Makroiqtisadiyyat ( — "böyük" və — "ev, təsərrüfat" sözlərindən) — milli iqtisadiyyatın strukturunu və fəaliyyətini, eləcə də dövlətin həyata keçirdiyi siyasətin bu fəaliyyətə necə təsir etdiyini öyrənən elm sahəsidir.Andrew B. Abel , Ben S. Bernanke, Dean Croushore. Macroeconomics, 6th ed. 2008. Səh 2. Makroiqtisadiyyat sözü "macro" böyük, "iqtisadiyyat" sözlərinin birləşməsindən yaranıb. Adından da göründüyü kimi, iqtisadiyyatın bu qolu fərdi bazarlar səviyyəsində deyil, iqtisadiyyatdakı fəaliyyəti, strukturu, davranışı və qərarverməni ümumilikdə öyrənir.Blaug, Mark (1985), Economic theory in retrospect, Cambridge, UK: Cambridge University Press, ISBN 0-521-31644-8Sullivan, Arthur; Steven M. Sheffrin (2003), Economics: Principles in action, Upper Saddle River, New Jersey 07458: Pearson Prentice Hall, p. 57, ISBN 0-13-063085-3

Bura milli, regional və qlobal iqtisadiyyat daxildir. Mikroiqtisadiyyatla birlikdə, makroiqtisadiyyat iqtisadiyyat elminin ən ümumi iki sahəsini formalaşdırır.

Makroiqtisadiyyat əsas göstəricilər: Ümumi Daxili Məhsul (ÜDM), Ümumi Milli Məhsul (ÜMM), işsizlik dərəcəsini, Qiymət İndeksləridir (İnflyasiya, ÜDM deflyatoru) ki, bununla da iqtisadi vəziyyət haqqında ümumi məlumatı verir. Həmçinin makroiqtisadiyyatda bir çox iqtisadi amillər (gəlir, istehsal, istehlak, işsizlik, inflyasiya, yığım, investisiya, beynəlxalq ticarət və beynəlxalq maliyyə) arasında qarşılıqlı əlaqəni və təsiri göstərmək üçün bir çox modellər mövcüddür. Əksinə, mikroiqtisadiyyat isə, fərdi agentlər: istehsalçılar, istehlakçılar, satıcılar və alıcılar üzərinə fokuslanır və onların bazarda qiyməti və miqdarı necə müəyyən etdiyini öyrənir.

Makroiqtisadiyyat da simvolik olaraq iki əsas hissəyə bölünür:

Qısamüddətli (Short-Run): qısamüddətli dövrdə iqtisadiyyatda başverən hadisələrin səbəbini və nəticəsini öyrənir. Uzunmüddətli (Long-Run): uzunmüddətli dövrdə iqtisadi artımı təmin edəcək komponentlərin və yolların öyrənir.

Tarixi

İlk dəfə makroiqtisadiyyat termini Norveç iqtisadçısı Raqnar Friş tərəfindən 14 avqust 1934-cü ildə elmə daxil edilmişdir. Müasir makroiqtisadi nəzəriyyənin banisi isə, 1936-cı ildə "Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi" () adlı əsərin müəllifi olan ingilis iqtisadçısı Con Meynard Keyns hesab olunur.

Makroiqtisadi fikir tarixində aşağıdakı məktəblər vardır:

Keyns məktəbi — demək olar ki, modern makroiqtisadiyyat Con Menyard Keyns və onun "Məşğulluğun, Faizin və Pulun Ümumi Nəzəriyyəsi" kitabı ilə bağlıdır. Keyns likvid üstünlüklər konsepsiyasını inkişaf etdirib və iqtisadiyyatın necə işlədiyi ilə bağlı ümumi nəzəriyyə formalaşdırıb. Keyns öz nəzəriyyəsində ilk dəfə monetar və real iqtisadi faktorlara toxunub, işsizliyi və iqtisadi sabitliyə çatmanın yollarını izah edib. Bu məktəbin davamçıları Keyns modelinin dəqiq konsepsiyası və mexanizminin yaradılması üzərində çalışıblar. Kenys məktəbinin ortodoksal qolu adlanan bir qrup iqtisadçı Keyns modeli ilə klassiklərin mikroiqtisadi düşünçələrini birləşdirərək "neoklassik sintez" yaradmışdılar. Bu sintez 1940-cı illərdən 1970-ci illərin əvvəllərinə qədər hakim mövqe tutmuşdu. Bu vaxtlar Kensçilərin iki qolu seçilirdi. Bir qrup Keynsin qeyri-tarazlıq ideyası üzərində cəmləşmişdi, digərləri isə keynsin nəzəriyyəsinə fundamentalist mövqedən yanaşırdılar və heterodoks post-Keynsçi ənənəni başlatdılar.

