thumb|200px|right|Zenker aləti Zenker ( - endirən) deşiklərin təmiz emalında tətbiq olunan texnoloji əməliyyatdır. Bu əməliyyat üçün istifadə olunan alətə zenker deyilir. Zenkerlə deşiyin qırağı yonularaq ona konuş forması verilir.
Zenkerlərin aşağıdakı növləri vardır: Konus zenkerlər, bunların təpəsində konus formasıda 60° altında yerləşmiş kəsici tili olur. Zenkerin baş hissəsi həmişə gövdəsindən böyük olur. Dişlərinin sayı həmişə 3 və ya 5 olur. Yastı zenkerlər, düz tilə malik olub, deşiyin ətrafında düzbucaqlı endirmələrin ayardılması üçün tətbiq olunurlar. Tilin mailliyi 180°-dir. Dişlərinin sayı 2, 3 və ya 4 ola bilər. Spiral zenker, spiral burğu şəkilli olub 3 və ya 4 tili olur. Bu alətlə açılmış deşik genişləndirilir.
Zenker alətləri adətən tezkəsən alət poladından, ya da bərk xəlitədən hazırlanır.
Kateqoriya:Mexanika mühəndisliyi Kateqoriya:Məişət texnikası