Zar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 14 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.81, Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.96 qeyd edilmişdir.
Toponim türk dilində «yarğan» mənasında işlənən carzar - İ.B. sözüМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s. 178-179 əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir.
Əhalisi Kənddə 1831-ci ildə 89 nəfər, 1873 - cü ildə 490 nəfər, 1886-cı ildə 634 nəfər, 1897-ci ildə 757 nəfər, 1914 - cü ildə 1250 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.44-45, 124-125, 1918-ci ilin yanvarında 706 nəfərИстория Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.216 yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur.
Türkiyədən köçürülən ermənilər 1918-1919 - cu illərdə burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma ocaqlarına dönə bilmişlər. Burada ermənilərdən başqa 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 93 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.44-45, 24-25.
SSRİ Nazirlər Sovetinin xüsusi qərarına əsasən azərbaycanlılar 1948-49 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
Zarda 1918-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. Kənddə 1828-ci ildən sonra gəlmə ermənilər yerləşdirilmişdir. Erməni hökumətinin genosid siyasəti nəticəsində azərbaycanlıların böyük bir qismi güllə-baran edilmiş, qılıncdan keçirilmiş salamat qalanlar isə kənddən çıxarılmışdır. 1822-ci ildə 52 nəfər köhnə yurda dönmüş, bir qədərdən sonra kəndi tərk etmişlər.Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.
İstinadlar
Kateqoriya:Qırxbulaq kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri