İda Qendel (; ) — Polşa mənşəli Britaniyalı skripkaçı, Britaniya imperiyasının ordeni komandiri. Şəxsi həyatı İda Qendel Xelm şəhərində yaşayan yəhudi ailəsində doğulub. O Natan və Fela Qendellərin kiçik qızı idi. Atası rəssam və qeyri-peşəkar skripkaçı idi.

Musiqi karyerası İda skripkada çalmağı 3 yaşında Varşava şəhərində Meçislav Mixayloviç adlı skripkaçıdan öyrənməyə başlayır. 5 yaşında o, Betxovenin konsertini ifa etdiyinə görə, Bronislav Quberman mükafatına layiq görülür. 1953-ci ildə İda Venyavskiy adına Birinci skripkaçıların beynəlxalq müsabiqəsinin ən gənc iştirakçısı olur. Karl Fleş və Corce Eneskunun rəhbərliyi altında təkmilləşir. 1937-ci ildə Londonda Henri Vudun rəhbərliyi altında orkestrlə çıxış edir. Qendel ailəsi Böyk Britaniyaya köçür. Qocaman yaşına baxmayaraq, İda Qendel çıxışlarına davam edir. Qendelin diskoqrafoyası çox genişdir. O demək olar ki bütün klassik və romantik skripka repertuarını özündə əks etdirir.

Ədəbiyyat 1970-ci ildə onun "Skripkalı qadın" () kitabı işıq üzü gördü.Ida Haendel Homage Page

Xarici keçidlər

Kateqoriya:Britaniya musiqiçiləri Kateqoriya:2020-ci ildə vəfat edənlər

Kateqoriya:Musiqi Kateqoriya:Polşa skripkaçıları