Uiqan Robin Park FK — İngiltərənin, Böyük Mançester bölgəsinin Uiqan şəhərini təmsil edən yarı-peşəkar futbol klubudur.
Robin klubu iki vəzifəli şəxs tərəfindən qurulmuşdur. İlk komandası Şimal-qərbi Ölkələrin Futbol Liqasının Birinci Diviziyasında, ehtiyat komandası isə Mançester Futbol Liqasının Dördüncü Diviziyasında mübarizə aparmışdır. Klub öz ev oyunlarını Luara Dairəsində yerləşən və DV Stadionuna bitişik olan Robbin Park Arenada keçirmişdir.
Klubun birinci komandası 2015-ci ilin iyun ayında rəsmən bağlanmışdır.
Tarixi Robin Park Futbol Klubu 2005-ci ildə yaradılmışdır və Mançester Futbol Liqasının — Şimal-qərbi Ölkələrin Futbol Liqasının şöbəsinin müxtəlif diviziyalarında mübazrizə aparmışdır. 2007-08 mövsümündə Mançester Futbol Liqasının qalibi olduqdan sonra Şimal-qərbi Futbol Liqasının Birinci Diviziyasına vəsiqə qazanmışdır.
Onlar 2011-12 mövsümündə Şimal-qərbi Futbol Liqasının Birinci Diviziyasının qalibi oldular. Bununla da onlar Premyer Liqaya vəsiqə qazandıran Liqalarda mübarizə aparmağa başladılar.
2014-cü ilin yanvar ayında Stiv Hollivell elan etdi ki, Darril Pikton klubun prezidenti kimi onu əvəz edəcəkdir.
Şimal-qərb Dairələri Futbol Liqasının Premyer Liqasında iki il mübarizə apardıqdan sonra onlar 2013-14 mövsümünün sonunda Birinci Diviziyaya geri qaytarıldılar.
Uğurları Şimal-qərbi Ölkəlır Futbol Liqası Birinci Diviziya Çempion 2011–12 Mançester Futbol Liqası Premyer Diviziya Çempion 2007–08 Gilgrust Kuboku Çempion 2007–08 Lankşar Şild İkinci 2007–08 Mançester Futbol Liqası Birinci Diviziya İkinci 2006–07 Murrey Şild İkinci 2005–06 Rekordları
FA Kuboku İlkin əlavə mərhələnin təkrar oyunu 2010–11 FA Vase Üçüncü mərhələ 2012–13
İstinadlar
Xarici keçidlər Official website
Kateqoriya:2005-ci ildə yaradılmış futbol klubları Kateqoriya:Ləğv edilmiş İngiltərə futbol klubları