Amerikan iqtisadçısı Milton Fridman Keynsin makroiqtisadi nəzəriyyəsinə alternativ olan nəzəriyyə olan monetarizmi inkişaf etdirdi. Ümumilikdə, monetarizim pulun təklifinin iqtisadiyyata necə təsir etdiyini öyrənir. Monetarizmin ilk yarandığı 1950–60-cı illərdə kensçilər pulun inflyasiyada və biznes tsilklərinə təsirini inkar etdilər, monetaristlər isə birbaşa olaraq bunu müdafiə edirdilər.

Yeni klassik məktəb monetarizmdən formalaşıb və Keyns məktəbinə qarşı yeni iddealar irəli sürüblər. İlk vaxtlar yeni klassiklər özlərini monetarist hesab edirdilər, amma sonra yeni məktəbi formalaşdırdılar. Onlar monetaristlərdən fərqli olaraq monetar siyasətin iqtisadiyyatı sistematik idarə edəcəyinə inanmırdılar və sonda real biznes tsiklləri nəzəriyyəsini yaratdılar.

Yeni klassiklər neoklassik sintezi tənqid edirdilər, çünki bu sintez özündə Valrasın mikroiqtisadi bazar tarazlığı modelini, həm də Keynsin makroiqtisadi qeyri-tarazlıq modellərini birləşdirirdi. Yeni kensçilər bu paradoksla tanış idilər, amma yeni klassiklər kensin ideyalarını tənqid edəndən sonra, yeni kensçilərdə Valrasın bazar tarazlığı ideyasından imtina etdilər. 1970–80-ci illərdə yeni kensçilər inhisarçı rəqabət bazarını, yapışqan qiymətləri və digər mikroiqtisadi hadisələrin necə keynsçi makroiqtisadiyyatla uzlaşdığını tədqiq ediblər.

Əsas makroiqtisadi anlayışlar Makroiqtisadiyyat çoxsayda anlayışları və görtəriciləri əhatə edir, ancaq bunlar 3 mərkəzi kategoriya birləşir. Makroiqtisadiyyat adətən istehsal, işsizlik və inflyasiya fenomenləri ilə əlaqəlidir. Makroiqtisadiyyatdan kənarda da bu göstəricilər butun iqtisadi agentlər (işçilər, alıcılar və istehsalçılar) üçün də əhəmiyyətlidir.Blanchard, Olivier (2011). Macroeconomics Updated (5th ed.). Englewood Cliffs: Prentice Hall 32

İstehsal, gəlir və xərclər (ÜDM) Milli iqtisadiyyatın vəziyyətinin ölçülməsinin ən yaxşı üsulu müəyyən müddət ərzində istehsal olunan son əmtəə və xidmətlərin həcminin müəyyən edilməsidir. Bunu ifadə etmək üçün istifadə olunan əsas göstərici Ümumi Daxili Məhsuldur (ÜDM). ÜDM müəyyən dövrdə ölkə daxilində istehsal olunan bütün son istehlak məhsullarının və xidmətlərinin bazar dəyəridir.Mankiw, N. Gregory (2014), Principles of Economics, səh 496

ÜDM iki məvhumu eyni anda ölçür: iqtisadiyyatdakı hər kəsin məcmu gəlirini və mal və xidmətlərin alınmasına çəkilən məcmu xərcləri. ÜDM bu xüsusiyyəti məcmu xərclərlə məcmu gəlirlərin bir-birinə bərabər olmasından irəli gəlir. Çünki, iqtisadiyyatda hər bir transaksiya əməliyyatında iki tərəf olur: Alıcı və satıcı. Kiminsə hər hansı məhsul (və ya xidmət) almaq üçün xərclədiyi pul digərinin gəlirinə çevrilir.Mankiw,2014 . səh 494 Dövrü axın modelində bu açıq şəkildə göstərilmişdir.Mankiw,2014. səh 495

İşsizlik İqtisadiyyatda işsizliyin həcmi işçi qüvvəsində çalışmayan hissənin faiz göstəricisi əks etdirən işsizlik dərəcəsi ilə ölçülür. İşsizlik dərəcəsinin hesablanması üçn ilk növbədə aşağıdakı 4 kateqoriya müəyyən edilməlidir:Samuelson A. P., Nordhaus D. W. Macroeconomics. 2010. Səh 309 Məşğullar. Bura hər hansı ödənişli işdə çalışanlar, eləcə də müəyyən səbəblərdən (xəstəlik, tətil) işə çıxmayanlar daxildir; İşsizlər. Bu kateqoriyaya hazırda işi olmayan, iş axrarısında olan və işə yaralı şəxslər daxildir. Burada əsas məsələ, şəxsin işinin olmaması yox, iş axtarışında olmasıdır; İşçi qüvvəsi. Bura həm işi olanlar, həm də işsizlər daxildir; İşçi qüvvəsinə daxil olmayanlar. Bura pensiyaya çıxanlar, istirahət edənlər, təhsil alan şəxslər, iş tapa bilməyib ruhdan düşmüş işsizlər, işləməyə yararsız olanlar daxildir.

