Sokotra adası () — Hind okeanının şimal-qərbində yerləşir. Ada Sokotra arxipelaqının ən böyük adasıdır. İnzibati cəhətdən isə eyni adlı muxafazeyə daxildirLaw establishing province of Socotra Archipelago issued , Website of the President of the Republic of Yemen. Adanın əsas şəhəri Habeydodur. 2004-ci il məlumatına görə adada 42 442 nəfər yaşayır.

Coğrafiyası Ada Ədən körfəzinin şərq girəcəyində. Afrika buynuzu yarımadasından 250 km şərqdə, Ərəbistan yarımadasından 350 km cənubda yerləşir. Uzunluğu 133 km, eni 42 km, sahəsi 3625 km² təşkil edirSocotra Governance & Biodiversity Project — «Sokotraya xoş gəlmisiniz» 10-06-2011..

Maksimal hündürlüyü 1505 metrdir.

İqlimi İqlimi tropik səhra və yarımsəhradır. Yağıntılar əsasən qış aylarında adanın mərkəzi hissəsinə düşür. Mussonlar dönəmində adaya güclü küləklər və hündür dalğalar hakim olur.

Tarixi 1880-ci ildə adaya ilk dəfə İsaak Valfuronun başçılığı ilə Britaniya ekspedisiyası göndərilir. Adada cəmi 48 gün olan ekspedisiya 200-dən çox elmə məlum olmayan bitki aşkarlayır. Bu səbəbdən botanik baxımından ada "Hind okeanının Qalapaqosu" adını qazanır. «Light Reiki» formu. İstifadəçi Lora «Möcüzəli Cokotra adası.» 03-10-2010.

Təbiəti thumb|left|Dracaena cinnabari Ada endemik flora və faunası ilə zəngindir. Bu səbəbdən ada 2003-cü ildə arxipelaqın digər adaları ilə birlikdə qorunur.

Əhali və iqtisadiyyat Ada ərazisində yaşayan əhalinin böyük qismini çobanlar, torpaq sahibləri və balıqçılar təşkil edir. Maldarlığın əsasını qoyunçuluq və davarçılıq təşkil edir.

İstinadlar

Kateqoriya:Yəmən adaları Kateqoriya:Ərəbistan dənizi adaları Kateqoriya:Afrika adaları