Azərbaycan hərbi musiqisi — Azərbaycanda yaranan hərbi musiqinin növü. Azərbaycan hərbi musiqisi əsasən hərbi mahnılar və marşlardan ibarətdir.

Tarixi Azərbaycanda hərbi-orkestr xidmətinin yaranmasında başlanğıc nöqtə 1992-ci il 1 iyul sayılır. Həmin tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin ayrıca əmri ilə hərbi orkestr xidməti rəisi — baş hərbi dirijor təyin olunmuş və bu qurumda xidmət edənlərin sayı və vəzifələri haqqında nizamnamə təsdiq edilmişdi. Bunun nəticəsində çox qısa zaman kəsiyində Bakı birləşmiş ali zabitlər məktəbinin və "N" hərbi hissəsinin orkestrləri heyətləri doldurularaq tamamlandı və bütün başlıca çatışmazlıqlar, o cümələdən, repertuar çatışmazlıqları aradan qaldırıldı.

1992-ci il oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələrinin Azadlıq meydanında keçirilən ilk təntənəli rəsmi-keçidində ifa repertuarı — "Qarşılama marş"-ından tutmuş toplu orkestrin keçidində səslənən marşadək — bütövlüklə sırf Azərbaycanlı bəstəkarların əsərlərindən hazırlanmışdı. 1993-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin vəzifəsi Azərbaycan prezidentinin, eləcə də müdafiə nazirinin əmrləri ilə keçirilən dövlət səviyyəli tədbirlərdə iştirak və çıxış etməkdən ibarətdir. Orkestrin ilk rəisi polkovnik-leytenant S. Reşetov təyin olunmuşdu. 1996-cı ilin iyulundan orkestrin rəisi baş leytenant A. Kərimovdur.

Qarabağ müharibəsi zamanı vətənpərvərlik və hərbi bard janrda olan mahnılar Mübariz Tağıyev, Xədicə Abbasova və Şəmistan Əlizamanlının ifaları nəticəsində Azərbaycanda məşhur olmuşdur.

2014-cü ildə Azərbaycan Respublikası Daxili Qoşunların orkestrin heyəti 115 nəfərdən ibarət idi. Onun nəzdində mahnı və rəqs ansamblı fəaliyyət göstərir. Kollektiv fleyta, qoboy, klarnet, şeypur, alt, tenor, bariton, saksofon, trombon, tuba, böyük və kiçik təbil ifaçılarından ibarətdir. Leytenant Zaur Əmiraslanov, gizir Vəsilə İbrahimova, Fidan Hacıyeva, Səlim Abbasov, Amil Məmmədov, Zabitə Alıyeva, Zeynalabdin Kərimov, Aslan Hüseynov orkestrin solistləridirlər.

Tanınmış vətənpərvərlik mahnıları və hərbi marşlar Anar ilhamlı-"Vətən üçün doğulduq" marş,

Anar İlhamlı- Qayıdış marşı.

Görkəmli sənətçilər

Şəxslər

Kişi Anar ilhamlı Anar İlhamlı

Qadın

Qruplar

İstinadlar

Kateqoriya:Azərbaycan musiqisi Kateqoriya:Azərbaycanın hərb tarixi Kateqoriya:Hərbi musiqi