İşsizliyin Formaları İşsizliyin aşağıdakı formaları var:Samuelson, 2010. Səh 310 Friksion işsizlik o zaman yaranır ki, şəxs çalışa biləcəyi iş var, amma bu işi axtarıb tapmaq üçün çox uzun bir vaxt lazımdır. Struktur işsizlik. Bəzən şirkətlər yeni texnologiya tətbiq edir və ya istehsal istiqamətini dəyişir. Bu zaman yeni texnologiyadan istifadə edə bilməyən və ya yeni istehsal sahəsinə uyğun olmayan işçilərə ehtiyac qalmır. Bu zaman yarana işsizliyə Struktur işsizlik deyilir. Dövrü(tsikl) işsizlik. Bu işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.Atakişiyev M. C., Mikro və Makroiqtisadiyyat. Bakı,2010. səh 392

Təbii işsizlik İşsizliyin təbii səviyyəsində əmək haqqlarını və qiymətləri azaldan, yaxud artıran faktorlar tarazlıqda olur. Müasir iqtisadiyyatda, yüksək inflyasiya şəraitində işsizliyin səviyyəsi kifayət qədər aşağıdır. Struktur və friksion işsizliyi onun təbii səviyyəsi müəyyən edir. Bu şəraitdə inflyasiyanın ölçüləri məhduddur. Dövri faktorlar isə işsizliyin səviyyəsini təbii həddən yuxarı qaldırır.

Qiymət İndeksləri Qiymət indeksləri əsas iki növü var: İstehlakçı Qiymət İndeksi (İnflyasiya); ÜDM deflyatoru. İstehlakçı Qiymət İndeksi (Consumer Price İndex) istehlak üçün alınan bütün məhsul və xidmətlərin ümumi qiymətinin ölçüsüdür. Hər ay Dövlət Statistika Komitəsi tərəfindən bu indeks hesablanır. Hesablandıqdan sonra yeni index əvvəl dpvrün in deksi ilə müqayisə edilir və inflyasiya dərəcəsi hesablanır.Mankiw,2014.səh 512–515

İnflyasiya dərəcəsi = (İQİ2014 –İQİ2013)/ İQİ2013*100.

İqtisadçılar indiki qiymətlərlə hesablanmış ÜDM-a nominal ÜDM deyilllər. Bu həmin il ölkə daxilində istehsal olunan bütün son məhsulun dəyərini göstərir. İqtisadi artımı qiymətləndirmək üçün isə bu göstəricini əvvəlki dövrlərlə müqayisə edirlər. Bu zaman bir məsələ ortaya çıxır ki, bəs bütün məhsulların qiyməti 2 dəfə artıbsa, bu da ölkədəki istehsalın 2 dəfə artdığı hesab olunmalıdırmı? İqtisadçıların cavabı "Xeyr"dir. Bunun qarşısın almaq üçün isə Real ÜDM göstəricisindən istifadə olunur. Bu zaman ÜDM indiki yox, baza dövrünün qiymətləri ilə hesablanır. ÜDM deflyatoru isə ölkə daxilində istehsal olunan bütün son istehlak məhsullarının qiymətindəki dəyişikliyi əks etdirir. ÜDM deflyatoru aşağıdakı kimi hesablanır.Mankiw G. Macroeconomics. 8th ed. 2013. Səh 24–25

ÜDM Deflyatoru = Nominal ÜDM/Real ÜDM

Makroiqtisadi modellər

Məcmu tələb-məcmu təklif modeli AD-AS modeli (ing. agregative demand (məcmu tələb)-agregative supply (məcmu təklif) model) makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir.Healey, Nigel M. (2002). "AD-AS model". In Snowdon, Brian; Vane, Howard. An Encyclopedia of Macroeconomics. Northhampton, Massachusetts: Edward Elgar Publishing. pp. 11–18. səh 12 Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir.Healey, Nigel M. 2002. səh 13 Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir. Investisiya imkanları genişləndiyi üçün istehsal artır. Xalis ixrac effekti. Hansı ölkədə ki, qiymətlər qalxırsa, onun məhsulları xarici məhsullar qarşısında daha az rəqabət qabiliyyətli olur və ixrac azalır. Daha az ixrac edən müəssisə daha az istehsal edir. Qiymətlər düşdükdə isə əksinə. Məcmu təklif əyrisi isə aşağı istehsal səviyyələrində üfüqi (elastik) və bütün istehsal amillərinin tam istifadə olunduğu potensial istehsal nöktəsindən etibarən isə şaquli (qeyri-elastik) olur.Healey, Nigel M. 2002. səh 12 Nə qədər ki, istehsal öz potensial səviyyəsinə çatmayıb, Məcmu Tələbin genişlənməsi özü ilə daha yüksək qiymət və istehsal səviyyəsi gətirəcək. AD-AS diaqramı inflayasiya ilə bağlı müxtəlif makroiqtisadi hadisələri izah etmək üçün də istifadə edirlir. Həmçinin bu model müxtəlif makroiqtisadi siyasətlərin effektlərini izah etmək üçün geniş pedaqoji əhəmiyyətə malikdir.

IS-LM modeli