca eynidir.
İstinadlar
Kateqoriya:Sərdarabad kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri