Oğruca — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun ərazisində kənd olmuşdur.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Basarkeçər rayonundakı Qaraiman kəndinin yanında yerləşirdi. İndi xaraba kənddir.
Z. Qorqodoyan Göyçə mahalında ləğv edilən kəndlərin sırasında Oğruca kəndinin də adını Ağrıca kimi çəkirerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s. XVII.
İ. Şopenin əsərində də Göyçə mahalında ləğv edilmiş kəndlərin siyahısında Oğruca kəndinin adı Ağrıca formasında qeyd edilirШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.515.
Toponim oğuzlardan olan oğur türklərinin adı əsasında əmələ gəlmişdir. Bu tayfa haqqında Rəfik Özdək yazır: "Oğur və oğuz sözləri eyni mənalıdır. Oğuzların qardaşı olan oğurlar onlardan miladda öncəki zamanlarda ayrılmışdır. Qərbə doğru yayılanların dilində "z" hərfinin yerini zamanla "r" hərfi almışdır. Onun üçün qərb türklərinə (Oğuzlara) "r"-lı danışanlar", Şərq oğuzlarına isə "z"-lı danışanlar deyilmişdir"Rəfiq Özdək. Türkün qızıl kitabı, I kitab, Bakı, "Yazıçı", 1992. s.172.
Toponimdəki -ca şəkilçisi çoxluq mənasını ifadə edir.
Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
İstinadlar
Kateqoriya:Göyçə kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri