— 2012-ci ildə Şinqo Suzukinin rejissorluğu ilə GoHands studiyası tərəfindən çəkilmiş anime serialı. MBS-də 5 oktyabr 2012-ci ildən 28 dekabr 2012-ci ilə kimi yayımlanmışdır. Anime serialı Viz Media tərəfindən Şimali Amerika üçün, Madman Entertainment tərəfindən Avstraliya üçün lisenziyalaşdırılmışdır.
Prikvel manqası "K: Memory of Red" Yui Kuroe tərəfindən çəkilmişdir və 28 may 2012-ci ildən 15 avqust 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Aria" jurnalında serializasiya olunmuşdur. Digər prikvel manqası "K: Stray Dog Story" Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 2012-ci ilin noyabrından 2013-cü ilin martına kimi nəşr olunmuşdur. Üçüncü manqa "K: Days of Blue" 2013-cü ilin noyabrından 2014-cü ilin iyuluna kimi, dördüncü manqa "K: Countdown" 2014-cü ilin dekabrından 2015-ci ilin iyuluna kimi Kodansha nəşriyyatının "Aria" jurnalında yayımlanmışdır. Beşinci manqa "K: Missing Kings" "Monthly G Fantasy" jurnalında 2015-ci ilin aprelindən avqustuna qədər çap olunmuşdur. Bundan əlavə beş manqa seriyası — "K: The First", "Gakuen K", "K: Lost small world", "K: Dream of Green" və "K: Return of Kings" hazırda nəşr olunur. "K Side:Blue" və "K Side:Red" adlı iki ranobe 2012-ci ilin oktyabr və noyabr aylarında çapdan çıxmışdır. "K Side:Black and white" ranobesi 2013-cü ilin mayında, "K - Lost small world" ranobesi 2014-cü ilin aprelində nəşr olunmuşdur.
12 iyul 2014-cü ildə tammetrajlı anime ekranlaşdırılmışdır. Otomate şirkəti tərəfindən isə vizual roman istehsal olunmuşdur.
3 oktyabr 2015-ci ildən 26 dekabr 2015-ci ilə kimi anime serialının davam mövsümü "K: Return of Kings" göstərilmişdir.
2016-cı ilin aprelində GoRA və GoHands studiyasının üzərindəki işləyəcəyi "K: Seven Stories" adlı yeni anime layihəsi anons edilmişdir. Şinqo Suzuki yenə animenin rejissoru və personaj dizayneri olacaq.
Məzmun
+Kralların siyahısı № Rəng Kral 1 Gümüş kral Yaşiro İsana 2 Qızıl kral Daykaku Kokucoci 3 Qırmızı kral Qenci Kaqutsu Mikoto Sou Anna Kuşina4Göy kral Cin Habari Reysi Munakata 5 Yaşıl kral Naqare Hisui 6 Boz kral Tenkey İvafune7Rəngsiz kral İçiqen Miva Rəngsiz kral Yaşiro İsana adi həyat tərzi sürən tələbədir. O, texnologiya sahəsində irəliləmiş Şizume şəhərində yaşayır və bütöv adanı əhatə edən nüfuzlu Aşinaka Liseyində təhsil alır. Yaşiro hər kəslə dostdur, onu liseydə hər kəs sevir, həyatda heç bir problemi yoxdur. Lakin bir gün liseydə keçiriləcək festival üçün fişəng almaq məqsədilə adadan ayrılan Yaşironun arxasınca bir qanqster dəstəsi düşür. Onu öldürmək istədiklərini anlayan Yaşiro qaçmağa çalışır, lakin küncə sıxışdırılır. Bu zaman onun köməyinə Kuro Yatoqami adlı bir nəfər gəlir və onu xilas edir. Xilas olduğunu düşünən Yaşiro ona təşəkkür etmək istəyir, amma bu dəfə onun ona qılınc çəkdiyini görür. Yaşiro ona kələk gələrək aradan çıxır.
