Timir Alekseyeviç Pinegin () — sovet yaxtsmeni, yelkənli qayıq idman növü üzrə yay Olimpiya oyunlarında SSRİ-dən olan ilk çempion. Avropa və Şimali Afrika çempionatının qalibi, SSRİ idman ustası (1960), SSRİ əməkdar məşqçisi.
16-qat SSRİ çempionu: "Zvyozdnıy" — 13 qat: 1953—1962, 1964—1965, 1969 "Solinq" — 3 qat: 1970, 1972—1973
Həyatı Moskvada anadan olmuşdur. Onun babası Aristarx Vladimiroviç İlyin məşhur psixiatr olmuşdur. Timirin atası Aleksey Dmitriyeviç Pinegin Yakutiya MSSR Kanqalas ulusu ərazisində 1903-cü ildə doğulmuşdur. O, milliyyətcə yakut olmuşdur.Geneloji araşdırma mərkəzi. Timir Alekseyeviç ilk kiçik uğuru hələ məktəbdə ələ etmişdir. Pineginin anası Aleksandra Aristarxovna İlyina rəssamlığı bacarırdı.
Timir Hərbi Dəniz Qüvvələrinin Mərkəzi İdman Klubunun heyətində çıxış etmişdir. 6 Olimpiya oyunlarının iştirakçısı olmuşdur: Yay Olimpiya oyunları 1952 - "Zvyozdnıy","Катера и яхты", вып. 102, 1983, Л. "Судостроение", с.37, всего 80 с. Yay Olimpiya oyunları 1956 — "Zvyozdnıy", sükançı (matros — Fyodor Şutkov) — 8 yer Yay Olimpiya oyunları 1960 — "Zvyozdnıy", sükançı (matros — Fyodor Şutkov) — 1 yer Yay Olimpiya oyunları 1964 — "Zvyozdnıy", sükançı (matros — Fyodor Şutkov) — 5 yer Yay Olimpiya oyunları 1968 — "Zvyozdnıy", sükançı (matros — Fyodor Şutkov) — 16 yer Yay Olimpiya oyunları 1972 — "Solinq" - 7 yer
Məşqçi olaraq Gürcüstan yığmasını çalışdırmışdır. Yelkənli qayıq yarışması üzrə iki yay Olimpiya yarışmasında münsiflər heyətinin üzvü olmuşdur.
"Yaxta və buyer" kitabının müəllifidir.
Dağ xizəyi ilə maraqlanırdı. 1940-cı illərin sonlarında SSRİ dağ xizəyi yığmasının üzvü olmuşdur.
Şərəf odeni (1960) və medallara layiq görülmüşdür. Vaqankovskoye qəbirstanlığında dəfn edilmişdir.
Ailəsi Pineginin həyat yoldaşı — Qalina İlyiniçna Jeleznova.
Qızı — Alyona.
Mənbə Timur Alekseyeviç Pineqin 50 лет с момента первой победы на Олимпийских Играх Памяти Тимира Пинегина на сайте Международной Ассоциации класса Звёздный Викторов В. "Звездный класс. Документальная повесть". Худ. М.В.Бородин. М.: "Советская Россия", 1964г. 184с.с илл.
İstinadlar
Kateqoriya:SSRİ əməkdar məşqçiləri Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:SSRİ əməkdar məşqçiləri Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:1960 Yay Olimpiya Oyunları çempionları