thumb|left|Paksa burnu thumb|left|Adanın cənub sahili Böyük BeqiçevЯкутская АССР, словарь — справочник, Якутск, 1980 г. — ada Xatanqa körfəzinin Laptevlər dənizinə çıxış nöqtəsində qərarlaşır. İnzibati cəhətdən Yakutiyanın Anabar rayonu ərazisində yerləşir.
Uzunluğu 61 km, eni 57 km, sahəsi 1800 km² təşkil edir. Adadan qərbdə 7 km enə malik Pioner boğazı ilə ayrılmış Kiçik Beqiçev adası yerləşir. 14 km şimalda isə Preobrajeniya adası yerləşir. Adanın cənub qutaracağı ilə materik arasında məsafə 9 kilometrdir. Mərkəzi hissədə hündürlük 198 metrdir. Şimal-qərb və şimal-şərqdə hündürlük düzənliklər geniş sahə tutur. Ən uzun çayı İlistayadır (34 km). Uzunluğu 20 km olan cəmi 5 çayı vardır. Səthi Tundra ilə örtülmüşdür. Adada Müşk öküzü, Tülkü, Maral, sahil zonasında isə Morja rast gəlmək olar. Bəzən isə Ağ ayılar görünürlər. Adaların hər ikisi Nikifor Alekseyeviç Begiçevin şərəfinə adlandırılmışdır.
İstinadlar
Kateqoriya:Laptevlər dənizi adaları Kateqoriya:Yakutiya adaları Kateqoriya:Krasnoyarsk diyarı adaları