Elman Fərhad oğlu Yusifov () — Azərbaycan alimi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent.

Bioqrafiya Elman Yusifov 20 oktyabr 1959-cu ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olmuşdur. 1967-ci ildə Bakı şəhəri 172 №-li məktəbə daxil olmuşdur. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini elektronika ixtisası üzrə bitirmişdir, 1999–2001-ci illərdə Qərb Universitetinin İqtisadiyyat fakültəsində beynəlxalq iqtisadi münasibətlər üzrə magistr elmi dərəcəsi almışdır. 1983–1984-cü illərdə AMEA Fizika İnstitutunun Fiziki-Kimyəvi Biologiya Sektorunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq Proseslərinin Molekulyar Genetik Əsasları şöbəsində baş laborant vəzifəsində işləmişdir. 1984–1990-cı illərdə SSRİ EA Kristalloqrafiya İnstitutunda akademik B. Vaynşteynin rəhbərlik etdiyi Zülal Kristalloqrafiyası laboratoriyasında (Moskva) stajor-tədqiqatçı və əyani aspirant olmuşdur. 1990-cı ildə Azərbaycan EA Botanika İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Aparatının İşlər İdarəsinin rəisi, Mərkəzi Aparatın Elm Şöbəsinin rəisi, ET Meşəçilik İnstitutunun direktor müavini (II Dərəcə Dövlət Qulluqcusu ixtisas dərəcəsi) vəzifələrində işləmişdir. 2005-ci ildən Azərbaycan MEA Zoologiya İnstitutunda aparıcı elmi işçi, informasiya və patent qrupunun rəhbəri, İnformasiya və innovasiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2008–2010-cu illərdə "AzGerneft" müştərək müəssisəsində baş ekoloq vəzifəsində işləmişdir.

Ailəlidir, iki övladı var.

Elmi fəaliyyəti E. Yusifov 1990-cı ildə Kristalloqrafiya İnstitutunda (Moskva şəhəri) "Micrococcus Iysodeikticus bakteriyasından ayrılmış katalaza fermentinin 3A dəqiqliklə rentgen-struktur analizi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 39 elmi, 50 — dən çox elmi-kütləvi məqalənin, 5 monoqrafiya, 3 kitab, 1 exoxəritə, 3 kitabça və 3 plakatın həmmüəllifidir. Fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur.Azərbaycanın Qırmızı Kitabının ikinci nəşrinin (Fauna) işçi qrupunun məsul katibi olmuşdur.

Elmi-pedaqoji fəaliyyəti Uzun müddət müxtəlif ali təhsil ocaqlarında Ekologiya, Azərbaycanın sosial-iqtisadi coğrafiyası, İnternet-iqtisadiyyat, Konfliktologiya və s. fənlərdən dərslər aparmışdır. Həmmüəllifi olduğu "Ekoloji Menecment" kitabınınE. Yusifov tərəfindən Azərbaycanın Bakı şəhərində yerləşən bütün ali məktəb tələbələri arasında təqdimatı keçirilmişdir.

Elmi-təşkilati fəaliyyəti Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun, Heydər Əliyev Mərkəzinin Humanitar və Sosial Layihələr Departamentinin, Mədəniyyət və Turizm Nazirliyinin eksperti olmuşdur. "Ekostil-Azərbaycan" Təbiəti Mühafizə İctimai Birliyinin sədridir.

Mükafatları BP şirkətinin IV Respublika Bioloji Müxtəliflik müsabiqəsinin birinci mükafatı V Respublika Bioloji Müxtəliflik müsabiqəsinin II mükafatı VI Respublika Bioloji Müxtəliflik müsabiqəsinin birinci mükafatı

Yaradıcılığı

Kitablar və monoqrafiyaları Гаджиев В.Д., Юсифов Э.Ф. Флора и растительность Кызылагачского заповедника и их биоразнообразиеФЛОРА И РАСТИТЕЛЬНОСТЬ КЫЗЫЛАГАЧСКОГО ЗАПОВЕДНИКА И ИХ БИОРАЗНООБРАЗИЕ . Баку: "El-ALliance", 2003. 182 səh. Təhməzov B., Yusifov E. F. Ətraf mühit, iqtisadiyyat, həyat. Баку: "El-ALliance", 2004. 336 səh. Yusifov E. F, Hacıyev V. C. Hirkan biosfer rezervatı. Баку: "El-ALliance", 2004. 168 səh. Yusifov E. F, İsayeva N. S., Əsgərov F. S. << Bioloji Müxtəliflik:Abşeron yarmadasının təbiət abiələri>> Bakı, << Nurlar >> Nəşriyyat-Poliqrafiya Mərkəzi,2007,424 səh. Yusifov E. F, Məmmədov Q., Xəlilov M., Kərimov V. "Azərbaycan: Ekoturizm potensialı." 2 cilddə Bakı, Şərq-qərb, 2012, I cild səh. 359, II cild səh. 419 Yusifov E. F., Məmmədov V. "Ekoloji Menecment" 2 cilddə Bakı-2014, I cild səh. 382, II cild səh. 426

Elmi əsərləri Crystallization and preliminary X-ray crystallographic data of a histide-binding protein from Escherichia coli Journal of molecularBiology (1989) 207. Evolutionarily conserved tree-dimensional structure of catalas. The origin of life (The sixth ISSOL meeting and the ninth international conference). Prague, 1989.p.198 Heyvanlar aləminin universal deskriptorları. AMEA-nın xəbərləri, 2006, № 5–6.s.912–917 Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri və quru onurğalıları ilə zəngin sahələri. Bakı: Nurlar, 2008. Azərbaycan:ekoturizm potensialı. 2 cilddə. Bakı: Şərq-qərb, 2012

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fizika-riyaziyyat elmləri namizədləri