Brüs Sprinqstin (; ) — "Boss" ləqəbli ABŞ musiqiçisi, müğənni, mahnı sözü müəllifi və bəstəkar. Sprinqstin 70-ci illərdə əsasən siyasətdən, işçi sinfindən, müharibə qarşıdı görüşlərindən və Nyu-Cersi ştatındakı həyatdan bəhs etdiyi mahnılarıyla məşhurlaşdı və o gündən bəri daha da populyarlaşmağa və gündəmdə qalmağa davam etdi. Asanlıqla tanına bilən səsi və 3 saata yaxın konsertlər verə bilmə qabiliyyəti Sprinqstinin ən bilinən xüsusiyyətlərindəndir.
Bu günə kimi 20 Qremmi mükafatına layiq görülən Sprinqstin, filmlər üçün yazdığı mahnılara görə də namizəd olduğu iki Oskar mükafatının birinə layiq görülüb. 120 milyondan çox albom sataraq tarixin ən çox satmış musiqiçiləri siyahısında göstərilir. Rolling Stone jurnalının "Ən böyük 100 sənətkar" siyahısında 23-cü sirada yer almışdı.
Filmoqrafiya Yüksək keyfiyyət (2000)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Toni mükafatı laureatları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Prezident Azadlıq medalı ilə təltif edilənlər Kateqoriya:Kennedi Mərkəzinin Fəxri Mükafatı laureatları Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Columbia Records artistləri Kateqoriya:ABŞ mesenatları Kateqoriya:ABŞ milyarderləri Kateqoriya:ABŞ pianoçuları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Avtobioqrafiyalar