Əliyar Ağayev () — FİFA kateqoriyalı Azərbaycanlı futbol hakimi. 2013-cü ildən beynəlxalq oyunları idarə edir.

Karyera 2015-ci ilin dekabrında UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Rapid-Dinamo Minsk oyununu idarə edərək, bu turnirin qrup mərhələsində hakimlik etmiş ilk azərbaycanlı kimi tarixə düşmüşdü."Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində — ÖZƏL" Fanat

2016-cı ildə UEFA-nın I kateqoriyasına keçməklə, Çempionlar Liqasında qrup və pley-off oyunlarına təyinat almaq hüququ qazanıb."Əliyar Ağayev ilkə imza atdı" Cempion

Ölkə futbolu tarixində daha bir ilkin imzası Əliyar Ağayevə məxsusdur. Belə ki, Azərbaycan futbolu tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsində oyunu idarə etmək üçün təyinat almışdır. 2022/23-cü il futbol mövsümünün Çempionlar Liqasının G qrupunun 6-cı və sonuncu turu çərçivəsində Danimarkanın "Kopenhagen" və Almaniyanın "Borussiya Dortmund FK" klublarının oyununda baş hakim kimi qitənin ən nüfuzlu klub turnirində debüt etdi. Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.

2024 Ağayev 2024-cü ilin mart ayında Avro 2024-ün seçmə mərhələsinin G qrupunda keçirilən Monteneqro – Bolqarıstan matçında hakim funksiyasını yerinə yetirib. Yan xətt hakimləri rolunu isə Zeynal Zeynalov və Akif Əmirəli icra edib.

2 sentyabrda UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kosova və Rumıniyanın qarşılaşdığı matçı idarə edib. 2 oktyabrda isə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində Avstriyanın Klagenfurt şəhərində yerləşən Verterze stadionunda keçirilən "Şturm" və "Brügge" qarşılaşmasının baş hakimi olub. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edib, dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirib.

Bioqrafiya 17 oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini 2005–2009-cu illərdə ADBTİA-da almışdır. 2005-ci ildən hakimlik fəaliyyətinə başlamışdır. 2009-cu ildən Premyer – Liqa oyunlarında referi kimi fəaliyyət göstərir. 2013-cü ildə FİFA hakimlik dərəcəsini almışdır. 2011/2012, 2012/2013, 2013/2014-cü illərdə ölkə kubokunun final oyunlarını idarə etmişdir. Hal – hazırda AFFA hakimlər komitəsində mütəxəssis vəzifəsində çalışır.ƏLİYAR AĞAYEV AFFA saytındaki profili

Beynəlxalq arenada idarə etdiyi oyunlar +TurnirMərhələOyunTarixUEFA Gənclər LiqasıQrupÇSKA Moskva — Bayern Münhen FKQalatasaray — Borussiya Dortmund FK22.10.2014Zenit FK — Olimpik Lyon FK20.10.20151/4 finalÇSKA Moskva — Benfika07.03.2017QrupBeşiktaş — Porto FK21.11.2017Yarım-finalMançester Siti FK — Barselona FK04.20.2018Misir KubokuYarım-finalZamalek FK — Əl İttihad FK01.09.2019Yunanıstan Super LiqasıPAOK FK — Atromitos FK10.03.2019Panatinaykos FK — PAOK FK20.02.2020II turPanatinaykos FK — PAOK FK04.04.2021XXIII turAtromitos FK — AEK Larisa20.02.2021Təsnifat mərhələsiApollodiakos FK — Veria NPS15.05.2022İştirak üçün pley-offVeria NPS — Pas Lamia11.06.2022UEFA Avropa LiqasıI təsnifat mərhələsiDinamo Minsk FK — KruojaIII təsnifat mərhələsiŞaxtyor Karaqanda FK — Hayduk Split31.07.2014Qrup mərhələsiRapid Vyana FK — Dinamo Minsk FK10.12.2015III təsnifat mərhələsiVorskla FK — MSK Zilina06.08.2015Qrup mərhələsiRoma FK — Astra FK29.09.2016Konyaspor FK — Sportinq Braqa FK20.10.2016Şalke FK — Nitsa FK24.11.2016I təsnifat mərhələsiSlavia Sofia — Zaqlebie Lubin30.06.2016III təsnifat mərhələsiKrasnodar FK — BirkirkaraQrup mərhələsiViktoria Quimayreş FK — Zalsburq FK24.09.2017Vardar FK — Real Soseydad FK19.11.2017pley-offSent Etyen FK — Bordo FK23.08.2018Qrup mərhələsiLatsio FK — Apollon Limassol FK20.09.2018Sürix FK — Bayer Leverkuzen FK25.10.2018Ludoqorets FK — Espanyol FK24.10.2019Dinamo Kiyev FK — Luqano FK21.12.2019III təsnifat mərhələsiSteua Buxarest FK — Slovan Liberec FK24.09.2020Qrup mərhələsiAEK — Zorya26.09.2020Miditüllənd FK — Ludoqorets FK16.09.2021Union Berlin — Braqa13.10.2022UEFA Konfrans LiqasıIII təsnifat mərhələsiFola FK — Linfild FK12.08.2022pley-offSent Etyen — Rakov26.08.2022Qrup mərhələsiYablonec FK — Randers FK21.10.2021UEFA Çempionlar LiqasıII təsnifat mərhələsiAktobe FK — Dinamo Tbilisi FK2014Apoel FK — Vardar FK15.07.2015III təsnifat mərhələsiSteua Buxarest FK — Viktoriya Plzen FK25.07.2017II təsnifat mərhələsiRosenborq FK — Dundalk FK15.07.2017III təsnifat mərhələsiZalsburq FK — Şkendiya FK08.08.2019LASK FK — Bazel FK13.08.2019Qrup mərhələsiKopenhagen — Borussia Dortmund02.11.2022UEFA Millətlər Liqası

Xarici keçidlər Statistika

İstinadlar

Kateqoriya:Azərbaycan futbol hakimləri Kateqoriya:UEFA Avropa Liqası hakimləri Kateqoriya:Bakıda doğulmuş idmançılar