Dalya Qribauskayte(Dalia Grybauskaitė) — Siyasətçi və iyul 2009-cu ildən 2019-cu ilədək Litva Respublikasının 9-cu Prezidenti olmuşdur. Litva Respublikasının ilk qadın prezidenti olan Qribauskayte, daha əvvəl xarici işlər nazirinin müavini, maliyyə nazirliyi və maliyyə proqramlaşdırma və Avropa Birliyi komissiyasının üzvü vəzifələrində çalışıb.

Həyatı Dalya Qribauskayte 1 mart, 1956-cı ildə Litva Respublikasının Vilnüs şəhərində anadan olmuşdur. Leninqrad Dövlət Universitetinin ekonomika fakültəsində oxuyub. Universiteti 1983-cü ildə bitirən Qribauskayte elə o il də Vilnüsə qayıdıb. Qayıtcağın da o, Litva Elmlər Akademiyasında çox ilginc bir işə düzəlib. Bununla yanaşı, o, 1983–1990-cı illərdə Vilnüs Ali Partiya Məktəbində müəllim işləyib. Qribauskayte 1988-ci ildə Moskvada Sov. Kommunist Partiyası MK yanındakı İctimai Elmlər Akademiyasında namizədlik dissertasiyasına yiyələnib. 1990–1091-ci illərdə Vilnüs Ekonomika İnstitutunda elmi katib işləyib. 1991–1993-cü illərdə Litva Respublikasının Beynəlxalq İqtisadi Əlaqələr Nazirliyi Avropa Departamentinin müdiri işləmişdir. Qribauskayte 1991–2009-cu illərdə Avropa Birliyi Azad Ticarət Müqaviləsi qüvvəyə minəndə Litva Respublikasını təmsil edib. Yardım Koordinasiya Komitəsinə sədrlik edib. Qısa bir müddət sonra, Aİ — Litva Missiya Fövqəladə və Səlahiyyətli Naziri seçilib. Orada, Aİ Avropa Sazişi üçün əvvəl müzakirəçisi müavini və Brüssel Milli Yardım Koordinasiya nümayəndəsi kimi çalışıb.

AB-də qazandığı uğurlarına görə, "The Wall Street Journal" 2004-cü ildə Qribauskayteni Marqaret Tetçerə bənzədərək "dəmir ledi" adlandırıb. "European Voice" həftəliyi 2005-ci ildə Qribauskayteni AB büdcəsi ilə bağlı reforma çalışmalarına görə "İlin komissarı" adlandırıb. 2008-ci ildə Qribauskayte Litvada "İlin qadını" adlandırılıb. Bu, Qribauskayte Litva hökumətininin iqtisadi siyasətini kəskin tənqid etdiyi vaxtlarda olub.

Prezidentliyi Dalya Qribauskayte 26 fevral 2009-cu ildə rəsmən prezident seçkiləri üçün namizədliyini açıqlayıb. Seçki 17 may 2009-cu ildə həyata keçirilib. Qribauskayte 68,18% səs ilə seçkilərdə qələbə qazanaraq yalnız Litva Respublikasının ilk qadın prezidenti deyil, prezident seçkilərində ən böyük fərqlə səs qazanan insan olub. 2014-cü ildə o, ikinci dönəm prezident seçilib.

Şəxsi həyatı Dalya Qribauskayte evli deyil. Övladı yoxdur. Əvvəllər Litvanın "sarı" mətbuatda şayiələr onun qeyri-ənənəvi seksual oriyentasiyası barədə yazırdı, o özü bu şayiələri təkzib etdi . Karate üzrə qara kəmərə sahibdir. Litva dili ilə yanaşı, ingilis, polyak, rus dilini bilir, həm də fransızca anlayır.

İstinadlar

Kateqoriya:Litva siyasətçiləri Kateqoriya:Litva prezidentləri Kateqoriya:1956-cı ildə doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin fəxri doktorları Kateqoriya:1 martda doğulanlar Kateqoriya:Qadın prezidentlər Kateqoriya:Qadın siyasətçilər Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Vilnüs siyasətçiləri Kateqoriya:Vladimir Putinə müxalifət