Növbəti gün Kuro onu tapmaq üçün Aşinaka Liseyinə gəlir. Yaşironun dostu Kukuri Yukizomenin köməyi ilə Kuro onu tapır. Qısa qaç-gəldən və Neko adlı illüziyaçı qadının peyda olmasından sonra Kuro Yaşiroya hər şeyi başa salır: Yaponiya "Krallar" adlandırılan xüsusi şəxslər tərəfindən idarə olunur. Bu kralların hər birinin öz rəngi, silahdaşları və xüsusi gücü olur. Kuro isə Yeddinci kralın — Rəngsiz kral İçiqen Mivanın şagirdi idi. Kuro öz ustadının istəyinə uyğun olaraq Rəngsiz kralın varisi olan Yaşiro İsananı əgər pis şəxsdirsə öldürməli, yox, yaxşı şəxsdirsə, onu kral kimi tanımalıdır. Məlum olur ki, bir neçə gün əvvəl Qırmızı kral Mikoto Suonun dəstəsindən olan Tatara Totsuka öldürülübmüş. Cinayət baş verərkən çəkilmiş videodakı cinayətkar Yaşiroya çox bənzəyir və özünü Rəngsiz kral kimi təqdim edir. Buna əsaslanan Kuro Yaşironun Rəngsiz, lakin pis kral olduğunu yəqin edib öldürmək istəyir. Amma Yaşiro günahkar olmadığını bildirib ipucu axtarmaq üçün imkan istəyir. Kuro bu təkliflə razılaşır.
Bu hadisələr baş verərkən Qırmızı kral Mikoto Suo şəhərdəki əsas ədalət keşikçisi olan Göy kral Reysi Munakataya təslim olur.
Yaşiro günahsız olduğunu sübut etmək üçün dəlillər axtarmağa başlayır. Bir neçə uğursuz cəhddən sonra Kukuri cinayətin baş verdiyi gecə Yaşironun adada olduğunu təsdiq edir. Yaşiro qurtulduğunu düşünərkən evində qanlı köynək tapır. Şübhəyə düşən Yaşiro Kuro ilə öz evinə gedir, amma evinin yerində stadion görür. Yaşiro Kukuriyə zəng edir, amma Kukuri onu tanımır. Stadionda isə onlar Göy kralın hücumuna məruz qalırlar və aradan çıxmalı olurlar. Məlum olur ki, Neko Yaşironun ətrafında olan insanların yaddaşlarına saxta xatirələr yerləşdiribmiş. Yaşiro əslində kim olduğunu bilmək üçün Nekodan saxta xatirələri yığışdırmasını istəyir. Onlar həmişə göydə süzən dirijablda yaşayan, ilk və ölümsüz kral hesab olunan Gümüş kraldan şübhələnirlər. Yaşiro Göy krala Gümüş kralı həbs etmək müqabilində təslim olacağını deyir. Amma əməliyyat zamanı Gümüş kral intihar edir.
Həbsdə olan Mikoto nəhayət cinayətkar olan Rəngsiz kralın Aşinaka adasında olduğunu öyrənir və həbsdən qaçır. Qırmızı kral və onun dəstəsi Aşinaka Liseyini ələ keçirir və qatili axtarmağa başlayırlar. Yaşiro, Kuro və Neko adaya qayıdırlar və Kukurini xilas etməyə çalışırlar. Qəfildən Kukuri Yaşironu bıçaqlayır, lakin Yaşiro ölmür. Yaşiro hər şeyi xatırlayır: Sən demə, Yaşironun əsl adı Adolf Veysmandır, üstəlik Rəngsiz kral deyil, Gümüş kraldır. 1945-ci ildə Almaniya üçün eksprementlər apararkən o bu "Krallar" gücünü kəşf edir, lakin düşmən qüvvələri Almaniyanı bombalayanda bacısı ölübmüş. Buna görə də dirijabla minib 50 ildən çox oranı tərk etmir. Amma bir gün Totsuka cinayətini işləyən Rəngsiz kral bədən dəyişdirmək qabiliyyəti sayəsində onun bədənini ələ keçirir və onu dirijabldan tullayır. Aşinaka adasına huşsuz və yeni bədəni ilə düşən Gümüş kral heç nəyi xatırlamır və Neko ilə tanış olur. Neko ətraf insanların xatirələrində dəyişikliklər edərək onu dost kimi tanımalarına şərait yaradır.
