Robinzon Kruzo— Daniel Defonun 1719-cu ildə yazdığı romanı. Əsərdə adam yaşamayan adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi təsvir edilir. O adada 28 il yaşayır və kömək ettiyi insanların köməyi ilə 28 il qaldığı adadan xilas olur. Roman bir çox dilə, o cümlədən 1909-cu ildə Abdulla Şaiq tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Roman 1958-ci ildə Bakıda "Robinzon Kruzonun həyatı" kimi də nəşr olunmuşdur.

Bəzi iddialara görə Daniel Defo Aleksandr Selkirk adlı şotland bir dənizçinin Robinzon Kruzo adasında 4 il 4 ay tək və tənha yaşamasından təsirlənmiş və daha sonra bu əsəri yazmışdır. Robinzon Kruzo Daniel Defonun ən məşhur əsəridir.

İstinadlar

Kateqoriya:Daniel Defonun əsərləri Kateqoriya:Britaniya romanları Kateqoriya:Macəra romanları Kateqoriya:1719-cu ilin romanları Kateqoriya:Uydurmada kannibalizm Kateqoriya:Uydurmada kimsəsiz adalar Kateqoriya:Braziliya haqqında romanlar Kateqoriya:Adalar haqqında romanlar Kateqoriya:Venesuela haqqında romanlar Kateqoriya:Filmlərə adaptasiya olunmuş Böyük Britaniya romanları Kateqoriya:Uydurma kimsəsiz adaya atılmış şəxslər Kateqoriya:Dəniz quldurluğu haqqında romanlar Kateqoriya:Televiziyaya adaptasiya olunmuş romanlar Kateqoriya:Teatra adaptasiya olunmuş Böyük Britaniya romanları