Hadisələr 8 mart — Anna Stüartın İngiltərə, Şotlandiya və İrlandiya kraliçası seçilməsi. 11 mart — İngilis dilli ilk gündəlik "The Daily Courant" qəzetinin nəşr olunması. 4 may — Fransa və İspaniyanın İngiltərəyə qarşı müharibəyə başlaması. 14 may — Şimal müharibəsinin (1700–1721) gedişində İsveç qoşunları tərəfindən Varşavanın tutulması. 19 iyul -Şimal müharibəsinin (1700–1721) gedişində İsveç qoşunları tərəfindən Krakovun tutulması. 16 sentyabr- İmperator I Leopold tərəfindən Fransaya, Kölnə və Bavariyaya müharibə elan edilməsi. 11 oktyabr — Rusiya çarı I Pyotr tərəfindən isveç ordusunu Oreşek şəhərindən qovması və Şlisserburq qalasının əsasının qoyulması. 24 oktyabr — Rus qoşunları tərəfindən İsveç qalası olan Noteburqun ələ keçirilməsi. 11 noyabr — Zaporojye kazak dəstələri tərəfindən Ağ kilsənin Polşa mühasirəsindən azad edilməsi. 26 noyabr — General-admiral F. Qolovinin qraf tituluna layiq görülən ilk rus olması. 4 dekabr — Con Çerçillin Malboro hersoqu olması. 16 dekabr — Rusiya çarı I Pyotr tərəfindən ilk rus qəzetinin "Vedomosti"nin yaradılması haqqında əmr imzalanması. Danimarkada təhkimçilik hüququnun ləğv olunması. Fransa ilə Hollandiya arasında müharibənin (1702–1713) başlanması.
Doğumlar 14 yanvar — Yaponiyanın 114-cü imperatoru Nakamikado 17 avqust — Məhəmməd Şah
Ölümlər 8 mart — İngiltərə, Şotlanddddiya və İrlandiya kralı Oranlı III Vilhelm 4 noyabr — ingilis admiralı Con Benbou