Rəngsiz kral bu dəfə Kukurinin bədənini ələ keçiribmiş. Hər şey aydınlaşsa da, adada Göy kral və Qırmızı kralın həm özləri, həm də qüvvələri arasında döyüş davam edir. Yaşiro hər şeyi qaydasına qoymağa qərar verir. Nekonun köməyi ilə adadakı bütün tələbələri uzaqlaşdırır, Kuronun köməyi ilə Rəngsiz kralı Kukurinin bədənindən çıxarın özünə çəkir. Daha sonra Göy kral və Qırmızı kral arasındakı döyüşə daxil olur və Qırmızı kralın onu öldürməsinə imkan verir. Amma Mikoto bütün gücünü istifadə etdiyindən ölür və bu, nəhəng partlayışla müşayiət olunur.
Personaj siyahısıAğ Plov Partiyası
Əsa 4
Aşinaka Liseyi
HOMRA
Cəngəllik
Digər klanlar
Media Anime
"K" animesi Şinqo Suzukinin rejissorluğu ilə GoHands studiyası tərəfindən istehsal olunmuşdur. Anime serialı 5 oktyabr 2012-ci ildə yayımlanmağa başlamışdır və 27 dekabr 2012-ci ildə başa çatmışdır. Serial Animax kanalında göstərilmişdir. Viz Media tərəfindən Şimali Amerika üçün, Madman Entertainment tərəfindən Avstraliya üçün lisenziyalaşdırılmışdır. "K" anime serialı VizMedia video saytı vasitəsilə də yayımlanmışdır. Anime serialı üçün 1 açılış, 3 bağlanış mahnısından istifadə olunmuşdur. Açılış mahnısı Angela tərəfindən ifa olunmuş "KINGS" mahnısıdır. Üç bağlanış mahnısı isə Mikako Komatsu tərəfindən ifa olunmuş , Yuki Kaci tərəfindən ifa olunmuş "Circle of Friends" () və Angela tərəfindən ifa olunmuş "To be with U!" () mahnılarıdır.
18 oktyabr 2014-ci ildə animenin ikinci mövsümü anons edilmişdir. "K: Return of Kings" () adlı yeni mövsüm MBS, TBS, CBC, BS-TBS və AT-X kanallarında 3 oktyabr 2015-ci ildən 26 dekabr 2015-ci ilə kimi yayımlanmışdır. İkinci mövsümün açılış mahnısı kimi Yui Horie tərəfindən ifa olunmuş "Asymmetry" (), bağlanış mahnısı kimi CustomiZ tərəfindən ifa olunmuş "Solution" () mahnısı seçilmişdir. "K: Return of Kings" Viz Media tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.
Film
Anime serialında baş verən hadisələrin davamı üçün anime filmi çəkilmişdir. Film 12 iyul 2014-cü ildə ekranlaşdırılmışdır. "K: Missing Kings" () adlı anime filmində Mişakuci Yukari adlı yeni personaja yer verilmişdir. Film anime serialında baş vermiş hadisələrdən 1 sonrakı vəziyyəti təsvir edir. Viz Media anime filmini lisenziyalaşdırmışdır.
Ranobe
Manqa
Müəllif: GoRA. Homradan bəhs edən spin-off manqasıdır. Manqada baş verən hadisələr anime serialında baş verən hadisələrdən baş verir.
Müəllif: GoRA. Kuronun keçmişindən bəhs edir.
