thumb|300x300px|Baltik vağzalı. Estoniya dəmir yolları ümumi uzunluğu 1320 km olan dəmir yol şəbəkəsi (2005 ilə olan məlumata görə 132 kilometri elektrikləşdirilmişdir)Структурные реформы на АО "Эстонская железная дорога" // Транспорт Российской Федерации № 5 2006 il.. Reylslər arasında məsafə 1520 mm-dir. Bu əsasən keçmiş sovet ölkələrində mövcuddur. Estoniyanın əsasən voğzalı Batik voğzalıdır. Milli şirkətin rəhbəri "Eesti Raudteedir".

Tarixi 275px|right|thumb|Sərnişin məqsədli nəqliyyat (2008 il). 275px|right|thumb|Estoniya dəmir yolları (2015 il). 275px|right|thumb|Estoniyanın bütün dəmir yolları thumb|276x276px|Stadler FLIRT 24 oktyabr 1870-ci ildə Estoniyada ilk dəmir yolu Paldiski—Pevel—Narva—Qatçina istiqamətində çəkilmişdir. Elə həmin ildə Peterburq-Varşava dəmir yolu birləşdirilmişdir. Baltik dəmir yolları 1870-ci ildə Qatçindən Tasno xətti birləşdirilir.

1877-ci ildə Tapa—Derpt yolu inşa edilir. 1897-ci ildə yol Valqa ilə birləşdirilir. 1896-ci ildə isə ilk ensiz dəmir xətti (750 мм) olan Valqa—Pyarnu istifadəyə verilir. 1897-ci ildə Mıyzayoladan Vilyandi, oradan isə Payde və Revele limanına çəkilir. Daimi hərəkət isə 1901-ci ildə yaradılır.

Müstəqil dəmir yolları isə 15 noyabr 1918-cı ilə təşkil edir.

1931-ci ildə enli reylsli Tartu — Peçora xətt istifadəyə verilir. Bununla da Rusiya və Ukrayna ilə əlaqə təmin edilir.

1940-ci ildə Estoniya dəmir yolları SSRİ ilə birləşdirilir. Bu zaman dəmir yollarının uzunluğu 1447 kilometrə çatır.

Paravozların Teplovozlarla əvəzlənməsi 1958-ci ildə başlayır və 1960-cı illdə bitir.

1963-cü ildə EDY Latviya və Litva dəmir yolları ilə birləşdirir. Bununla da Baltikyanı dəmir yolları təşkil edilirPribaltika dəmir yolları — Böyük Sovet Eksiklopediyası

1 yanvar 1992-cü ildə müstəqil dövlətin Estoniya dəmir yolları adlı dövlət şirkəti təşkil edilir.

1997-ci ildə şirkətin əsasında "Eesti Raudtee" Səhmdar Cəmiyyət təşkil edilir.

2007 ildə Estoniya Respublikası 66 % səhmi 2,35 milyard krona geri alır

2009-cu ildə kommersiya şirkəti olan "Eesti Raudtee" SC iki hissəyə bölünür: AS EVR Infra — idarə etmə və infrastruktur məsələri. AS EVR Cargo — yük daşıma məsələləri.

Tranzit Yükdaşımanın illərə görə dinamika: İl 1995 1996 1997 1998 1999 2000 2001 2002 2003 2004 2005 Tranzit yüklərin miqdarı (mln tonn)23,724,828,931,637,139,438,542,142,142,844,3

Rusiya ilə tranzit 2005-ci ildə 87 % tranzit yükləri Rusiya ilə daşınmışdır. Bürünc əsgər hadisəsindən sonra Rusiya dəmir yolları Estoniyaya neft idxalını dayandırır. Tranzit yükləri 40 %, Tallin limanında yükdaşıma isə 25 % aşağı düşür Estoniya: Rusiya ilə iş görməyəsən! 09.06.2011 // Azad mətbuat.. Bu səbəbdən dəmir yol işçilərinin bir qismi öz iş yerlərini itirmişdir. 2010-cu ildə yükdaşıma 2009-cu ilə nisbətdə 1,8 milyon ton artaraq 20,1 milyon ton olmuşdur.

Dəmir yolları Harırda Estoniyada 8 dəmir yolu xətti vardır. Dəmir yolu Açılış ili Uzunluğu (km) Valqa — Peçora dəmir yolu 1889 96,5 Keyla — Paldiski dəmir yolu 1870 20,8 Keyla — Piyzirepe dəmir yolu 1905 24,6 Klooqa — Klooqaranna dəmir yolu 1960 3,4 Lelle — Pyarnu dəmir yolu 1928 69,5 Tallin — Vilyandi dəmir yolu 1901 153,6 Tallin — Keyla dəmir yolu 1870 26,8 Tallin — Narva dəmir yolu 1870 211 Tapa — Tartu dəmir yolu 1876 112,5 Tartu — Valqa dəmir yolu 1887 82,5 Tartu — Peçora dəmir yolu 1931 87,3

Elektrikləşdirilmiş xətt Elektrikləşdirilmiş dəmir yollarının uzunluğu 132,2 km təşkil edir.

Тallinn — Aeqviydu — 56,7 km. 14 stansiya: Tallinn-Balti, Kitsekyola, Yolemiste, Yolemiste st, Vesse, Ladeqi, Kulli, Arukyola, Raaziku, Parila, Kexra, Laxinquvyalya, Mustyıse, Aeqviydu. Тallinn — Keyla — Riyzipere — 51,3 km. 22 stansiya: Tallinn-Balti, Tallinn-Kopli, Lillekyola, Tondi, Yarve, Raxumyae, Nimme, Xiy, Kivimyae, Pyaeskyola, Laaqri, Urda, Padula, Saue, Valinqu, Keyla, Kulna, Vazalemma, Kibuna, Laytse, Yanika, Piyzipere. Keyla — Paldiski — 20,8 km məsafədə. 7 stansiya: Keyla, Niytvyalya, Klooqa, Klooqa-Aedlinn, Pıllkyola, Lаоkyola, Paldiski.

Üstəlik Klooqa — Klooqaranna 3,4 km məsafədə elektrikləşdirilmişdir.

Xarici keçidlər Estoniya dəmir yollarının muzeyi Estoniya dəmir yollarının rəsmi saytı

İstinadlar

Kateqoriya:Estoniyada dəmiryol nəqliyyatı