Dərəkənd — İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində, indiki Quqark (Böyük Qarakilsə) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 31 km məsafədə, Çaxçaxlı çayının sahilində, Çubuxlu dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdirİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s. 135.
Toponim "iki dağ və ya təpə arasında, düzənlikdə dərin çuxur" mənasında işlənən dərə sözü ilə Бушуева Е. Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.62Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.74 kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Kənd dərədə yerləşdiyi üçün "Dərəkənd" adlandırılmışdır. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kəndin adı erməni dilinə kalka edilərək Dzoragyuğ (Dərəkənd) adlandırılmışdır.
Əhalisi
İstinadlar
Kateqoriya:Pəmbək kəndləri Kateqoriya:Loru mərzinin yaşayış məntəqələri