Müəllif: GoRA. Əsa 4 təşkilatından bəhs edir. Hadisələr anime serialında baş verən hadisələrdən əvvəl cərəyan edir.
K - The First Müəllif: GoRA. Anime serialında baş verənlərin təkrarıdır.
Gakuen K Müəllif: GoRA. Komediya janrında olan spin-offdur. K personajları məktəbdə təhsil alırlar.
K: Lost small world Müəllif: GoRA. Yatanın və Fuşiminin keçmişindən bəhs edir.
K: Countdown Rəssam: Yui Kuroe, Müəllif: Rey Rayraku. Hekayə "Missing Kings" filmindən sonra baş verən hadisələrin müxtəlif personajların baxış bucağından nəql edilməsindən ibarətdir.
K: Missing Kings Rəssam: Haruto Şiota, Müəllif: Hideyuki Furuhaşi. "K: Missing Kings" eyniadlı filmin manqa adaptasiyasıdır və 18 aprel 2015-ci ildən 18 avqust 2015-ci ilə kimi "Monthly G Fantasy" jurnalında nəşr olunmuşdur.
K: Dog and Cat Rəssam: Rin Kimura, Müəllif: Hideyuki Furuhaşi. Neko və Kuro haqqındadır. Hadisələr anime serialı ilə film arasında baş verir. "G-Fantasy" jurnalında 18 may 2015-ci ildən 18 noyabr 2015-ci ilə kimi nəşr olunmuşdur.
K: Dream of Green Rəssam: Yui Kuroe, Müəllif: Rey Rayraku. "Aria" jurnalında 28 sentyabr 2015-ci ildə nəşr olunmağa başlamışdır.
K: Return of Kings "K: Return of Kings" eyniadlı anime mövsümünün manqa adaptasiyasıdır. Hideyuki Furuhaşi tərəfindən yazılmış vəHaruto Şiota tərəfindən çəkilmişdir. "G Gantasy" jurnalında 17 oktyabr 2015-ci ildə nəşr olunmağa başlamışdır.
Vizual roman Otamate tərəfindən vizual roman adaptasiyası istehsal olunmuşdur və 2014-cü ildə yayımlanmışdır. Oyun əsasən qadınlar üçün nəzərdə tutulmuşdur, oyunçuya oyunun qəhrəmanı olmaq imkanı verir. Oyunçu anime serialında görünməyən personajının rolunda çıxış edir. Oyunda əsas məqsəd məktəbdən istifadə edərək baş qəhrəmanları güdməkdir.
İstinadlar
Xarici keçidlər
K veb radiosu Tvitter hesabları: K anime serialı GoRA
Kateqoriya:2012-ci ilin anime serialları Kateqoriya:2012-ci ilin manqaları Kateqoriya:2013-cü ilin manqaları Kateqoriya:2014-cü ilin manqaları Kateqoriya:2015-ci ilin manqaları Kateqoriya:2015-ci ilin anime serialları Kateqoriya:GoHands Kateqoriya:Orijinal ssenari ilə çəkilmiş animelər Kateqoriya:Animeism Kateqoriya:Kodansha manqaları Kateqoriya:Şoco manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Şonen manqaları Kateqoriya:Square Enix manqaları Kateqoriya:Elmi fantastika anime və manqaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Viz Media animeləri Kateqoriya:Mainichi Broadcasting System verilişləri Kateqoriya:Tokyo Broadcasting System verilişləri Kateqoriya:PlayStation Portable videooyunları Kateqoriya:PlayStation Vita videooyunları Kateqoriya:2014-cü ilin anime filmləri Kateqoriya:2018-ci ilin anime filmləri Kateqoriya:2015-ci ilin videooyunları Kateqoriya:2014-cü ilin videooyunları Kateqoriya:Elmi fentezi anime və manqaları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Anime filmləri Kateqoriya:Gangan Comics manqaları Kateqoriya:Dram anime və manqaları