Etibar Məmmədov (Etibar Teyyub oğlu Məmmədov; ) — Azərbaycan jurnalisti, televiziya aparıcısı, sənədli film rejissoru, ssenarist və prodüserdir. 1998-ci ildən televiziya və media sahəsində fəaliyyət göstərir. ANS və ATV telekanallarında çalışmış, sonradan sənədli filmlər sahəsində fəaliyyətini davam etdirmişdir.

Həyatı və təhsili

Etibar Teyyub oğlu Məmmədov 27 noyabr 1975-ci ildə Gəncə şəhərində anadan olub. 1982–1992-ci illərdə Gəncə şəhər 4 nömrəli orta məktəbində təhsil alıb.

1993–1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsində bakalavr təhsili alıb. 1997–1999-cu illərdə həmin institutun magistratura şöbəsində "Milli Təhlükəsizlik və siyasi strategiya" ixtisası üzrə təhsilini davam etdirib. Bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirib.

Ailəsi Dörd övladı var.

Fəaliyyəti

Jurnalistika fəaliyyəti

Etibar Məmmədov jurnalistika fəaliyyətinə 1998-ci ildə ANS Müstəqil Yayım və Media Şirkətinin tərkibində fəaliyyət göstərən "ANS ÇM" radiosunda başlayıb. Burada "İsti-isti" ictimai-siyasi verilişinin və xəbər buraxılışlarının aparıcısı olub.

2000-ci ildən ANS televiziyasında "Xəbərçi" informasiya proqramının və "Nəzər Nöqtəsi" verilişinin aparıcısı, həmçinin aparıcı redaktoru kimi fəaliyyət göstərib.

2002–2008-ci illərdə ATV telekanalının Xəbərlər Xidmətində çalışıb. Xidmətin formalaşmasında iştirak edib, redaktor, aparıcı redaktor və baş redaktor vəzifələrində çalışıb. Eyni zamanda "Son Xəbər" informasiya proqramının və "Həftə Sonu" analitik-informasiya buraxılışının aparıcısı olub.

Jurnalist fəaliyyəti dövründə Azərbaycan Respublikasının prezidentləri Heydər Əliyevin və İlham Əliyevin ölkə daxilində və xarici səfərlərini çəkiliş qrupu tərkibində işıqlandırıb.

2008-ci ildə ATV telekanalından ayrıldıqdan sonra ASAN Radioda baş redaktor vəzifəsində çalışıb.

Sənədli filmlər sahəsində fəaliyyəti

2008-ci ildən etibarən sənədli filmlər sahəsində fəaliyyət göstərir. Azərbaycanın tarixi, Qarabağ münaqişəsi, erməni terroru, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslərin həyat yolu və digər tarixi mövzulara həsr olunmuş 80-dən çox sənədli filmin müəllifi və rejissorudur. Filmlərinin əksəriyyəti türk, ingilis, fransız və rus dillərinə tərcümə edilərək xarici ölkələrdə yayımlanıb.

Fəaliyyəti dövründə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, DİN Daxili Qoşunlarının Baş İdarəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Heydər Əliyev Fondu, Şuşa, Xocavənd və digər rayonların icra hakimiyyətləri, eləcə də bir sıra millət vəkilləri ilə əməkdaşlıq edib. Bu qurumların sifarişi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə sənədli filmlər hazırlayıb.

Filmoqrafiya

2007 Xocalı soyqırımı — 3 hissəli sənədli film (Azad Azərbaycan TV).* Xocalı soyqırımı — 3 hissəli sənədli film (Azad Azərbaycan TV).

2010 Pərdəarxası tarix: dünən və bu gün. Azərbaycanın milli qəhrəmanları. Mübariz İbrahimov. Müqəddəs zirvə. Azərbaycanın milli qəhrəmanları. Samir Xasıyev. Azərbaycanın milli qəhrəmanları. Naiq Yusifov. Azərbaycanın milli qəhrəmanları. Qasım Rzayev. Karate "Kasiko". İnsan ovu. Şuşa. Dağlarda toy.

2011 Qarabağ: Həqiqətlər və yalanlar. Laçınsız.... Azərbaycanın milli qəhrəmanları. Vəzir Orucov. Əbədiyyətə qovuşan Koroğlu. Cinayətin anatomiyası. "Səssiz müharibə" silsiləsindən. Tarixin qisası. Əyyub Xanbudaqov.

2012 Laçınsız 20 il. Qaradağlı. Soyqırım: Qaradağlı. DİN Daxili Qoşunlar – 20. Dağıdılmış mədəniyyət beşiyi: Şuşa. Əsgər.

2013 Sətirlərin sədası. Patriarx. Mənim doğma məktəbim. Quba soyqırımı: 1918-ci il. Kəlbəcər: Mübariz qala. Soyqırım: Qaradağlı davam edir. Kəşfiyyatçı.

2014 Soyqırımı: Hüseynovlar ailəsi. Yalan haqqında həqiqət. Vətən naminə.

2015 Heç vaxt gec deyil. Xankəndi (I hissə). Xankəndi (II hissə). Soyqırımı: Bakı. Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi. Şuşa musiqi məktəbinin 80 illiyi.

2016 Qaradağlı: Mübarizə. Şahinlər-2016. Yaşam mücadiləsi.

2017 Qəzəb. Sərhəd. Vətən sağ olsun. Vətən övladı. Namusumuz Vətəndir. Qaregin Njde: Faşistin dosyesi. Difai.

2018 Bayat elinin igidləri. Qoşa ruhlar. Soyqırımı: 100 il. İrəvan: Xatirələr və etiraflar. Qalxan və qılınc.

2019 Heydər Əliyev və azərbaycançılıq.

2020 Azərbaycan naminə.

2021 Quba soyqırımı. 101-ci şans.

2022 Mən komandirəmsə…. Şəhid taleyi. Zəngəzur: Sabaha hesablanmış işğal. Ağa Musa Nağıyev: Xeyriyəçinin Türkiyə səhifəsi. Şəhidlik zirvəsi. Xan qızı. Erməni faşizminin anatomiyası. Cəhalət. Şuşa 270. Azərbaycan gəncliyi və mənəvi dəyərlər. Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri.

2023 Məhv edilmiş mənəvi irs. Xocalı soyqırımı: bunu hamı bilməlidir. Ağa Musa Nağıyev: tarix yazan binalar. Şuşa: Türkün zirvəsi. Vətən ətri. Bitməyən əzab. Qəhrəmanlıq irsi. Məhv edilən gələcək. Qədim İrəvan: Hər daşı bir abidə.

2024 Yunus Əmrə: Dünyanı yaxşılar gözəlləşdirir (televiziya filmi). Yol — ssenari müəllifi.

2025 Müharibənin gözləri — ssenari müəllifi və icraçı prodüser.

Fotolar

İstinadlar

Xarici keçidlər

"SƏRHƏD" sənədli filminin təqdimatı olub "Qalxan və qılınc" sənədli filminin təqdimatı

Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Azərbaycan jurnalistləri