() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Şimali Amerika, Virciniya, Kentukkidən Gürcüstan və Alabamaya qədər olan ərazilərdə bitir.

Botaniki xarakteristikası Hündürlüyü 5 metrə çatan, kürəvari çətirə malik, hər tərəfə çoxlu kök pöhrələri verən koldur. Ləçəklərindən başqa bitkinin bütün hissələri sərt, bir qədər uzun, qırmızımtıl-palıdı rəngdə tükcüklərlə örtülüdür. Budaqları tikansız, sarımtıl-qonur, ikiillik budaqları isə qırmızımtıl-qəhvəyi rəngdədir. Yarpaqları parlaq yaşıl rəngli, təklələkvari, 7-13 yarpaqcıqdan ibarət olub, 15-23 sm uzunluqdadır. Yarpaqcıqları dairəvi-ellips formalı, 2-5 sm uzunluqda, 1,5-3,5 sm enindədir. Qısa saplaqlıdır. Çiçəkləri çox gözəl quruluşlu, çəhrayı və ya qırmızımtıl-çəhrayı rəngdə olub, qoxusuz. 3-9 ədəd olmaqla seyrək, 7-12 sm uzunluqda salxımlara toplanmışdır. Az-az hallarda meyvə verir. Paxlası 5-8 sm uzunluqda olub, vəzili tükcüklərlə örtülüdür. May-iyun aylarından başlayaraq sentyabra kimi çiçəkləyir. Toxumla çoxalır.

Ekologiyası Ətraf mühitin əlverişsiz amillərinə davamlıdır.

Azərbaycanda yayılması Mədəni halda 1758-ci ildən rast gəlinir. Abşeron, Lənkəran, Gəncə, Bərdə, Zaqatala, Şəki və digər şəhərlərin yaşayış məntəqələrinin yaşıllıqlarında becərilir.

İstifadəsi Tək-tək və qrupla əkilmək üçün yararlıdır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Paxlakimilər (yarımfəsilə)